Relif Advans 200/30 Mq 28, 4 Qr Məlhəm
Bitib
Stokda olanda mənə xəbər verin.RELİF ADVANS, rektal məlhəm
RELİF ADVANS tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 200 mq benzokain vardır.
İstifadəsinə göstərişlər
Babasil zamanı, anal çatlarda, proktoloji əməliyyatlardan sonrakı dövrd ə; diaqnostik manipulyasiyalar zamanı yerli ağrıkəsici vasitə kimi.
Əks göstərişlər
Preparatın inqredientlərinə, h əmçinin diq ər amid tipli anestetik vasit ələrə qarşı yüks ək h əssaslıq, tromboemboliya (həmçinin keçirilmiş), qranulositopeniya.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etmək məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.
RELİF ADVANS istifadə qaydası və dozası
Preparat gigiyenik prosedurlardan sonra istifad ə etdilməlidir. Applikatorun qoruyucu başlığı çıxardılır. Applikator tuba goşulur v ə applikatoru yağlamaq üçün bir q ədər m əlhəm çıxardılır. Məlhəm gündə 4 dəfəyə qədər (s əhər, gec ə və hər bağırsaq boşalmasından sonra) z ədələnmiş nahiyəyə anal çıxışın xaricinə və ya daxilinə ehtiyatla applikator vasitəsilə sürtülür.
Hər istifadədən sonra applikatoru yumaq v ə qoruyucu başlığa yerl əşdirmək lazımdır. 12 yaşa q ədər uşaqlarda istifadəsi həkimin göstərişi ilə olmalıdır.