Dufalak 667 mq 500 ml sirop
Hər 100 ml siropun tərkibinə 66, 7 q laktuloza daxildir. Effektli işlətmə vasitə kimi istifadə olunur. Laktuloza nazik bağırsaqda sovrulmur və həzm olunmur. Yoğun bağırsaqda laktuloza süd turşulu və bifidobakteriyaların çoxalmasını sürətləndirir. Lakto və bifidobakteriyalar laktulozanı müxtəlif orqanik turşulara çevirir. Bu turşular isə yoğun bağırsaqda suyu saxlayır, nəticədə nəcis kütləsinin həcmi böyüyür, bağırsaqların hərəkətliliyi artır və bu da öz növbəsində işlədici effekt verir.