Sevimlilərə əlavə edin
Paylaşın

Prokto Sinalar-N, 15 g

Məhsul Kodu : 111-27530
İstehsalçı ölkə : Yunanistan
0 Şərh Şərh
12,30 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Prokto Sinalar-N, 0,01% / 2% rektal krem

Prokto Sinalar-N tərkibi

Təsiredici maddə:  1 q kremin tərkibində 0,10 mq flüosinolon asetonid, 20,00 mq lidokain  
hidroxlorid.

Əks göstərişlər 

Tərkibindəki təsiredici maddəyə və ya hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq. 
Nefrozlar istisna olmaqla ağır böyrək xəstəlikləri. 
Psixozlar və ya psixozlara meyillilik. 
Aktiv vərəm, infeksion xəstəliklər, dəri atrofiyası, sifilis, parazitar infeksiyalar, istifadə 
nahiyəsində bakterial, göbələk və ya virus infeksiyaları (məsələn, vaccinia virusu, su çiçəyi, 
herpes). 
İstifadə nahiyəsində diaqnozu qoyulmamış dermatopatiylar, zəif xoralar, çatlar.   
Mədə-bağırsaq qanaxmaları. 
Vaksinasiya aparılacağı zaman.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Hamilələrdə kortikosteroidlərin istifadəsinin təhlükəsizliyinə dair məlumatlar kifayət qədər deyil. 
Güclü təsirə malik kortikosteroidlərin hamilə heyvanlara tətbiqi döldə inkişaf qüsurlarına səbəb 
olmuşdur. Buna görə də hamiləlik zamanı yalnız potensial fayda potensial riskdən yüksək olduğu 
hallarda yerli kortikosteroidlər təyin oluna bilər. Belə hallarda onları yüksək miqdarda və ya 
uzunmüddətli təyin etmək olmaz, xüsusilə hamiləliyin 1-ci trimestrində.  
Laktasiya 
Laktasiya dövründə yalnız ana üçün potensial fayda döl üçün potensial riskdən üstün olduğu 
hallarda yerli kortikosteroidlərdən istifadə etmək olar. İstifadə vacibdirsə, preparatın miqdarı və 
müalicənin müddəti minimuma endirilməlidir.

İstifadə qaydası və dozası 

Müalicə müddəti 2 həftədən çox olmamalıdır.  
Adi doza: az miqdar krem zədələnmiş nahiyəyə sutkada 2-3 dəfə ehtiyatla sürtülür. Kremi düz 
bağırsağa aplikator-başlıqla sürtmək olar.    
İstifadədən öncə anal nahiyəni təmizləmək məsələhət görülür.  
Adi dərhal yaxşılaşma səbəbilə müalicəni qeyri-düzgün, vaxtından öncə dayandırmaq olmaz.  
İstifadə metodu: 
Rektal istifadə: 
Prokto Sinalar-N preparatının istifadəsindən (defekasiya aktından sonra istifadə olunur) öncə anal 
nahiyə yaxşı təmizlənməlidir.  
İstifadədən öncə və sonra əlləri yumaq lazımdır.  
Noxud ölçüsündə kremi barmağın ucu (sfinkterin müqavimətinə qarşını almaq üçün) ilə anus və 
anal dairəyə sürtmək lazımdır.  
İntrarektal istifadədən öncə qablaşmadakı ucluğu tubaya birləşdirmək lazımdır. Ağır iltihab və bu 
səbəbdən güclü ağrı olarsa, başlanğıcda kremi barmaqla daxilə sürtmək məsləhət görülür.  
Çıxan hemorroidal düyünlərin üzərinə kremi qalın qat şəklində sürtmək və imkan varsa düyünləri 
ehtiyatla barmaqla düz bağırsağa salmaq lazımdır.   

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27530

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce