Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PARLAZIN 20ML DAMLA

Məhsul Kodu : 111-04032
7,52 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PARLAZİN, 10 mq/ml daxilə qəbul üçün damcı

PARLAZİN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibndə 10 mq setirizin vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda aşağıdakı vəziyyətlərin müalicəsi üçün: ˗ mövsümi və davamlı allergik rinit və konyunktivitin simptomlarının; ˗ xroniki idiopatik övrənin simptomlarının.

Əks göstərişlər

˗ Təsiredici maddəyə, hidroksizinə, piperazin törəmələrinə və ya “Tərkibi” bölməsində sadalanan hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq. ˗ Yumaqcıq filtrasiya sürəti (h YFS) ˂ 15 ml/dəq olduqda, ağır böyrək çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik dövründə setirizinə dair perspektiv toplanmış məlumatlar ana, döl və ya embrion üçün mümkün toksik riski aşkar etməmişdir. Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlar hamiləliyə, embrion/dölün inkişafına, doğuşa və ya postnatal inkişafa mənfi təsir göstərən hər hansı birbaşa və ya dolayı təsir aşkar etməmişdir (“Klinikaya qədər təhlükəsizlik tədqiqatları” bölməsinə baxın). Hamiləlik dövründə preparat ehtiyatla təyin edilməlidir. Laktasiya dövrü Setirizin ana südünə nüfuz edir.

Ana südü ilə qidalanan körpələrdə əlavə təsirlərin riskini istisna etmək olmaz. Bu səbəbdən preparatı laktasiya dövründə olan qadınlara ehtiyatla təyin etmək lazımdır. Fertillik İnsan fertilliyinə dair yalnız çox məhdud məlumatlar vardır, lakin preparatın insan fertilliyinə mənfi təsirləri riskinə şübhə yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini idarəetmə qabiliyyətinin, yuxu latensiyasının və konveyerdə işin obyektiv ölçülməsi preparatın 10 mq dozada hər hansı klinik əhəmiyyətli effektlərini aşkar etməmişdir. Bununla belə, yuxululuq inkişaf etdikdə, pasiyentlər nəqliyyat vasitələrini və mexanizmləri idarə etməkdən çəkinməlidirlər. Pasiyentlər preparatın tövsiyə olunan dozalarını aşmamalı və preparata qarşı fərdi reaksiyanı nəzərə almalıdırlar.

PARLAZİN istifadə qaydası və dozası

Dozalanma rejimi Böyüklər Tövsiyə olunan doza gündə 1 x 10 mq (1 x 20 damcı) təşkil edir. Uşaqlar 12 yaşdan yuxarı uşaqlar Tövsiyə olunan doza gündə 1 x 10 mq (1 x 20 damcı) təşkil edir. 6 yaşdan 12 yaşa qədər uşaqlar Tövsiyə olunan doza gündə 2 x 5 mq (2 x 10 damcı) təşkil edir. 2 yaşdan 6 yaşa qədər uşaqlar Tövsiyə olunan doza gündə 2 x 2,5 mq (2 x 5 damcı) təşkil edir Xüsusi pasiyentlər qrupları Yaşlılar Mövcud məlumatlara görə, böyrək funksiyası normal olduqda yaşla əlaqədar dozanın azaldılması tələb olunmur.

Böyrək funksiyasının orta və ağır dərəcəli pozğunluğu olan pasiyentlər: Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər üçün preparatın effektivliyi/təhlükəsizliyi barədə məlumat yoxdur. Setirizin əsasən böyrəklər tərəfindən xaric edildiyindən (“Klinikaya qədər təhlükəsizlik tədqiqatları” bölməsinə baxın), digər müalicə növlərinin mümkün olmadığı hallarda, böyrək funksiyasını nəzərə alaraq preparatın dozası fərdi olaraq seçilməlidir. Aşağıdakı cədvəl düzgün dozanı seçməyə kömək edir. Böyrək xəstəliyi olan pasiyentlərdə dozanın tənzimlənməsi Qrup Yumaqcıq filtrasiyanın hesablanmış sürəti (h YFS) (ml/dəq) Doza və qəbul qaydası Normal böyrək funksiyası ≥90 gündə 1 dəfə 10 mq Böyrək fuksiyasının yüngül dərəcəli pozğunluğu 60-90 gündə 1 dəfə 10 mq Böyrək fuksiyasının orta dərəcəli pozğunluğu 30 -<60 gündə 1 dəfə 5 mq Böyrək fuksiyasının ağır dərəcəli pozğunluğu 15 - ˂30 hemodializdə olmayan pasiyentlərə 2 gündən bir dəfə 5 mq Böyrək çatışmazlığı, dializ ˂15 hemodializdə olan pasiyentlərə Əks göstərilir Böyrək funksiyasının pozğunluğu olan uşaqlar üçün doza böyrək klirensi, həmçinin pasiyentin yaşı və bədən çəkisi nəzərə alınmaqla fərdi olaraq seçilməlidir.

Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Yalnız qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Qaraciyər və böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Dozanın tənzimlənməsi tövsiyə olunur ("Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər " bölməsinə baxın). İstifadə qaydası Daxilə qəbul üçün damcı. Məhlulu qaşıq içərisinə damızdırmaq və ya su ilə durulaşdırmaq və daxilə qəbul etmək lazımdır.

Məhlul su ilə qarışdırıldıqda, preparatın durulaşdırılması üçün istifadə olunan mayenin həcminin pasiyentin qəbul edə biləcəyi mayenin miqdarına uyğun olduğunu nəzərə almaq lazımdır. Bu xüsusilə preparatın uşaqlar üçün dozalanması zamanı vacibdir.

Prepared by  T-Soft E-Commerce.