Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RESPIVENT 9/320MG 60 DOZ N1

Məhsul Kodu : 111-26027
İstehsalçı ölkə: Türkiye
29,52 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RESPİVENT, Diskeir 9/320 mkq inhalyasiya üçün toz

RESPİVENT tərkibi

Təsiredici maddə: 1 dozada 0,009 mq formoterol fumarat dihidrata bərabər 0,012 mq formoterol fumarat dihidrat, 0,320 mq budesonidə bərabər 0,40 mq budesonid vardır.

İstifadəsinə göstərişlər

RESPIVENT aşağıdakı hallarda istifadə olunur: Astmanın müalicəsində AXOX (Ağciyərin xronik obstruktiv xəstəliyi) müalicəsində. Astma RESPİVENT astma simptomlarını nəzarət etmək və müalicəsi üçün istifadə olunur. Astma xəstəliyinin mərhələli müalicəsində 3-cü mərhələdən təyin olunur. Həkiminiz astma üçün iki astma inhalyatoru təyin edə bilər: RESPIVENT və həmçinin 'rahatlaşdıran inhalyator'.

• Hər gün RESPİVENTİ istifadə edin. Bu, astma tutmalarının qarşısını alır. • "Rahatlaşdıran inhalyator" astma simptomları meydana gəldikdə nəfəs almanı asanlaşdırmaq üçün istifadə olunur. Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) AXOX-un orta və ağır tutmalarını və simptomların tezliyini azaldır.

AXOX,əsasən siqaret çəkmə səbəbindən əmələ gələn, ağciyərlərin və tənəffüs yollarının uzun müddətli bir xəstəliyidir. Əks-göstərişlər Preparatın komponentlərinə (budesonid, formoterol, laktoza) qarşı yüksək həssaslıq.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

RESPIVENT nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

RESPİVENT istifadə qaydası və dozası

Həmişə həkiminiz, tibb bacısı və ya əczaçınız tərəfindən təyin olunduğu kimi RESPİVEN Ti istifadə edin. Astma və ya AXOX simptomları olmasa belə müntəzəm olaraq, hər gün RESPIVENT-dən istifadə etməyə davam etmək vacibdir. Astma üçün RESPIVENT istifadə edirsinizsə, həkiminiz astma simptomlarını mütəmadi olaraq yoxlamalıdır. Astma və ya AXOX simptomları haqqında vacib məlumat RESPİVENT istifadə edərkən boğulma, hava çatışmazlıgı və ya xırıltılı tənəffüs olarsa, preparatı istifadə etməyə davam etməlisiniz, ancaq əlavə müalicəyə ehtiyacınız olduğu üçün ən qısa zamanda həkiminizə müraciət etməlisiniz.

Aşağıdakılardan hər hansı birini fərq etdiyiniz halda həkiminizlə əlaqə saxlayın: - Əyər çətin nəfəs alırsınızsa və ya gecə astma simptomlarından tez-tez oyanırsınızsa - Döş qəfəsində təzyiq hiss edirsinizsə və ya bu normal haldan daha uzun müddət davam edərsə Bu simptomlar astmaya və ya AXOX-a tam nəzarət etmədiyinizi və dərhal əlavə müalicəyə ehtiyac olduğunu göstərir. Astma Hər gün RESPIVENT istifadə edin. Bu, astma simptomlarının qarşısını alır. Böyüklər (18 yaş və yuxarı) - Adətən 1inhalyasiyadan gündə 2 dəfə təyin olunur.

- Həkiminiz bəzən 2 inhalyasiyadan gündə 2 dəfə təyin edə bilər. - Əgər xəstəlik əlamətləri yaxşı idarə olunarsa, həkiminiz dərman preparatını gündə 1 dəfə təyin edə bilər. Həkiminiz (ya da tibb bacısı) astmanın əlamətlərini düzgün nəzarət etməyinizə kömək edəcək. Yalnız həkiminizlə (və ya tibb bacısı ilə) söhbət etmədən doza tənzimlənməsini etməyin.

Astma simptomları meydana gəldiyi zaman "rahatlaşdırıcı inhalyator" istifadə edin. Lazım olduqda istifadə etmək üçün həmişə "rahatlatıcı inhalyatorunuzu" özünüzlə birlikdə aparın. Astma simptomlarını aradan qaldırmaq üçün RESPIVENT əvəzinə 'rahatlatıcı inhalyator' istifadə edin. Ağciyərin xroniki obsruktiv xəstəliyi (AXOX) - Preparat yalnız böyüklərdə təyin olunur (18 yaş və yuxarı) Tövsiyə edilən doz – 1 inhalyasiyadan gündə 2 dəfə.

İstifadə qaydası və dozası RESPİVENT, oral inhalyasiya şəklində istifadə edilir. İnhalyasiyadan sonra ağız su ilə yaxalanmalıdır. Nəfəs cihazı vasitəsilə tənəffüs edildikdə, dərman ağciyərlərə çatır. Buna görə cihazın ağızlıq hissəsindən dərindən və güclü nəfəs almaq vacibdir.

Tənəffüs cihazının istifadəsi həkimə və ya əczaçı tərəfindən göstərilməlidir. Disk inhalyatorun istifadə instruksiyası Karton qutuda bazarda təqdim edilən inhalyasiya cihazı təhlükəsizlik məqsədləri üçün qoruyucu paketdə yerləşdirilir Disk inhalyatorunu istifadə etməzdən əvvəl, göstərildiyi kimi paketdən çıxarın. Paketdən çıxararkən tənəffüs cihazı sönəcək. İstifadə edilməmiş bir tənəffüs cihazında 60 doza toz şəklində preparat ayrı-ayrı saxlanılır.

Doza göstəricisi inhalyasiya cihazında preparatın neçə dozası qaldığını göstərir. Hər doza dəqiq ölçüdə və gigiyenik şərtlərə görə qorunur. Baxmağa və ya doldurmağa ehtiyac yoxdur. İnhalyasiya cihazını istifadə etmək asandır.

Dərmanı qəbul etmək aşağıdakı üç addımda göstərilir. 1. Açmaq 2. İnhalyasiya etmək 3.

Bağlamaq RESPIVENT inhalasiya cihazı necə işləyir? Üst qapağı itələmək üçün qırmızı düyməni (uşaq kilidi) basın. Üst qapağı itələdikdə ağızlıqdan kiçik bir çuxur açılır və preparatın bir dozası qəbul olunmağa hazırdır. İnhalyasiya cihazı bağlandıqda, üst qapaq başlanğıc mövqeyinə dönərək növbəti istifadəyə hazır olur.

Üst qapaq, istifadə edilmədikdə inhalasiya cihazını qoruyur. 1. Açmaq- İnhalyasiya cihazını necə istifadə etməli? İnhalyasiya cihazını açmaq və inhalyasiya üçün hazırlamaq üçün qırmızı düyməyə basaraq üst qapağını çıxarmaq kifayətdir.İnhalyasiya cihazını elə tutun ki, ağızlıq hissəsi dodaq səviyyəsində olsun.

İnhalasiya cihazı artıq istifadə üçün hazırdır. Üst qapağın hər bir açılışında bir doza inhalyasiya üçün hazırdır. Bu doza göstəricisində görülür. Dərmanı itirməkdən qaçınmaq üçün üst qapaq ilə oynamaq olmaz.

2.İnhalyasiya etmək Dərman preparatını qəbul etmədən əvvəl bu bölməni diqqətlə oxumaq lazımdır. • İnhalyasiya cihazını ağızdan uzaq saxlayın. Nəfəsinizi kənara mümkün qədər çox verin. Unutmayın - inhalyasiya qurğusuna nəfəs verməyin.

• Cihazın ağızliq hissəsini dodaqlarınızla tutun. Uzun və dərindən nəfəs çəkin - inhalyasiya cihazının daxilindən, burnunuzdan deyil. • Ağzınızdan inhalyatoru çıxarın. • Nəfəsinizi 10 saniyəyə gədər yaxud rahatlıqla saxlaya bildiyiniz qədər tutun.

• Yavaş-yavaş tənəffüs edin. 3. Bağlamaq • İnhalyasiya cihazını bağlamaq üçün yalnız üst qapağı əvvəlki vəziyyətinə sürüşdürməlisiniz. • İnhalyasiya cihazı yenidən istifadəyə hazırdır.

YADDA SAXLAYIN! İnhalyasiya cihazını quru saxlayın. İstifadə edilmədikdə onu bağlayın. İnhalyasiya cihazının daxilinə nəfəs verməyin.

Üst örtük qapağı hazır olduqda açın. Təyin olunan dozadan daha çox nəfəsinizə çəkməyin.

Prepared by  T-Soft E-Commerce.