Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PEFSAL 25/250MKG 120 DOZ

Məhsul Kodu : 111-06089
İstehsalçı ölkə: Türkiye
38,62 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PEFSAL, inhalyasiya üçün dozalanmış aerozol

PEFSAL tərkibi

Təsiredici maddələr: 1 dozanın tərkibində 25 mkq salmeterol (salmeterol ksinafoat şəklində), 50 mkq, 125 mkq və ya 250 mkq flutikazon propionat vardır.

İstifadəsinə göstərişlər

Preparat bronxial astmanın müntəzəm müalicəsi üçün nəzərdə tutulmuşdur, əgər uzunmüddətli təsirə malik β2-adrenomimetiklə və inhalyasion QKS ilə kombinəolunmuş terapiya göstəriş olarsa: - qısamüddətli təsirə malk β2-adrenomimetikin mütəmadi istifadəsi zamanı inhalyasion QKS ilə davamlı monoterapiya fonunda xəstəliyin kontrolu qeyri-kafi olan pasiyentlərdə; - inhalyasion QKS və uzunmüddətli təsirə malik β2-adrenomimetiklə terapiya fonunda xəstəliyin adekvat kontrolu olan pasiyentlərdə.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; 4 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlara olan qadınlara preparatı yalnız o halda təyin etmək lazımdır ki, ana üçün ehtimal olunan faydası döl üçün mümkün olan istənilən riskdən üstün olsun. Laktasiya dövründə preparat təyin edildikdə, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitəsi və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair məlumatlar yoxdur.

PEFSAL istifadə qaydası və dozası

Pefsal preparatı yalnız inhalyasiya üçün nəzərdə tutulmuşdur. Pasiyentə məlumat verilməlidir ki, optimal effekti əldə etmək üçün preparatı müntəzəm olaraq istifadə etmək lazımdır, hətta bronxial astmanın klinik simptomları olmadığı halda. Həkim mütəmadi olaraq xəstənin müalicə effektivliyini qiymətləndirməlidir. Müalicə kursunun davametmə müddətini və preparatın dozasının dəyişməsini müəyyən etmək üçün həkim məsləhəti vacibdir.

Bronxial astma Pefsal prepratının dozasını simptomların effektiv kontrolunu təmin edən ən kiçik dozaya qədər azaltmaq lazımdır. Əgər Pefsal preparatının gündə 2 dəfə qəbulu simptomlar üzərində kontrolu təmin edirsə, dozanın minimal effektiv dozaya qədər azaldılması çərçivəsində preparatın qəbul tezliyini gündə 1 dəfəyə qədər azaltmaq mümkündür. Xəstəyə Pefsal preparatın elə forması təyin olunmalıdır ki, onun tərkibində olan flutikazon propionatın dozası xəstəliyin ağırlıq dərəcəsinə uyğun olsun. Əgər inhalyasion QKS ilə terapiya xəstəlik üzərində adekvat kontrolu təmin etmirsə, o zaman onların yeridilən QKS -ə terapevtik ekvivalent dozada Pefsal preparatı ilə əvəz edilməsi bronxial astmanın gedişinin nəzarət olunmasını yaxşılaşdıra bilər.

Bronxial astmanın gedişini yalnız inhalyasion QKS vasitəsilə nəzarət edilməsi mümkün olan pasiyentlərdə, onların Pefsal preparatı ilə əvəz edilməsi, astma gedişinin kontrolu üçün lazım olan QKS-in dozasını azaltmağa imkan verə bilər. Tövsiyə edilən dozalar Böyüklər və 12 yaş və yuxarı uşaqlar: iki inhalyasiya (25 mkq salmeterol və 50 mkq flutikazon propionat) gündə 2 dəfə, yaxud iki inhalyasiya (25 mkq salmeterol və 125 mkq flutikazon propionat) gündə 2 dəfə, yaxud iki inhalyasiya (25 mkq salmeterol və 250 mkq flutikazon propionat) gündə 2 dəfə. Preparat yüngül dərəcəli astmanın ilkin müalicəsi üçün nəzərdə tutulmayıb. 4 yaşdan 12 yaşa qədər uşaqlar: iki inhalyasiya (25 mkq salmeterol və 50 mkq flutikazon propionat) gündə 2 dəfə.

Hal-hazırda 4 yaşa qədər uşaqlarda Pefsal preparatının istifadəsinə dair məlumatlar yoxdur. Xüsusi qrup pasiyentlər Yaşlı pasiyentlərdə, həmçinin böyrəklərin və qaraciyərin funksiyası pozulmuş pasiyentlərdə Pefsal preparatının dozasını azaltmağa ehtiyac yoxdur. İnhalyatorun istifadəsi üzrə təlimat (xəstələr üçün) İnhalyatorun yoxlanması İnhalyatoru ilk dəfə istifadə etməzdən əvvəl yan tərəflərdən basaraq müştüyün qapağını çıxarın, baş barmaq və bir əlin qalan barmaqları arasında inhalyatoru elə tutmaq lazımdır ki, baş barmaq müştüyün altında əsas hissədə yerləşsin, inhalyatoru yaxşıca sil kələyib bir püskürtmə havaya buraxılır, beləliklə inhalyatorun işlək vəziyyətdə olmasına əmin olun. Dozaların say indikatoru olan inhalyatorun istifadəsi zamanı bir neçə axın havaya buraxılır ki, dozaların say indikatoru 120 göstərsin, bu isə onun işlək vəziyyətdə olmasına əmin olmağa imkan verir.

İnhalyatorun istifadəsi 1. Qapağın yan hissələrinə basmaqla qapağı müştükdən kənarlaşdırın. 2. Kənar cisimlərin olmamasına görə inhalyatoru xaricdən və daxildən, həmçinin müştüyü baxışdan keçirin.

3. İnhalyatoru yaxşıca silkələyin ki, hər -hansı kənar cisimlərin olmamasına əmin olasınız və inhalyatorun içindəki bərabər şəkildə qarışsın. 4. Bir əlin baş barmağı və qalan barmaqlar arasında inhalyatoru götürün və şaquli vəziyyətdə üzü aşağı tutun, bu zaman baş barmaq müştüyün altında əsas hissədə yerləşməlidir.

5. Bacardığınız qədər dərindən nəfəsi verin, daha sonra müştüyü ağıza dişlərin arasında yerləşdirin, dodaqlarınızla ətraf hissəsini kip bağlayın, lakin müştüyü dişləməmək şərtilə. 6. Ağızdan nəfəs aldıqdan dərhal sonra inhalyatorun üst hissəsinə basın ki, Pefsal preparatının püskürdülməsi həyata keçsin, bu zaman dərindən və yavaş-yavaş nəfəs almağa davam edin.

7. Nəfəsi saxlayaraq inhalyatoru ağızdan çıxarın və barmağınızı inhalyatorun üstündən kənarlaşdırın. Nəfəsinizi mümkün qədər uzun müddət saxlamağa davam edin. 8.

İkinci püskürtməni həyata keçirtmək üçün inhalyatoru şaquli vəziyyətdə saxlamaq və təxminən 30 saniyə sonra 3-7 bəndlərini təkrarlamaq lazımdır. 9. İnhalyatoru istifadə etdikdən sonra ağızı su ilə yaxalamaq və daha sonra onu tüpürmək lazımdır. 10.

Lazım olan vəziyyətdə basaraq və kilidləyərək müştüyün qapağını dərhal bağlamaq lazımdır. Əgər kilidləmə baş vermirsə, müştüyün qapağını çevirin və müştüyü yenidən bağlamağa çalışın. Qapağa güclə basmaq olmaz. Preparatı həmçinin speyser vasitəsilə istifadə etmək olar.

Diqqət! 5, 6 və 7 bəndlərini icra edərkən tələsmək olmaz. Nəfəs almağa mümkün qədər yavaş başlamaq lazımdır, inhalyatorun klapanına basmazdan bilavasitə əvvəl. İlk bir neçə dəfə güzgü qarşısında sınaqdan keçirtmək tövsiyə olunur.

Əgər pasiyent inhalyatorun yuxarı hissəsindən və ya ağız künclərindən “duman”ın çıxdığını görürsə, o zaman 2-ci bənddən hərşeyi yenidən başlamaq lazımdır. Dozaların say indikatorunun üzərində 000 rəqəmi olduqda inhalyatoru əvəz etmək lazımdır. Əgər həkim inhalyatorun istifadəsinə dair digər təlimatlar veribsə, onlara ciddi şəkildə riayət etmək lazımdır. Əgər inhalyatorun istifadəsi zamanı çətinlik baş verərsə, o zaman həkimlə əlaqə saxlamaq lazımdır.

Kiçik uşaqlar inhalyatoru sərbəst şəkildə istifadə edə bilmirlər, və onlara böyüklər yardım etməlidir. Gözləmək lazımdır ki, uşaq nəfəs versin və nəfəs almağa başlayan anda inhalyatoru hərəkətə gətirmək lazımdır. İnhalyatorun istifadəsi üçün uşaqla məşq etmək lazımdır. Daha böyük uşaqlar və əlləri zəif olan böyüklər inhalyatoru iki əllə tutmalıdırlar.

Bu zaman hər iki şəhadət barmaqlar inhalyatorun üst hissəsinə yerləşdirilməlidir, hər iki baş barmaq isə- müştüyün altında əsas hissədə yerləşməlidir. İnhalyatorun təmizlənməsi İnhalyatoru həftədə bir dəfədən az olmayaraq təmizləmək lazımdır. 1. Müşütüyn qoruyucu qapağını çıxarın.

2. Metal balonu plastik örtükdən çıxarmayın. 3. Quru parça və ya pambıq tamponla müştüyü içəri və xarici hissədən və plastik örtüyü- xaricdən silin.

4. Qoruyucu qapaqla müştüyü bağlayın. Metal balonu suya salmaq olmaz.

Prepared by  T-Soft E-Commerce.