Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RABEMET 20MG N30 TAB

Məhsul Kodu : 111-29018
İstehsalçı ölkə: Hindistan
7,69 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RABEMET, qastrorezistent tabletlər

RABEMET tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq rabeprazol natrium vardır.

İstifadəsinə göstərişlər

Onikibarmaq bağırsağın aktiv xorası Mədənin aktiv xoşxassəli xorası Simptomatik eroziv və ya xoralı qastro-ezofaqeal reflüks xəstəliyi (QERX) Qastro-ezofaqeal reflüks xəstəliyinin (QERX) uzunmüddətli müalicəsi Orta və çox ağır dərəcəli qastro-ezofaqeal reflüks xəstəliyinin simptomatik müalicəsi (simptomatik QERX) Zollinger-Ellison sindromu. Peptik xora xəstəliyi olan pasiyentlərdə Helicobacter pylori -nin erdikasiyası üçün müvafiq antibakterial müalicəvi rejimlərlə kombinasiyada

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Hamiləlik Laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

RABEMET istifadə qaydası və dozası

Rabe Met bütov halda, çeynənmədən və bölünmədən qəbul edilməlidir. Preparat yeməkdən əvvəl qəbul edilir. Böyüklər/yaşlı pasiyentlər On iki barmaq bağırsağın aktiv xorası və mədənin aktiv xoşxassəli xorası: onikibarmaq bağırsağın aktiv xorası və mədənin aktiv xoşxassəli xorasının hər ikisi üçün tövsiyə olunan oral doza gündə bir dəfə səhərlər qəbul etməklə, 20 mq təşkil edir. Simptomatik eroziv və ya xoralı qastro -ezofaqeal reflüks xəstəliyi (QERX): bu vəziyyət üçün tövsiyə olunan oral doza 4-8 həftə müddətində gündə 1 dəfə 20 mq təşkil edir.

Qastro-ezofaqeal reflüks xəstəliyinin (QERX) uzunmüddətli müalicəsi: uzunmüddətli müalicə üçün rabeprazolun dəstəkləyici dozası pasiyentin cavab reaksiyasından asılı olaraq, gündə 1 dəfə 20 mq və ya 10 mq təşkil edir. Orta və çox ağır dərəcəli qastro -ezofaqeal reflüks xəstəliyinin simptomatik müalicəsi (simptomatik QERX): ezofaqiti olmayan pasiyentlərdə gündə 1 dəfə 10 mq. Zollinger-Ellison sindromu: böyüklər üçün tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 60 mq-dır. H.pylori-nin eradikasiyası: H.pylori infeksiyası olan pasiyentlər eradikasion terapiya ilə müalicə olunmalıdırlar.

7 gün ərzində aşağıdakı kombinasiyadan istifadə edilməsi tövsiyə olunur: gündə 2 dəfə 20 mq rabeprazol + gündə 2 dəfə 500 mq klaritromisin və gündə 2 dəfə 1 q amoksisillin.

Prepared by  T-Soft E-Commerce.