Sevimlilərə əlavə edin
Paylaşın

Parlazin 10MG N30 Tb

Məhsul Kodu : 111-03914
İstehsalçı ölkə : Macaristan
0 Şərh Şərh
6,54 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

PARLAZİN, 10 mq örtüklü tabletlər

PARLAZİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Setirizin hidroxlorid Parlazin® preparatının təsiredici maddəsi olub, allergiyaəleyhinə təsirə malikdir. Parlazin® preparatı böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda aşağıda sadalanan allergik xəstəliklərin müalicəsində istifadə edilir: - mövsümi allergiya və daimi pollinoz zamanı gözsulanma və zökəmin simptomları; - qaşınma; - xroniki övrə simptomları (xroniki idiopatik övrə). Pasiyentin vəziyyəti yaxşılaşmazsa və ya pisləşərsə, həkimə müraciət etmək lazımdır.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə və dihiropiridin törəmələrinə qarşı yüksək həssaslıq; - ağır böyrək xəstəliyi (kreatininin klirensi 10 ml/dəqiqədən az olan ağır böyrək çatışmazlığı); - bəzi şəkər növlərinin keçirməzliyi kimi nadir irsi posulmadan əziyyət çəkən pasiyentlər (qalaktoza keçirməzliyi, laktoza keçirməzliyi və ya qlükoza-qalaktoza sorulmasının pozulması).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır. Digər antihistamin preparatlarda olduğu kimi, Parlazin® preparatını hamiləlik dövründə istifadə etmək məsləhət görülmür. Hamiləlik zamanı preparatın təsadüfən qəbulu, dölə mənfi təsir göstərmir, bu dövrdə preparatın qəbulu, yalnız son dərəcə vacib olduqda və həkim məsləhəti ilə qəbul edilir. Laktasiya Setirizin ana südünə nüfuz edir.

Bu səbəbdən laktasiya dövründə prepartdan istifadə etmək olmaz (yalnız həkim məsləhəti istisna olmaqla). Hamiləlik və ya laktasiya dövründə və ya hamiləliyin planlaşdırılması zamanı istənilən preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Klimik tədqiqatlar zamanı preparatın məsləhət görülən dozalarının qəbulu zamanı diqqət konsentrasiyasına, ayıqlığa və ya nəqliyyat idarə etmək qabiliyyətinə mənfi təsir aşkar edilməmişdir. Əgər pasiyent avtomobil idarə etməyi və tam diqqət konsentrasiyası tələb edən digər potensial təhlükəli mexanizmlər idarə etməyi planlaşdırırsa, məsləhət görülən dozanı aşmamalıdır. Xəstə preparata qarşı reaksiyasını müşahidə etməlidir. Pasiyent preparata qarşı həssas olarsa, onda o, eyni vaxtda alkoqol və ya sinir sisteminin aktivliyini zəiflədən digər preparatların diqqətə və reaksiya qabiliyyətinə əlavə təsirlərini hiss edəcəkdir.

PARLAZİN istifadə qaydası və dozası

Parlazin® preparatını təlimata uyğun və ya ciddi şəkildə həkim və ya əczaçının təyinatı ilə qəbul etmək lazımdır. Preparatın qəbulu ilə bağlı şübhə olduqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dozalanma rejimi Böyüklər Gündə 1 dəfə 10 mq təyin edilir. Uşaqlar və yeniyetmələr Uşaqlara və 12 yaşdan yuxarı yeniyetmələrə gündə 1 dəfə 10 mq təyin edilir.

6-12 yaşlı uşaqlar Gündə 2 dəfə 0,5 mq (tabletin yarısı) təyin edilir. 2-6 yaşlı uşaqlar Bu qrup pasiyentlərə preparatın damcı forması təyin edilir. Orta və ağır böyrək çatışmazlığı olan pasiyentlər Bu qrup pasiyentlər preparatı qəbul etməzdən həkimlə məsləhətləşməlidirlər, belə ki, dozanı həkim müəyyən etməlidir. Uzunmüddətli müalicə Müalicənin müddəti pasiyentin şikayətlərinin tipindən, sürəkliyindən və xarakterindən asılı olaraq, həkim tərəfindən müəyyən edilir.

Preparatın qəbulu unudulduğu halda, ötürülmüş dozanı imkan daxilində tez qəbul etmək lazımdır. Əgər növbəti qəbulun vaxtı çatmışdırsa, ötürülmüş dozanı qəbul etmək olmaz, adi qaydada bir doza qəbul edilməlidir. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Çünki bu üsulla kompensasiya əldə edilmir, əksinə, doza həddinin aşılması baş verə bilər.

Preparatın qəbulu dayandırıldıqda, sonrakı müalicə barədə həkimlə məsləhətləşmək lazımdır. İstifadə qaydası Tabletlər yemək vaxtı, çeynəmədən, kifayət qədər su ilə daxilə qəbul edilir. Preparatın qəbulu ilə bağlı əlavə suallar meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Qida qəbulu setirizinin sorulmasına əhəmiyyətli dərəcədə təsir etmir.

Setirizinin alkoqol ilə eyni vaxtda istifadəsi zamanı qarşılıqlı təsir müşahidə edilməmişdir (alkoqolun qanda səviyyəsi 0,5% olduqda, bu, 1 stakan çaxıra müvafiqdir).Buna baxmayaraq, digər antihistamin preparatlarda olduğu kimi, Parlazin® preparatının qəbulu zamanı alkoqol istifadə etməkdən çəkinmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-03914

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce