Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Onsetron-denk ODT 4 mq N6 tablet

Məhsul Kodu : 111-25560
İstehsalçı ölkə: Almaniya
31,61 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

On.Setron-Denk 4 mq ODT, ağızda dispersləşən tabletlər 

On.Setron-Denk 4mq ODT tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 4 mq ondansetron vardır.

Əks göstərişlər 

Aşağıdakı hallarda “On.setron-Denk 4 mq ODT” dərman preparatının istifadəsi əks göstərişdir:   
apomorfin qəbul edirsinizsə (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunur); 
ondansetrona və ya bu dərman preparatının digər komponentlərindən hər hansı birinə qarşı 
yüksək həssaslığınız varsa; 
bədən səthinin sahəsi 0,6 m2-dan az olan və ya bədən çəkisi 10 kq-a qədər olan uşaqlar. Bu qrup 
pasiyentlərdə peroral doza üçün ondansetronun daha uyğun dərman formaları vardır.  
Əgər düşünürsünüzsə ki, yuxarıda qeyd edilən vəziyyətlərdən hər hansı biri Sizə aiddir, həkiminizlə 
danışmadan “On.setron-Denk 4 mq ODT ” preparatını qəbul etməyin.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq 
sahibi olmaq istəyirsinizsə, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczacı ilə 
məsləhətləşin. Hamiləlik dövründə istifadəsinə dair qənaətbəxş məlumatlar yoxdur. Ona görə də 
hamiləlik dövründə istifadə üçün tövsiyə edilmir. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı döl üçün zərərli təsirin heç bir əlaməti aşkar edilməmişdir. Lakin, bu dərman yalnız fayda və risk nisbətinin müqayisə edilməsindən sonra istifadə edilməlidir, xüsusilə, hamiləliyin ilk üç aylığında. “On.setron Denk 4 mq ODT” qəbul edirsinizsə, uşağınızı ana südü ilə qidalandırmayın.

İstifadə qaydası və dozası 

İstifadə qaydası 
Daxilə qəbul edilir (oral istifadə) (dilin üzərində parçalanıb dağılmasına imkan verin və sonra udun). Hər bir ağızda dispersləşən On.setron-Denk 4 mq tableti qəbul etməzdən əvvəl, onu qeyd edilmiş perforasiya yerindən ayırın. Folqa örtüyünü qara kənarlarından çıxarın və aşağı təzyiqlə aşağıya doğru ağızda dispersləşən tableti ehtiyatla çıxarın. Ağızda dispersləşən tableti folqa içərisindən itələməyin. 
Müalicə müddəti 
Dozalara dair tövsiyələrə baxın. 
Həmişə bu dərmanı həkiminizin dediyinə dəqiq əməl etməklə qəbul edin. Əmin deyilsinizsə, 
həkiminizlə və ya əczaçınızla dəqiqləşdirin. Sizə təyin edilmiş doza aldığınız müalicədən asılı olacaq. 
Tövsiyə olunan doza: sitostatik maddələrin istifadəsi (kimyaterapiya) və ya şüa terapiyası zamanı baş verən ürəkbulanma və qusmanın müalicəsi. 
Böyüklər 
Kimyaterapiya və ya şüa terapiyası aparılan gün 
Böyüklər üçün normal doza müalicədən bir və ya iki saat əvvəl qəbul edilən 8 mq ondansetron (bir ədəd ağızda dispersləşən On.setron-Denk 4 mq tableti) və 12 saat sonra daha bir 8 mq ondansetron (bir ədəd ağızda dispersləşən On.setron-Denk 4 mq tableti) təşkil edir.  
Sonrakı günlərdə  
Böyüklər üçün adi doza gündə iki dəfə, hər 12 saatdan bir 8 mq ondansetron təşkil edir (bir ədəd ağızda dispersləşən On.setron-Denk 4 mq tableti).  
Bu preparat 5 gün müddətində verilə bilər. 
Uşaqlar və yeniyetmələr 
Kimyəvi terapiya günü 
Uşaqlarda və yeniyetmələrdə ondansetronun inyeksiya forması asta-asta venadaxili 30 saniyədən az olmayan müddət ərzində istifadə edilir. 
Sonrakı günlər 
Həkim dozanı uşağın bədən səthinin sahəsinə və ya bədən çəkisinə görə təyin edir. Maksimal sutkalıq doza gündə 2 dəfə hər 12 saatdan bir 5 gün ərzində 2 ağızda dispersləşən Onşsetron-Denk 4 mq (8 mq) tableti təkil edir. 
Uşaqlarda şüa terapiyasının nəticəsində yaranan ürəkbulanma və qusmanın müalicəsi üçün 
ondansetronun istifadəsi üzrə klinik nəzarət olunan tədqiqatlar aparılmayıb. 
Yaşlılar 
Oral dozada və ya istifadə tezliyində heç bir dəyişiklik tələb olunmur. 
Böyrək çatışmazlığı olan pasiyentlər 
Gündəlik dozada dəyişiklik tələb olunmur. 
Qaraciyər çatışmazlığı olan pasiyentlər 
Qaraciyər funksiyasının orta və ya ağır dərəcədə pozğunluğu olan pasiyentlərdə ondansetronun 8 mq ümumi gündəlik dozası aşılmamalıdır. 
Əgər “On.setron-Denk 4 mq ODT”-nin qəbulunu unutmusunuzsa 
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Ürəkbulanma və ya qusma zamanı, buraxılmış dozanı mümkün qədər tez qəbul edin və sonra dərmanı adi rejimdə qəbul etməyi davam etdirin. Nə edəcəyinizə əmin deyilsinizsə, həkiminizlə və ya əczaçınızla danışın. 
Əgər “On.setron-Denk 4 mq ODT”-nin qəbulunu dayandırırsınızsa 
Siz  “On.setron-Denk 4 mq ODT”-nin qəbulunu həkiminizin tövsiyə etdiyi müddət ərzində davam 
etdirməlisiniz. Həkiminizin tövsiyəsi olmadan “On.setron-Denk 4 mq ODT”-nin qəbulunu 
dayandırmayın. 
Əgər bu dərmanın qəbuluna dair əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.   

Prepared by  T-Soft E-Commerce.