Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 saşedə 12 q susuz limon turşusu, 10 mq natrium pikosulfat monohidrat, 3,5 q maqnezium oksid vardır. Köməkçi maddələr: kalium hidrokarbonat 0,5 q, natrium saxarinat dihidratı 0,06 q, portağal aromatizatoru 0,06 qˇ ˇportağal aromatizatorun tərkibində quru portağal esktarktı, laktoza, ərəbistan kitrəsi, askorbin turşusu, butilhidroksianizol (E320).
İstifadəsinə göstərişlər:
1 yaşdan yuxarı uşaqlarda və böyüklərdə endoskopik (kolonoskopiya) və rentgenoloji müayinələrin keçirilməsindən öncə və ya cərrahi əməliyyatdan əvvəl bağırsaqların təmizlənməsi üçün. Mütamadi olaraq işlədici vasitə kimi istifadə etmək olmaz!
Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq; Xroniki ürək çatışmazlığı; Dehidratasiya; Mədənin boşalmasının pozulması; Mədə-bağırsaq və 12 barmaq bağırsağın xoraları; Toksik kolit; Toksik meqakolon; Bağırsaq keçməzliyi; Ürəkbulanma və qusma; Böyrək funksiyalarının ağır pozulmaları; Rabdomioliz; Hipermaqneziemiya; Cərrahi əməliyyatın keçirilməsini tələb edən kəskin abdominal patologiyalar (məsələn, kəskin appendisit, həmçinin təsdiq olunmuş və ya ehtimal edilən mədə-bağırsaq obstruksiyası və ya perforasiyası); Bağırsaqda aktiv iltihabi proses; Laktozaya qarşı dözümsüzlük, laktazanın defisiti və qlükozo-qalaktoz malabsorbsiyası; Böyrək funksiyalarının ağır pozulmaları (maqneziumun qanda kumulyasiya riski); 1 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Hamiləlik dövründə Pikoprep® preparatının istifadəsinə aid klinik təcrübə yoxdur. Doklinik tədqiqatlar zamanı natrium pikosulfatın yüksək miqdarda qəbulu reproduktiv toksikliyə gətirirdi. Təhlükəsizlik məqsədi ilə bu preparatı hamiləlik dövründə istifadə etmək məsləhət görülmür, çünki natrium pikosulfat işlədici təsirə malik olub peristaltikanı stimullaşdırır. Laktasiya Laktasiya dövründə Pikoprep® preparatının istifadəsinə aid klinik təcrübə yoxdur. Südvermə zamanı Pikoprep® ehtiyyatla təyin olunur, baxmayaraq ki, nə natrium pikosulfat nədəki maqnezium sitrat ana südünə keçmir.
Preparat daxilə qəbul olunur. Prosedur günü şəffaf mayelərdən ibarət pəhriz tövsiyə olunur. Pikoprep® preparatının istifadəsi zamanı, preparatın effekti saxlanılana qədər, dehidratasiyanın qarşısını almaq üçün kifayət qədər mayenin qəbulu tövsiyə edilir. Müalicə rejimi ilə maye qəbulundan əlavə, normal susuzluq şəffaf mayelərin qəbulu üçün əsasdır. Şəffaf mayelərə mətsiz meyvə şirələri, alkoqolsuz içkilər, bulyon, çay, qəhvə (südsüz, soyasız və ya qaymaqsız) və su daxildir. Yalnız su içilməməlidir. Məhlulun hazırlanması - böyüklər və 9 yaşdan yuxarı olan uşaqlar üçün: 1 paketin möhtəviyyatı 1 stəkan otaq temperaturunda olan (təxminən 150 ml) suda həll edilir və 2-3 dəqiqə ərzində qarışdırılır. Ağımtıl və ya sarı çalar alan ağımtıl, şəffaf olmayan və cüzi portağal ətirli məhlul alınır. Belə məhlul istifadə üçün hazırdır. Məhlul isidilərsə, qəbul üçün lazımi temperatura qədər soyudulmalıdır. - 1 yaşdan 9 yaşa qədər olan uşaqlar üçün: Dozalanma rejiminə əsasən (aşağıda göstərilir), tozun lazım olan hissəsini, (bir ölçü qaşığı 50 ml su üçün nəzərdə tutulur) ağımtıl və ya sarı çalar alan ağımtıl, şəffaf olmayan və cüzi portağal ətirli məhlul alınana qədər qarışdırılır. Belə məhlul istifadə üçün hazırdır. Məhlul isidilərsə, qəbul üçün lazımi temperatura qədər soyudulmalıdır. Artıq qalan hissəsini istifadə etmək olmaz 4-9 yaş arası uşaqlar üçün paketin möhtəviyyatının həll edilməsi qaydası böyüklərdə istifadəsi üçün tozun həll edilməsi üzrə təlimatda olduğu kimidir. Bir gün öncə yüksək mənimsəmə olan pəhriz saxlanması məsləhət görülür. Prosedur günü şəffaf mayelərdən ibarət pəhriz tövsiyə olunur. Pikoprep preparatının istifadəsi zamanı, preparatın effekti saxlanılana qədər, dehidratasiyanın qarşısını almaq üçün kifayət qədər mayenin qəbulu tövsiyə edilir. Müalicə rejimi ilə maye qəbulundan əlavə (Pikoprep+əlavə mayelər), normal susuzluq şəffaf mayelərin qəbulu üçün əsasdır. Şəffaf mayelərə mətsiz meyvə şirələri, alkoqolsuz içkilər, bulyon, çay, qəhvə (südsüz, soyasız və ya qaymaqsız) və su daxildir. Yalnız su içilməməlidir. Dozalanma rejimi Böyüklər (yaşlı şəxslər daxil olmaqla) Prosedur günün birinci yarısına təyin olunursa • 1 paketin möhtəviyyatını, yuxarıda göstərilən kimi, suda həll edib günün ikinci yarısında və ya erkən axşam (məsələn, saat 16.00-18.00-da) qəbul etmək, sonra 250 ml həcmdə ən azı 5 stəkan şəffaf maye içmək lazımdır. • 1 paketin möhtəviyyatını, yuxarıda göstərilən kimi, suda həll edib axşam 22.00-24.00 arası qəbul etmək, sonra 250 ml həcmdə ən azı 3 stəkan şəffaf maye içmək lazımdır. • Son stəkan maye prosedurdan iki saat öncə qəbul olunmalıdır. Prosedur günün ikinci yarısına təyin olunursa • 1 paketin möhtəviyyatını, yuxarıda göstərilən kimi, suda həll edib prosedurun keçirilməsindən bir gün əvvəl axşam saatlarında, təxminən saat 17.00-21.00 arası qəbul etmək, sonra 250 ml həcmdə ən azı 5 stəkan şəffaf maye içmək lazımdır. • 1 paketin möhtəviyyatını, yuxarıda göstərilən kimi, suda həll edib səhər vaxtı (prosedurun keçirilməsindən 5-9 saat əvvəl) qəbul etmək, sonra 250 ml həcmdə ən azı 3 stəkan şəffaf maye içmək lazımdır. • Son stəkan maye prosedurdan iki saat öncə qəbul olunmalıdır. 1 yaşdan 9 yaşa qədər uşaqlar Preparata ölçü qaşığı əlavə olunub. Qaşığa toz tökülür. Ölçü qaşığında tozun düz səthini əldə etmək üçün dolu qaşığın üstündən əşyanın ensiz yastı qırağı, məsələn bıcağın arxa tərəfi ilə keçirilməsi tövsiyə olunur (1 ölçü qaşığında paketin 1/4- i - 4 q toz vardır). Qəbuletmə saatı böyüklərdəki kimidir. Uşaqlarda Pikoprep® preparatının dozalanma rejimi: 1-2 yaş arası uşaqlar: biri1 ölçü qaşığı toz səhər (birinci doza) və 1 ölçü qaşığı toz günorta (ikinci doza); 2-4 yaş arası uşaqlar: 2 ölçü qaşığı toz səhər (birinci doza) və 2 ölçü qaşığı toz günorta (ikinci doza); 4-9 yaş arası uşaqlar: 1 paket səhər (birinci doza) və 2 ölçü qaşığı toz günorta (ikinci doza); 9 yaşdan yuxarı uşaqlar: dozalanma böyüklərdəki kimidir. Xüsusi klinika hallarda istifadəsi Bədən çəkisi az olan pasientlərdə (BÇİ ˂ 18 kqm3) Pikoprep® preparatının istifadəsi haqqlnda məlumatı məhduddur. Belə xəstələrdə su-elektrolit balansını tənzimləmək üçün qəbul olunan mayenin həcmini kontrol altında saxlamaq lazımdır.