Sevimlilərə əlavə edin
Paylaşın

Regulaks Pikosulfat 20 ml Damla

Məhsul Kodu : 111-28026
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
6,88 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

REQULAKS PİKOSULFAT, daxilə qəbul üçün damcı

REQULAKS PİKOSULFAT tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində (20 damcı) 7,5 mq natrium pikosulfat monohidrat (7,23 mq natrium pikosulfata nəzərən) vardır.

İstifadəsinə göstərişlər

Daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısı – işlədici vasitədir. Daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısı qəbizlik zamanı və defekasiyanın yüngülləşdirilməsini tələb edən xəstəliklərdə istifadə üçündür. Digər işlədici vasitələr kimi, daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısını qəbizlik zamanı hər gün və ya həkim nəzarəti olmadan uzun müddət istifadə etmək olmaz.

Əks göstərişlər

Pikosulfat natriuma qarşı, triarilmetan törəmələrinə və ya preparatın digər komponentlərinə qarşı (bax: “Tərkibi”) allergiya. Bağırsaq kütləsinin keçməsinin çətinləşməsi ilə bağırsağın daralması zamanı, bağırsaq keçməzliyi, kəskin abdominal vəziyyətlərdə (məsələn, appendisit), ürəkbulanma və qusma ilə müşaiyət olunan intensiv qarın ağrıları, mədə-bağırsaq traktının kəskin iltihabi xəstəlikləri, orqanizmin ağır dehidratasiyası. 4 yaşdan kiçik uşaqlara daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını qəbul etmək olmaz. Qarında ağrı, qusma və temperaturun yüksəlməsi ilə müşaiyət olunan qəbizlik, ciddi xəstəlik əlaməti ola bilər (bağırsaq keçməzliyi, qarın boşluğu orqanlarının kəskin iltihabı).

Belə şikayətlər zamanı daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısını və ya digər dərmanları qəbul etmək olmaz, ancaq həkimə müraciət etmək lazımdır. Su-elektrolit balansının pozğunluqları ilə müşayiət olunan xəstəliklər zamanı (məsələn, böyrəklərin məhdud funksiyaları) daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısını ancaq həkim nəzarəti altında qəbul etmək olar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə, uşaq əmizdirirsizsə və ya Sizə elə gəlir ki, hamiləsiz və ya hamilə olmağı planlaşdırırsınızsa preparatı qəbul etməzdən əvvəl bu barədə həkiminizə və əczaçıya xəbər verin. Hamiləlik Natrium Pikosulfatın hamiləlik dövründə istifadəsinə dair klinik məlumat yoxdur. Natrium Pikosulfatdan hamiləlik dövründə imtina etmək tövsiyə olunur. Laktasiya Tədqiqatlar göstərdi ki, təsiredici maddə ana südünə keçmir.

Buna baxmayaraq daxilə qəbul olunan Requlaks® Pikosulfat damcısını laktasiya dövründə ehtiyatla istifadə etmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Adətən, daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısını tövsiyə olunan dozalarda qəbul etsəniz xüsusi ehtiyat tədbirlərinə ehtiyac yoxdur. Amma, başgicəllənmə, qısamüddətli şüurun itməsi və ya qarında spazmlar nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyətini zəiflədə bilər.

REQULAKS PİKOSULFAT istifadə qaydası və dozası

Daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısını, həmişə bu istifadəyə dair təlimata müvafiq olaraq istifadə etmək lazımdır. Əgər Sizdə hər hansı bir sual meydana çıxarsa həkiminizə və ya əczaçıya müraciət edin. Tövsiyə olunan doza (əgər həkim başqa təyinat verməyibsə): Böyüklər və yeniyetmələr 14-27 damcı Requlaks® Pikosulfat (5-10 mq natrium pikosulfata müvafiqdir) qəbul edirlər. 4 yaş və 4 yaşdan böyük uşaqlar Requlaks® Pikosulfatı yalnız həkim təyinatı üzrə 7-14 damcı (2,5- 5 mq natrium pikosulfata müvafiqdir) qəbul edirlər.

Daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısını axşam qəbul etmək məsləhətdir. Damcını tək və ya su ilə içmək olar. Preparatın işlədici təsiri adətən 10-12 saatdan sonra meydana çıxır. Qəbulun davamlılığı Həkimin təyini olmadan daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısını uzunmüddətli hər gün qəbul etməyin və ya həkim məsləhəti olmadan uzun müddət istifadə etməyin.

Əgər Sizdə belə bir fikir yaransa ki, daxilə qəbul olunan Requlaks ® Pikosulfat damcısı həddindən çox güclü və ya həddindən artıq zəifdir, bunu həkiminizlə və ya əczaçı ilə müzakirə edin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28026

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce