Sevimlilərə əlavə edin
Paylaşın

Renni 680/80 Mq Mentol N24 Çeynəmə Tablet

Məhsul Kodu : 111-04562
İstehsalçı ölkə : Fransa
1 Şərh Şərh
6,30 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

RENNİ, mentol dadlı çeynəmə tabletlər

Renni tərkibi

Təsiredici maddə:    1 tabletin tərkibində 680 mq kalsium karbonat və 80 mq ağır,  əsası maqnezium karbonat vardır. Köməkçi maddələr: saxaroza, prejelatinləşdirilmiş qarğıdalı nişastası, kartof  nişastası, talk (E553b), maqnezium stearat (E572), yüngül  maye parafin, mentol aromatizatoru, limon aromatizatoru.

İstifadəsinə göstərişlər:

 Qıcqırma və qastroezofageal reflüks zamanı istifadə olunur.

Əks göstərişlər:

 Nefrokalsinoz, böyrək çatışmazlığının ağır formaları, hiperkalsiemiya, hiperkalsiuriya, hipofosfatemiya; fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktozanın malabsorbsiyası və ya saxaraza- izomaltaza fermentinin çatışmazlığı kimi irsi xəstəliklər; preparatın tərkibində olan hər hansı komponentə qarşı  yüksək həssaslıq, miasteniya, bağırsaq keçməməzliyi. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Heyvanlarda teratogenez barədə dəqiq məlumatlar yoxdur. Yüksək dozalarda təyin olundaqda və  uzun müddət kalsium karbonatdan istifadə etdikdə ossifikasiya kimi anomaliyaların meydana çıxması aşkar edilib. Preparatı tövsiyə edilən dozalarda insanlarda istifadə etdikdə inkişaf qüsurları və ya embriotoksik effektlər aşkar edilməyib. Buna baxmayaraq, hamilə qadınlar tərəfındən preparatın istifadəsi ilə bağlı məlumatlar, ehtimal olunan riskləri istisna etmək üçün kifayət etmir. Bu səbəbdən, hamilə qadınlara preparat, yalnız mütləq zərurət yarandıqda təyin oluna bilər. Preparatı hamilə qadınlara təyin etdikdə, nəzərə almaq lazımdır ki, maqnezium duzları diareyanın meydana çıxmasına səbəb ola bilər, uzun müddət ərzində yüksək dozada kalsium duzlarından istifadə etdikdə, böyrəklər də daxil olmaqla, daxili orqanlqrın kalsinozu ilə hiperkalsiemiya riski yüksəlir.  Laktasiya dövründə Renni preparatı yalnız istifadə qaydaları barədə tövsiyələrə əməl etdikdə təyin oluna bilər.  Laktasiya dövründə Renni ehtiyatla istifadə olunur.

Renni istifadə qaydası, dozası

 Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Birdəfəlik doza 1-2 tabletdir. Ağrı zamanı sutkalıq doza 4-8 tabletdir.  Tabletləri çeynəmək və ya tam sovrulana qədər ağızda saxlamaq lazımdır.  Şiddətli ağrılarda dozanı qısa müddət ərzində sutkada 12 tabletə qədər artırmaq olar. Preparatı 10 gündən artıq istifadə etmək olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04562

Oxşar Məhsullar

Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
Almetik 60MG/300MG N40 Kaps
8,95 AZN -%0
8,95AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce