Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 şamın tərkibində 1 q mesalazin vardır.
Xoralı proktit (yoğun bağırsağın distal hissəsinin zədələnməsi ilə xoralı kolit)
Mesalazinə, salisilatlara və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; Ağır qaraciyər və ya böyrək çatışmazlığı; 18 yaşadək uşaqlar. Əgər Sizdə sadalanan xəstəliklərdən hər hansı biri olarsa, preparatın qəbulundan əvvəl mütləq həkimlə məsləhətləşin.
Pentasa® preparatı hamiləlik zamanı ana üçün gözlənilən fayda dölə olan potensial riskdən yüksək olarsa, istifadə oluna bilər. Bağırsağın iltihabi xəstəlikləri hamiləlik zamanı xoşagəlməz effektlərin inkişaf riskini yüksəldə bilər. Hamiləlik Mesalazin plasentar baryerd ən keçir v ə onun konsentrasiyası göb ək ciy əsi qanında, ananın qan plazmasındakı konsentrasiyasından aşağıdır. Asetilmesalazinin miqdarı ciy ə və ananın qan plazmasında bərabər konsentrasiyada aşkar olunmuşdur.
Mesalazinin hamil ə qadınlarda istifad əsinə dair d əqiq, tam dolğun t ədqiqat n əticələri yoxdur. D ərc olunmuş m əlumatlara əsasən mesalazin istifad əsindən sonra anadangəlmə inkişaf qüsurlarının tezliyinin artması qeydə alınmamışdır. Bəzi məlumatlar vaxtından qabaq doğuş, dölün ölümü və yenidoğulmuşun aşağı çəkisinin tezliyinin yüksəlməsini göstərir. Lakin, yuxarıda sadalanan ağırlaşmalar bağırsağın aktiv iltihabi xəstəliyinin nəticəsi ola bilər.
Anaları Pentasa® qəbul etmiş yenidoğulmuşların qan v ə limfa sistemind ə pozğunluqların baş verm əsi (leykopeniya, trombositopeniya, anemiya) barədə məlumatlar daxil olmuşdur. Bir halda hamil əlik dövründə uzun müddət yüksək dozada (2 -4 q peroral) mesalazin q əbul etmiş ananın körpəsində böyrək çatışmazlığı müşahidə olunmuşdur. Klinikayaqədərki t ədqiqatlarda preparatın embrio - və fetotoksik t əsirinin olması, doğuş v ə postnatal inkişafa təsiri aşkarlanmamışdır. Laktasiya dövrü Mesalazin ana südün ə nüfuz edir.
Mesalazinin ana südünd əki konsentrasiyası ananın qan plazmasındakı konsentrasiyasından aşağı olduğu halda, onun metaboliti olan as etilmesalazinin konsentrasiyası isə ana südündə ananın qan plazmasında olduğu konsentrasiyada v ə ya ondan yüks ək s əviyyədə aşkar edilir. Pentasa® preparatının laktasiya dövründ ə istifadəsinə dair n əzarət olunan t ədqiqat aparılmamışdır. Bu qrupda preparatın istifad ə təcrübəsi m əhduddur. Uşaqlarda hiperhəssaslıq reaksiyaları (məsələn, ishal) inkişaf edə bilər ki, bu halda da döşlə əmizdirməni dayandırmaq lazımdır.
Fertillik Klinikayaqədərki tədqiqatların nəticəsinə əsasən mesalazinin fertilliyə təsiri aşkarlanmamışdır.
Pentasa® preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göst ərmir. Xoşag əlməz əlamətlər (başgic əllənmə və s. kimi) əmələ gəldikdə, göst ərilən f əliyyət növlərindən çəkinmək lazımdır.
Gündə 1 dəfə 1 suppozitoriya. Suppozitoriyanın yeridilməsindən bilavasitə əvvəl bağırsağı boşaltmaq lazımdır. Manipulyasiyanın gigiyenasını təmin etmək məqsədi ilə rezin barmaqcıqdan istifadə etmək lazımdır. Suppozitoriya birbaşa düz bağırsağa əzələnin yığılma müqaviməti kəsilən ədək yeridilir.
Əgər yeridildikdən 10 dəqiqə sonra suppozitoriya xaric o larsa, digər suppozitoriyanı yeritmək lazımdır. İstifadəni asanlaşdırmaq üçün suppozitoriyanı su ilə nəmləşdirmək olar. Müalicənin orta davamiyyəti 8 -12 həftə təşkil edir, m üalicənin effektivlik meyarı klinik-endoskopik remissiyanın əldə olunmasıdır. Dəstəkləyici və residivəleyhinə müalicənin maksimal davametmə müddəti məhdud deyil.