Sevimlilərə əlavə edin
Paylaşın

Pantoron N28 Tablet

Məhsul Kodu : 111-24508
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
5,17 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

PANTORON, 40 mq bağırsaqda həll olan örtüklü tabletlər

PANTORON tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq pantoprazola uyğun pantoprazol natrium seskvihidrat vardır

İstifadəsinə göstərişlər

12 yaşdan yuxarı uşqlar və böyüklər - Qastroezofaqeal reflüks xəstəliyi (QERX:turşuluğun mədədən qida borusuna keçməsi) Böyüklər - H.pylori bakteriyası hesabına baş verən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi olan xəstələrdə iki antibiotik ilə birlikdə (eradikasion terapiya) residivlərin qarşısını almaq məqsədi ilə. - Peptik xora xəstəliyinin müalicəsi (mədə və 12-barmaq bağırsağın) - Zollinger-Ellison sindromunun müalicəsi (mədəaltı vəzin şişi-bu zaman mədə turşuluğunun həddən artıq artmasını təmin edən hormonların sintezinin artması baş verir) və mədə turşuluğunun artması ilə müşahidə olunan digər hallar.

Əks göstərişlər

Pantoprazola və ya Pantoronun tərkibindəki digər komponentlərə, həmçinin benzimidazol törəmələrinə (göbələk infeksiyaları zamanı qəbul edilən dərmanlar) qarşı hiperhəssaslıq. Proton nasosunun digər inhibitorlarına qarşı hiperhəssaslıq. 12 yaşa qədər uşaqlar. Əgər sizdə ciddi böyrək patologiyaları və qaraciyər çatışmazlığı varsa, Helicobacter pylori-nin müalicəsi zamanı Pantoron istifadə etmək olmaz

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik zamanı istifadəsi haqda hər hansı bir məlumat yoxdur. Əgər hamiləsinizsə və ya hamilə olma ehtimalınız varsa, həkiminiz o halda sizə pantoprazol təyin edə bilər ki, Sizin sağlamlığınız dölə olan potensial riskdən daha əhəmiyyətli olsun. Əgər müalicə ərzində bilsəniz ki, hamiləsiniz həkimi məlumatlandırın. Laktasiya dövrü İstifadə etməzdən öncə həkiminizi və ya əczacını məlumatlandırın.

Həkiminiz o halda Sizə pantoprazol təyin edə bilər ki, sizin sağlamlığınız südvermədən daha əhəmiyyətli olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Pantoprazol nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə hər hansı təsir göstərmir. Əgər başgicəllənmə, görmədə pozulma kimi əlavə təsirlər hiss etsəniz, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən imtina edin.

PANTORON istifadə qaydası və dozası

Yeməkdən 1 saat qabaq azmiqdarda su ilə qəbul olunur. Qəbul edərkən tableti çeynəmək və ya bölmək olmaz. 12 yaşdan yuxarı uşqlar və böyüklər - Qastroezofaqeal reflüks xəstəliyi (QERX: turşuluğun mədədən qida borusuna keçməsi) ilə əlaqəli simptomlar zamanı (məs., qıcqırma və ağrı): - gündə 1 dəfə 1 tablet. Həkiminiz gündə 2 tablet də təyin edə bilər.

Müalicə müddəti 4-8 həftə. Müalicə müddəti həkim tərəfindən uzaldıla bilər. Böyüklər - H.pylori bakteriyası hesabına baş verən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi olan xəstələrə gündə 2 dəfə 1 tablet təyin olunur. Əlavə olaraq iki antibiotik amoksasillin, klaritromisin və metronidazol (və ya tinidazol) təyin olunur.

1- 2 həftə müddətində 1 tablet səhər yeməyindən 1 saat qabaq və axşam yeməyindən 1 saat sonra,. - Mədənin peptik xora xəstəliyinin müalicəsi zamanı gündə 1 dəfə 1 tablet. Həkiminiz gündə 2 tablet də təyin edə bilər. Müalicə müddəti 4-8 həftədir.

Müalicə müddəti həkim tərəfindən uzaldıla bilər. 12-barmaq bağırsağın peptik xora xəstəliyinin müalicəsi zamanı gündə 1 dəfə 1 tablet. Həkiminiz gündə 2 tablet də təyin edə bilər. Müalicə müddəti 2-4 həftə.

Müalicə müddəti həkim tərəfindən uzaldıla bilər. - Zollinger-Ellison sindromunun müalicəsi və mədə turşuluğunun həddən artıq olduğu digər hallar zamanı: Başlanğıc doza əsasən gündə 2 tablet təşkil edir. Hər tablet yeməkdən qabaq qəbul edilir. Əgər həkim sutkalıq dozanı 4 tabletə çatdırırsa, onda müalicənin saxlanma müdətini dəqiq təyin etməlidir.

Əgər Pantoronun qəbulunu unutmusunuzsa Əgər Pantoronu qəbulunu unutmusunuzsa ikiqat doza qəbul etməyin. Növbəti dozanı öz vaxtında qəbul edin. Əgər Pantoronun qəbulunu dayandırmısınızsa Həkim sizə Pantoronun qəbulunu nə vaxt dayandırmaq lazım olduğu haqda məlumat verəcəkdir. Qəbulu həkimə məlumat verməmiş dayandırmayın, şünki, əlamətlər yenidən geri dönə bilər

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24508

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce