RİBATRAN, örtüklü tabletlər
Ribatran tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 4,2 mikrokatal tripsin, 0,33 mikrokatal ribonukleaza, 93,4 mikrokatal ximotripsinogen vardır. Koməkçi maddələr: susuz kolloidal silisium dioksid, prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, maqnezium stearat, krospovidon, laktoza monohidrat Örtük: narıncı Aceyl-EZE 93A0007, trietil sitrat, dimetikon.
İstifadəsinə göstərişlər:
Travma və cərrahi əməliyyatdan sonra ödemin profilaktikası.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Ehtiyat tədbiri olaraq, hamiləlik zamanı preparatın istifadə edilməməsi məsləhət görülür. Laktasiya dövründə preparatın istifadəsindən çəkinmək lazımdır. Hamiləlik və laktasiya dövründə preparat həkim nəzarəti altında istifadə olunmalıdır.
Ribatran istifadə qaydası, dozası
Gündə 3 dəfə 1 tablet daxilə qəbul edilir. Mualicə müddəti xəstəliyin növünə və ağırlıq dərəcəsinə əsasən təyin olunur.