Sevimlilərə əlavə edin
Paylaşın

Platifillin 0, 2% 1 ml N10 Amp (Zdorovye)

Məhsul Kodu : 111-00124
İstehsalçı ölkə : Rusiya
1 Şərh Şərh
3,60 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Platifillin-zdorovye, inyeksiya üçün məhlul

Platifillin-zdorovye tərkibi

Platifillin-zdorovye tərkibi, 1 ml məhlulun tərkibində 2 mq platifillin hidrotartrat vardır. Köməkçi maddələr: inyeksiya üçün su.

Platifillin-zdorovye, istifadəsinə göstərişlər

Kompleks müalicənin tərkibində: qastroduodenit, funksional dispepsiya, pilorospazm, xolesistit, xolelitiaz, bağırsaq sancıları, böyrək sancıları, öd sancıları. Bronxial astma (bronxospazmın aradan qaldırılması üçün), bronxoreya. Alqodismenoreya. Serebral arteriayaların spazmı. Angiotrofonevroz.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq. Səyriyən aritmiya, taxikardiya, xroniki ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, mitral stenoz, ağır dərəcəli arterial hipertenziya. Kəskin qanaxma. Tireotoksikoz. Hipertermik sindrom. Qida borusunun axalaziyası, mədə çıxacağının stenozu, bağırsaq atoniyası. Qlaukoma. Qaraciyər və böyrək çatışmazlığı. Miasteniya. Sidik ifrazının ləngiməsi və ya ona meyllilik. Beyin zədələnməsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı yalnız, ana üçün gözlənilən faydası döl və ya uşaq üçün potensial riskdən üstün olduğu halda, ehtiyatla istifadə etmək olar.

Platifillin-zdorovye, istifadə qaydası

Preparatı dəri altına yeritmək lazımdır. Böyüklərə və 15 yaşdan yuxarı uşaqlara spastik ağrıları, uzunmüddətli bronxial astma tutmalarını, serebral və periferik angiospazmları aradan qaldırmaq üçün sutkada 1-2 dəfə 1-2 ml yeritmək lazımdır. Kursluq müalicə təyin olunduqda, preparatı 10-15-20 gün müddətində sutkada 1-2 dəfə 1-2 ml dəri altına yeritmək lazımdır. Göstərişlərdən və pasiyentin yaşından asılı olaraq, preparatın birdəfəlik və sutkalıq dozaları və həmçinin, yeridilmə tezliyi həkim tərəfindən fərdi qaydada müəyyən olunur. Maksimal birdəfəlik doza 10 mq, maksimal sutkalıq doza 30 mq təşkil edir. Uşaqlar. Preparatı 15 yaşdan yuxarı uşaqlarda istifadə etmək olar.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00124

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce