Sevimlilərə əlavə edin
Paylaşın

Onsetron-Denk Odt 8MG N6 Tb

Məhsul Kodu : 111-25561
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
40,63 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

On.Setron-Denk 8 mq ODT, ağızda dispersləşən tabletlər

On.Setron-Denk 8mq ODT tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 8 mq ondansetron vardır. 

Əks göstərişlər 

Aşağıdakı hallarda “On.setron-Denk 4 mq ODT” dərman preparatının istifadəsi əks göstərişdir:   
apomorfin qəbul edirsinizsə (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunur) 
ondansetrona və ya bu dərman preparatının digər komponentlərindən hər hansı birinə qarşı 
yüksək həssaslığınız varsa                                                                                                         
uşaqlarda istifadəsi. Uşaqlarda  istifadə  üçün bu dərman preparatının daha münasib doza forması – təsiredici maddənin miqdarı daha aşağı olan “On.setron-Denk 4 mq ODT” dərman preparatı 
vardır.  
 Əgər düşünürsünüzsə ki, yuxarıda qeyd edilən vəziyyətlərdən hər hansı biri Sizə aiddir, 
həkiminizlə danışmadan “On.setron-Denk 8 mq ODT” preparatını qəbul etməyin.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmaq istəyirsinizsə, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczacı ilə məsləhətləşin. Hamiləlik dövründə istifadəsinə dair qənaətbəxş məlumatlar yoxdur. Ona görə də hamiləlik dövründə istifadə üçün tövsiyə edilmir. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı döl üçün zərərli təsirin heç bir əlaməti aşkar edilməmişdir. Lakin, bu dərman yalnız fayda və risk nisbətinin müqayisə edilməsindən sonra istifadə edilməlidir, xüsusilə, hamiləliyin ilk üç aylığında.“On.setron-Denk 8 mq ODT” qəbul edirsinizsə, uşağınızı ana südü ilə qidalandırmayın.

İstifadə qaydası və dozası 

İstifadə qaydası 
Daxilə qəbul edilir (oral istifadə) (dilin üzərində parçalanıb dağılmasına imkan verin və sonra udun). Hər bir ağızda dispersləşən On.setron-Denk 8 mq tableti qəbul etməzdən əvvəl, onu qeyd edilmiş perforasiya yerindən ayırın. Folqa örtüyünü qara kənarlarından çıxarın və aşağı təzyiqlə aşağıya doğru ağızda dispersləşən tableti ehtiyatla çıxarın. Ağızda dispersləşən tableti folqa içərisindən itələməyin. 
Müalicə müddəti 
Dozalara dair tövsiyələrə baxın. 
Həmişə bu dərmanı həkiminizin dediyinə dəqiq əməl etməklə qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçınızla dəqiqləşdirin. Sizə təyin edilmiş doza aldığınız müalicədən asılı olacaq. Tövsiyə olunan doza: sitostatik maddələrin istifadəsi (kimyaterapiya) və ya şüa terapiyası zamanı baş verən ürəkbulanma və qusmanın müalicəsi. 
Böyüklər 
Kimyaterapiya və ya şüa terapiyası aparılan gün 
Böyüklər üçün normal doza müalicədən bir və ya iki saat əvvəl qəbul edilən 8 mq ondansetron (bir ədəd ağızda dispersləşən On.setron-Denk 8 mq tableti) və 12 saat sonra daha bir 8 mq ondansetron (bir ədəd ağızda dispersləşən On.setron-Denk 8 mq tableti) təşkil edir.  
Sonrakı günlərdə  
Böyüklər üçün adi doza gündə iki dəfə, hər 12 saatdan bir 8 mq ondansetron təşkil edir (bir ədəd ağızda dispersləşən On.setron-Denk 8 mq tableti).  
Bu preparat 5 gün müddətində verilə bilər. 
Uşaqlar və yeniyetmələr 
Həkim uşağın ölçüsündən (bədən səthinin sahəsi) və ya bədən kütləsindən asılı olaraq, doza təyin 
edəcək. Maksimum doza 5 gün müddətində gündə iki dəfə, hər 12 saatdan bir 8 mq-a qədər  ondansetron təşkil edir. Uşaqlar və yeniyetmələr üçün tərkibində daha az miqdarda təsiredici maddə olan daha uyğun dərman formaları mövcuddur. 
Yaşlılar 
Oral dozada və ya istifadə tezliyində heç bir dəyişiklik tələb olunmur. 
Cərrahi əməliyyatdan sonra ürəkbulanma və qusmanın qarşısının alınması 
Böyüklər 
Narkozdan 1 saat əvvəl 2 ədəd On.setron-Denk 8 mq ağızda dispersləşən tablet qəbul edilməlidir. 
Yaşlılar 
Yaşlı xəstələrdə əməliyyatdan sonra ürəkbulanma və qusmanın qarşısını almaq üçün ondansetronun qəbulu ilə bağlı təcrübə məhduddur. 
Böyrək çatışmazlığı olan pasiyentlər 
Gündəlik dozada dəyişiklik tələb olunmur. 
Qaraciyər çatışmazlığı olan pasiyentlər 
Qaraciyər funksiyasının orta və ya ağır dərəcədə pozğunluğu olan pasiyentlərdə ondansetronun 8 mq ümumi gündəlik dozası aşılmamalıdır. 
Əgər “On.setron-Denk 8 mq ODT”-nin qəbulunu unutmusunuzsa 
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Ürəkbulanma və ya qusma zamanı, buraxılmış dozanı mümkün qədər tez qəbul edin və sonra dərmanı adi rejimdə qəbul etməyi davam etdirin. Nə edəcəyinizə əmin deyilsinizsə, həkiminizlə və ya əczaçınızla danışın. 
Əgər “On.setron-Denk 8 mq ODT”-nin qəbulunu dayandırırsınızsa 
Siz “On.setron-Denk 8 mq ODT”-nin qəbulunu həkiminizin tövsiyə etdiyi müddət ərzində davam 
etdirməlisiniz. Həkiminizin tövsiyəsi olmadan “On.setron-Denk 8 mq ODT”-nin qəbulunu 
dayandırmayın. 
Əgər bu dərmanın qəbuluna dair əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.  

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25561

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce