Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PROKTIN 20ML REKTAL GEL

Məhsul Kodu : 111-24045
24,20 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Proktin, tibbi vasitə

Proktin tərkibi

PROKTİN Tibbi vasitənin istifadəsinə dair təlimat vərəqəsi İkievli gicitkan ekstraktı (Urtica Dioica extract) - 8.0 q At şabalıdı bitkisinin ekstraktı (Aesculus Hippocastanum extract) - 5.0 q Dərman gülümbaharı ekstraktı (Calendula Officinalis extract) - 5.0 q Ağ söyüd qabığının ekstraktı (Salix Alba Bark extract) - 1.98 q Ağ palıd qabığının ekstraktı (Quercus Alba Bark extract) - 2.0 q Əzvay ekstraktı (Aloe Barbadensis extract) - 1.0 q Dəlikli dazıotu yağı (Hypericum Perforatum oil) -3.0 q Dərman gülümbaharı yağı (Calendula Officinalis oil) -2.0 q İstiotlu nanə yağı (Mentha Piperita oil) - 0.3 q Pantenol (Panthenol) -2.0 q Köməkçi maddələr: süd turşusu -0.2 q, timol - 0.1 q, su- 19.12 q, natrium EDTA-0.1 q, natrium benzoat-0.2 q, qliserin - 35.0 q, polaksamer 407-15.0q Məhsul haqqında məlumat: Proktin gel daxili və xarici babasil, anal çatların müalicəsi üçün istifadə olunan vasitədir. Gelin iltihabəleyhinə, büzücü (qanaxmanı ləngidir) və yarasağaldıcı (selikli qişanın bərpasını tezləşdirir) təsirləri vardır. Babasil zamanı ağrı, göynəmə və ödemi aradan qaldırır. İkievli gicitkan ekstraktı tanninlər, B2, B3, C vitaminləri, karotinoidlər, mikroelementlər və makroelementlər ilə zəngindir.

İltihabəleyhinə, antiseptik, ağrıkəsici və yarasağaldıcı xüsusiyyətləri var. Tərkibində olan K vitamininin hesabına qanın laxtalanmasını artırır və qanaxmaların qarşısını alır. At şabalıdının ekstraktı venalara tonuslandırıcı təsirə malikdir. Onun tərkibində eskulin və essin qlikozidləri vardır.

Eskulin antitrombinin sintezini sürətləndirir. Essin iltihabəleyhinə və ödeməleyhinə təsir göstərir. At şabalıdı venoz damarların tonusunu artırır, venalarda qan axınını sürətləndirir və trombun əmələ gəlməsinin qarşısını alır. At şabalıdı kapilyarların keçiriciliyini azaldaraq mikrosirkulyasiyanı yaxşılaşdırır.

Lizosomal fermentlərin aktivləşməsinin qarşısını alaraq, damarlarda proteoqlikanların parçalanma hallarını aradan qaldırır. Bununla da kapilyarların keçiriciliyinin və dağılmasının qarşısını alır, venoz durğunluğu aradan qaldırır, ödem və ekssudasiyanın qarşısını alır. Dərman gülümbaharı ekstraktı və yağı karotin, kumarinlər, flavonoidlər, efir yağları, molibden, selen və sink ilə zəngindir. Dərman gülümbaharı güclü iltihabəleyhinə təsirə malikdir, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan götürərək, zədələnmiş nahiyənin regenerasiyasını təmin edir.

Həmçinin güclü spazmolitik təsirə malik olduğundan, spastik ağrıları tez bir zamanda aradan qaldırır. Ağ söyüd qabığının ekstraktının tərkibi salisil turşusu ilə zəngin olduğundan ağrıkəsici, iltihabəleyhinə, antioksidant və regenerasiyaedici təsirlər göstərir. Ağ palıd qabığının ekstraktı tanninlər, pektin, kversetin, nişasta, qətran ilə zəngindir. Qan damarlarını möhkəmləndirir, büzücü və iltihabəleyhinə təsir göstərir.

Əzvay ekstraktı C və E vitamini, karotinoid, flavonoid, mikroelementlər və makroelementlər ilə zəngindir. Yarasağaldıcı və yerli immuniteti artırır. Tərkibində olan salisil turşusu, efir yağları və sterinlər sayəsində antibakterial və iltihabəleyhinə təsirlər göstərir. Dəlikli dazıotu yağı tərkibində olan flavonoidlər, tanninlər, mikroelementlər və makroelementlər, A və C vitaminləri, nikotin turşusu, efir yağı hesabına ağrıkəsici və iltihabəleyhinə təsirə malikdir.

Toxumaların dərin qatlarına nüfuz edərək regenerasiyanı yaxşılaşdırır. İstiotlu nanə yağının antiseptik və ağrıkəsici təsirləri vardır. Pantenol zədələnmiş selikli qişanın tamlığını bərpa edir. Köməkçi maddələr aktiv komponentlərin tədricən və arasıkəsilmədən sorulmasına şərait yaradır.

İstifadəsinə dair tövsiyələr: Aşağıdakı halların kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyə olunur: Xarici və daxili babasil; Perianal ekzema; Proktit, paraproktit; Düz bağırsağın çatları; Babasil əməliyyatından sonra; Doğuşdan sonra yaranan babasil. İstifadəsinə dair məhdudiyyətlər:

Proktin istifadə qaydası və dozası

Gel əl ilə qaşınma və ya ağrı nahiyyəsinə səhər və axşam, həmçinin hər defekasiya aktından sonra çəkilir. Düz bağırsaq daxilinə yeritmək üçün aplikatordan istifadə edilir. Aplikator düz bağırsağa yeridildikdən sonra tub sıxılır və tədricən aplikator çıxarılır. İstifadədən sonra aplikator yuyulub təmizlənir.

Vasitonin fordi (bir şəxs tərəfindən) istifadəsi məsləhət görülür. Buraxılış forması: Tubda 20 ml gel, iki ədəd aplikator və istifadəyə dair təlimat vərəqəsi ilə birlikdə karton qutuya qablaşdırılmışdır. Dərman vasitəsi deyildir. Tibbi vasitədir.

Prepared by  T-Soft E-Commerce.