Sevimlilərə əlavə edin
Paylaşın

Panadol Baby 125MG N10 Sam

Məhsul Kodu : 111-04806
İstehsalçı ölkə : Irlandiya
0 Şərh Şərh
4,39 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

PANADOL UŞAQLAR ÜÇÜN, rektal suppozitoriyalar

PANADOL UŞAQLAR ÜÇÜN tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 125 mq parasetamol vardır.

İstifadəsinə göstərişlər

İntensivliyi yüngüldən orta dərəcəyə qədər olan ağrıların və/və ya qızdırma vəziyyətlərinin simptomatik müalicəsi. Uşaqlar üçün 125 mq Panadol suppozitoriyalarını 6 aylıqdan 18 aylığa qədər uşaqlarda (bədən kütləsi 7-dən 10 kq-a qədər) istifadə etmək olar.

Əks göstərişlər

- Parasetamola və ya preparatın tərkibində olan hər hansı digər inqradiyentə qarşı yüksək həssaslıq; - hepatosellülyar çatışmazlıq; - az müddət əvvəl düz bağırsaqda iltihabın və ya qanaxmanın olması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat uşaqların istifadəsi üçün nəzərdə tutulur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir.

PANADOL UŞAQLAR ÜÇÜN istifadə qaydası və dozası

Preparat rektal yolla istifadə olunur. Əlləri yumaq və suppozitoriyanı plastik örtükdən azad etmək lazımdır. Ehtiyatla, baş barmaqla suppozitoriyanı uşağın düz bağırsağına yeritmək lazımdır (yaxşı olar ki, təmizləyici imalədən sonra və ya bağırsaq özbaşına boşaldıqdan sonra). Uşağı böyrü üstə yerləşdirib, bir ayağını qarına sıxdıqda, preparatı daha asan yeritmək mümkündür.

Uşaqlar üçün Panadol suppozitoriyalarının orta birdəfəlik dozası, uşağın bədən kütləsindən asılıdır və hər 6 saatdan bir, sutkada 3-4 dəfə 10-15 mq/kq bədən kütləsi təşkil edir. Maksimal sutkalıq doza 60 mq/kq bədən kütləsindən artıq olmamalıdır. Bədən kütləsi 7-dən 10 kq-a qədər olan uşaqlara (6-dan 18 aya qədər), zərurət yarandıqda, 6 saatlıq intervala riayət edərək 1 şam (125 mq) yeritmək lazımdır. Sutkada 4 şamdan artıq istifadə etmək olmaz.

Həkim təyinatı olmadıqda, preparatı 3 gündən artıq istifadə etmək tövsiyə olunmur. Preparatı tövsiyə olunan dozadan artıq istifadə etmək olmaz. Terapevtik effekt olmadıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır. Effektin əldə olunması üçün, ən aşağı tövsiyə olunan dozalardan istifadə etmək lazımdır.

Göstərilən dərman formasının potensial toksikliyini nəzərə alaraq, parasetamolun rektal yolla yeridilməsi mümkün qədər qısa olmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04806

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Coldrex Maxgrip N10 Paket
11,70 AZN -%0
11,70AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
Ferveks Malina N8 Paket
9,80 AZN -%0
9,80AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce