Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Rabezol 20 Mg N28 tablet

Məhsul Kodu : 111-20133
İstehsalçı ölkə: Türkiye
17,22 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RABEZOL, bağırsaqda həll olan örtüklü tabletlər

Rabezol tərkibi

 Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq rabeprazol natrium vardır. Köməkçi maddələr:mannitol, maqnezium oksid, hidroksilpropil sellüloza, povidon, qarğıdalı nişastası, natrium stearil fumarat, hipromelloza, hipromelloza ftalat, trietil sitrat, talk, titan dioksid, hidroksipropilmetilsellüloza, titan dioksid, makroqol, sarı dəmir oksidi.

İstifadəsinə göstərişlər:

 • Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi.

 • Qastroezofaqeal reflüks xəstəliyi, eroziv ezofaqit.

 • Zollinger-Ellison sindromu.

Əks göstərişlər:

 Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 B kateqoriyası. Hamilə qadınlarda preparatın təhlükəsizliyi haqqında kifayət qədər məlumat yoxdur. Rabezol hamilə qadınlarda yalnız preparatın qəbuluna mütləq göstəriş olduqda təyin oluna bilər. Rabezolun ana südünə ekskresiya olunması haqda dəqiq məlumat yoxdur. Lakin məlumdur ki, əksər preparatlar ana südündə aşkarlanır və rabeprazolun da qəbulundan sonra südəmər uşaqda potensial əlavə təsirlərin yaranma riskini nəzərə alaraq uşağın ana südü ilə qidalandırılmasının və ya ana tərəfindən preparatın qəbulunun dayandırılması haqda qərar verilməlidir.

Rabezol istifadə qaydası, dozası

 Qastroezofaqeal reflüks xəstəliyinin müalicəsi Rabezolun gündəlik dozası 20 mq təşkil edir və 4-8 həftə müddətinə təyin olunur. Xəstə tam sağalmadıqda müalicə müddətinin əlavə 8 həftəyədək artırılması mümkündür. Zollinger-Ellison sindromu zamanı patoloji hipersekresiyanın müalicəsi Gündəlik tövsiyə olunan doza fərdidir. Fərdi patoloji hipersektor vəziyyətindən asılı olaraq tövsiyə olunan ilkin gündəlik doza 60 mq təşkil edir. Mualicə müddəti klinik vəziyyətdən asılı olaraq təyin olunur. Bəzi xəstələrdə preparatın gündəlik dozası 2 dəfəyə bölünür. Mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin müalicəsi Rabezolun gündəlik dozası 20 mq təşkil edir. Müalicə müddəti 4-8 həftə təşkil edir. Ehtiyac yarandıqda müalicə müddəti uzadıla bilər. Rabezol klaritromisin və amoksisillin ilə kombinasiyada 3 dərman rejimi şəklində H.pylori infeksiyası və 12-barmaq bağırsağın xorası olan (aktiv və ya 5-illik xəstəlik tarixçəsi) xəstələrdə H. pylori-nin eradikasiyasında göstərişdir. H. pylory-nin eradikasiyası 12-barmaq bağırsaqda xoranın residivləşmə riskini azaldır. Rabezol bütov halda, çeynnmədən və bölünmədən qəbul edilməlidir. Preparatın qəbulu yeməkdən asılı deyil.

 

Prepared by  T-Soft E-Commerce.