Sevimlilərə əlavə edin
Paylaşın

Replek-Flukonazol 150 Mg N1 (Makedonia)

Məhsul Kodu : 111-26220
İstehsalçı ölkə : Bosniya ve Herseqovina
0 Şərh Şərh
3,34 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

REPLEK-FLUKONAZOL, 150 mq bərk kapsullar

REPLEK-FLUKONAZOL tərkibi

Təsiredici maddə: 1 kapsulda 150 mq flukonazol vardır.

İstifadəsinə göstərişlər

˗ Yerli müalicə uyğun olmadıqda, genital kandidozun müalicəsi: cinsiyyət orqanlarının infeksiyaları. ˗ Vaginal kandidozun residivlərinin profilaktikası (ildə 4 və artıq hal).

Əks göstərişlər

˗ Flukonazola, digər göbələkəleyhinə preparatlara və ya preparatın hər hansı tərkib hissəsinə qarşı allergiya (hiperhəssaslıq). Simptomlar qaşınma, dəridə qızartı və ya tənəffüs çətinliyi ola bilər. ˗ Astemizol, terfenadin preparatlarının qəbulu (allergiyaya qarşı antihistamin dərman vasitələri). ˗ Sizaprid preparatının qəbulu (mədə pozğunuğu zamanı istifadə olunan preparat).

˗ Pimozid preparatının qəbulu (psixi xəstəliklərin müalicəsində istifadə olunan preparat). ˗ Xinidin preparatının qəbulu (ürək aritmiyalarının müalicəsində istifadə olunan preparat). ˗ Eritromisin preparatının qəbulu (infeksiyaların müalicəsində istifadə olunan antibiotik). ˗ Amiodaron preparatının qəbulu (qeyri-müntəzəm ürək döyüntülərinin (aritmiya) müalicəsində istifadə olunur).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Hamilə olduqda (və ya hamilə olduğunuzu düşündükdə) bu barədə həkimə məlumat verin. Hamiləlik dövründə həkimin göstərişi olmadan flukonazol preparatı qəbul edilməməlidir. Tədqiqatlar onu göstərir ki, hamiləliyin I trimestrində flukonazol qəbul edən qadınlarda spontan abort riski artır.

Laktasiya Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Laktasiya dövründə həkimin göstərişi olmadan flukonazol preparatı qəbul edilməməlidir. Flukonazol preparatını birdəfılik dozada (150 mq) qəbul etdikdən sonra, ana südü ilə qidalandırmanı davam etmək olar. Preparat təkrar dozada qəbul edildikdə, ana südü ilə qidalandırma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Flukonazol preparatının istifadəsi zamanı başgicəllənmə və qıcolmalar mümkündür, nəqliyyat idarə etdikdə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olduqda bunu nəzərə almaq lazımdır.

REPLEK-FLUKONAZOL istifadə qaydası və dozası

Flukonazol preparatını həmişə həkimin dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Həkimlə məsləhətləşmədən preparatın dozasını dəyişmək və ya qəbulunu dayandırmaq olmaz. Kapsul bir stəkan su ilə bütöv qəbul olunmalıdır.

Preparatı hər gün eyni vaxtda qəbul etmək tövsiyə olunur. Böyüklər Xəstəlik Doza Genital kandidoz 150 mq birdəfəlik doza Vaginal kandiozun residivlərinin profilaktikası Hər 3 gündən bir 150 mq, ümumi 3 doza (1-ci, 4-cü və 7-ci günlər), sonra infeksiya riski olduqda həftədə 1 dəfə 6 ay ərzində Xüsusi populyasiyalar Yaşlılar Böyrək pozğunluğu olmadıqda böyüklər üçün tövsiyə olunan adi doza təyin olunur. Böyrək funksiyasından asılı olaraq həkim dozanı tənzimləyə bilər. Uşaqlar Pediatrik populyasiyada genital kandidozun müalicəsində flukonazolun təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.

Yeniyetmələrdə (12-17 yaş) cinsiyyət orqanlarının kandidozunun müalicəsi lazım olduqda, preparatın dozası böyüklərdə olduğu kimi təyin olunmalıdır. Flukonazol preparatının təsirinin çox güclü və ya çox zəif olduğunu hiss etdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Flukonazol preparatının istifadəsi unudularsa Tabletin qəbulu unudulduqda, həmin gün xatırlayan kimi onu dərhal qəbul edin. Növbəti dozanın vaxtı yaxınlaşdıqda, gözləyin, unudulmuş dozanı qəbul etməyin.

Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26220

Oxşar Məhsullar

Amikron 500 Mq N10 Tablet
13,50 AZN -%0
13,50AZN
Anaferon 25 ml Detski Damla
10,20 AZN -%0
10,20AZN
Anaferon Uşaq 3 Mq N20 Tablet
8,06 AZN -%0
8,06AZN
Arbidol 200 Mg N10 Cap
14,78 AZN -%0
14,78AZN
Asiklovir 50 Mq 10q Krem
0,95 AZN -%0
0,95AZN
Asovir 400 Mq N30 Tablet
19,76 AZN -%0
19,76AZN
Asovir 50MG 5 g Krem
8,02 AZN -%0
8,02AZN
Atasvir 400MG N28 Tab
389,91 AZN -%0
389,91AZN
Azokan 150 Mg N2 Kapsul
8,10 AZN -%0
8,10AZN
Azokan 200MG N7 Cap
34,75 AZN -%0
34,75AZN
Bioflukon 150MG N1 Cap
5,27 AZN -%0
5,27AZN
Delopam 150MG N3 Cap
10,18 AZN -%0
10,18AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce