Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq levosetirizin dihidroxlorid (4,21 mq levosetirizinə müvafiq) vardır.
Preparat, böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda allergik reaksiya simptomlarının və əlamətlərinin (asqırma, burun axması, burun tutulması, gözlərdə və dəri üzərində müşahidə olunan simptomlar) müalicəsi üçün istifadə olunur, məsələn: pollinoz, daimi allergik rinit, övrə. Göstərilən preparatın 1 həftə müddətində istifadəsi, xəstəliyin simptomlarını yüngülləşdirmədikdə və ya daha da ağırlaşdırdığı halda, həkimə müraciət etmək vacibdir.
Aşağıdakı hallarda Pollezin® preparatının daxilə qəbul etmək üçün damcılarını istifadə etmək olmaz: - levoseterizin dihidroxloridə, setirizinə, hidroksizinə, “piperazin törəmələri” adlandırılan preparatlara və həmçinin, “Tərkibi” bölməsində qeyd olunan köməkçi maddələrdən hər hansına qarşı allergiya müşahidə olunduqda; - pasiyentdə böyrək funksiyalarının ağır dərəcəli pozğunluğu qeyd olunduğu halda (kreatinin klirensi 10 ml/dəq olan böyrək çatışmazlığı).
Pasiyentin hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi məlumatlandırmaq lazımdır. Hamiləlik və laktasiya dövründə istənilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Pollezin® preparatının daxilə qəbul etmək üçün damcılarından istifadə etdikdə, bəzi pasiyentlərdə yuxuya meyllilik, yorğunluq və ya asteniya müşahidə oluna bilər. Bu səbəbdən, preparata qarşı fərdi həssaslıq aşkar olunmayana qədər, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etmək arzusunda olan pasiyentlər, ehtiyat tədbirlərinə riayət etməlidirlər. Xüsusi tədqiqatlarda müəyyən olunmuşdur ki, levosetirizini adətən tövsiyə olunan dozalarda istifadə etdikdə, sağlam könüllülərdə levosetirizin psixi ayıq qalma səviyyəsini və nəqliyyat vasitəsini idarəetmə qabiliyyətini pozmamışdır.
Dərman preparatını hər zaman hazırkı təlimata müvafiq istifadə etmək lazımdır. Hər hansı şübhə meydana çıxdıqda, həkimlə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Tövsiyə olunan dozaları Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: gündə 1 dəfə 1 ml (gündə 1 dəfə damcısalan vasitəsi ilə 20 damcı), (gündə 1 dəfə 5 mq) preparat. 6 yaşdan 12 yaşa qədər uşaqlara: gündə 1 dəfə 1 ml (gündə 1 dəfə damcısalan vasitəsi ilə 20 damcı), (gündə 1 dəfə 5 mq) preparat.
2 yaşdan 6 yaşa qədər uşaqlara: gündə 2 dəfə 0,25 ml (gündə 2 dəfə damcısalan vasitəsi ilə 5 damcı) (hər gün 2,5 mq bərabər dozalarda – gündə 2 dəfə 1,25 mq) preparat. Südəmər körpələrdə və 2 yaşa qədər uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. Xüsusi pasiyent qrupları Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə böyrək xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq, preparatı aşağı dozalarda istifadə etmək lazımdır. Uşaqlar üçün tələb olunan dozanı seçdikdə, uşağın bədən kütləsini nəzərə almaq lazımdır.
Dozalanma rejimi həkim tərəfindən müəyyən edilməlidir. Böyrək funksiyalarının ağır dərəcəli pozğunluğundan əziyyət çəkən pasiyentlərdə Pollezin® preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsi əks göstərişdir. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə preparatın dozasının dəyişdirilməsi tələb olunmur. Eyni zamanda qaraciyər və böyrək çatışmazlığınadan əziyyət çəkən pasiyentlərə, böyrək xəstəliklərinin ağırlıq dərəcəsindən asılı olaraq, preparatın aşağı dozalarını təyin etmək lazımdır.
Uşaqlar üçün tələb olunan dozanı seçdikdə, uşağın bədən kütləsini nəzərə almaq lazımdır. Dozalanma rejimi həkim tərəfindən müəyyən edilməlidir. Yaşı 65-dən yuxarı olan pasiyentlər Böyrək funksiyaları normal olan pasiyentlərdə preparatın dozasının dəyişdirilməsi tələb olunmur. Damcılar daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur.
Damcıların tələb olunan miqdarını damcısalan vasitəsi ilə ölçüb, xörək qaşığına və ya içərisində su olan stəkana damcılatmaq lazımdır. Həll etdikdən sonra damcıları dərhal, qida qəbulundan asılı olmayaraq, daxilə qəbul etmək lazımdır. Müalicənin davametmə müddəti Müalicə kursunun davametmə müddəti pasiyentin şikayətlərinin xüsusiyyətlərindən və müddətindən asılıdır. Müalicə kursunun davametmə müddəti həkim tərəfindən müəyyən edilməlidir.
Pollezin® preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsinin ötürülməsi Ötürülən dozanı bərpa etmək üçün, preparatın ikiqat dozasını qəbul etmək olmaz. Belə halda, növbəti dozanın qəbul vaxtını gözləmək və həkim tərəfindən təyin olunan normal dozanı qəbul etmək lazımdır. Pollezin® preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsinin vaxtından əvvəl dayandırılması Pollezin® preparatının istifadəsinin təyin olunan müddətdən tez dayandırılması, ziyan gətirməməlidir. Lakin, Pollezin® preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsi dayandırıldıqdan sonra, müalicənin əvvəlində dəri qaşınması simptomları müşahidə olunmadıqda belə, həmin simptom meydana çıxa bilər.
Adətən, bu simptomlar spontan aradan qalxırlar, lakin, bəzi hallarda onlar, müalicənin bərpa olunmasını tələb edən kifayət qədər ağır dərəcəli ola bilər. Bir qayda olaraq, həmin simptomlar müalicə bərpa olunduqdan sonra aradan qalxırlar. Preparatdan istifadə etdikdə, əlavə suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.