Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Rilkozin 5/10 mq N30 tablet

Məhsul Kodu : 111-26941
İstehsalçı ölkə: Türkiye
14,27 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Rilkozin, 5 mq/10 mq örtüklü tabletlər

Rilkozin tərkibi

Təsiredici maddə:   1 tabletdə 5 mq levosetirizin dihidroxlorid, 10 mq montelukast (10,38 mq    
montelukast natriuma ekvivalent) vardır.

Əks göstərişlər 

Təsiredici maddəyə, hər hansı piperazin törəmələrinə və ya tərkibindəki digər maddələrə qarşı 
hiperhəssaslıq. 
Kreatin klirensi 10 ml/dəq-dən az kəskin böyrək çatışmazlığı olan pasiyentlər. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik kateqoriyası: C 
Uşaq doğurma potensialı olan qadınlar /Kontrasepsiya 
Montelukastın uşaq doğurma potensialı olan qadınlarda təsirinə dair heç bir klinik məlumat yoxdur. 
Hamiləlik 
Hamilə qadınlarda Rilkozin preparatının istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. Heyvanlar 
üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olduğunu göstərdi. İnsanlar üçün potensial risk məlum deyil. 
Dünyada marketinq təcrübəsi zamanı anadangəlmə əza qüsurları kimi malformasiya nadir hallarda bildirildi. Mövcud hamiləlik məlumat bazalarından əldə edilən məhdud məlumatlar, montelukast və malformasiya arasında səbəb-nəticə əlaqəsini göstərmədi. 
Rilkozin preparatı hamiləlik dövründə yalnız vacib hesab edildiyi təqdirdə istifadə edilə bilər. 
Rilkozin preparatı hamiləlik dövründə lazım olmadıqca istifadə edilməməlidir. 

Laktasiya 
Montelukast /metabolitlərinin ana südü ilə xaric olub-olmadığı məlum deyil. Levosetirizinin rasematı olan setirizin insanda südə ifraz olunub. Buna görə levosetirizinin də ana südünə ifrazı ehtimalı yüksəkdir. 
Süd verən analarda Rilkozin preparatının istifadəsi tövsiyə edilmir. 

Fertillik 
Dişi siçovullarda aparılan fertillik tədqiqatlarında, montelukastın 200 mq/kq oral dozada qəbulu 
fertillik və doğurqanlıq indekslərində azalma meydana gətirdi (təxmin edilən məruz qalma, gündəlik tövsiyə olunan maksimum dozada böyüklər üçün AUC göstəricisinin təxminən, 70 qatını təşkil etdi). 
Montelukastın 100 mq/kq oral dozada qəbulu zamanı qadın fertilliyi və ya doğurqanlığı üzərində heç bir təsirə rast gəlinmədi (təxmin edilən məruz qalma, gündəlik tövsiyə olunan maksimal dozada böyüklər üçün AUC göstəricisinin təxminən 20 qatını təşkil etdi). Montelukastın 800 mq/kq-a qədər oral dozada qəbulu zamanı erkək siçovullarda fertilliyə heç bir təsiri olmadı (təxmin edilən məruz qalma, gündəlik tövsiyə olunan maksimum oral dozada böyüklər üçün AUC göstəricisinin təxminən 160 qatı idi). 
Heyvanlarda aparılan tədqiqatlarda levosetirizinin fertilliyə təsir etmədiyi göstərilmişdir. 
Rilkozin preparatının insan reproduktivliyinə təsiri barədə kifayət qədər məlumat yoxdur. 

İstifadə qaydası və dozası

15 yaş və yuxarı böyüklər və yeniyetmələr üçün tövsiyə olunan doza gündə bir dəfə 1tabletdir (tərkibində 5 mq levosetirizin dihidroxlorid və 10 mq montelukast).Rilkozin preparatının allergik rinit və allergik astma üzərində müalicəvi təsiri adətən bir gün ərzində başlayır. Xəstələrə allergenlərlə təmas dövründə Rilkozinin qəbuluna davam etmələri tövsiyə olunur. Aralıq allergik rinit zamanı (simptomlar həftədə dörd gündən az və ya ildə dörd həftədən az davam etdikdə) müalicə xəstəliyin gedişinə və anamnezə uyğun aparılmalıdır. Simptomlar aradan qalxdıqdan sonra preparatın qəbulu dayandırıla bilər, simptomlar yenidən yarandıqda isə müalicəyə yenidən başlamaq olar. Davamlı allergik rinit zamanı (simptomlar həftədə dörd gündən çox və ya ildə dörd həftədən çox davam etdikdə) allergenlərə məruz qalma müddətində xəstəyə davamlı müalicə təklif edilə bilər.Rilkozin preparatı xroniki idiopatik övrə zamanı gündə bir dəfə qəbul edilməlidir. Müalicə müddəti xəstənin fərdi ehtiyaclarına uyğun olaraq müəyyən edilə bilər.

Qəbul qaydası

Rilkozin tabletləri oral yolla, maye ilə birlikdə, bütöv şəkildə və qida qəbulundan asılı olmayaraq qəbul edilir.

Xüsusi populyasiya haqqında əlavə məlumat

Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə doza intervalları böyrək funksiyasına uyğun olaraq fərdi şəkildə təyin edilməlidir. Dozanın düzgün seçilməsi üçün kreatinin klirensi (CLcr) ml/dəq ilə qiymətləndirilməlidir. Kreatinin klirensi aşağıdakı formul üzrə hesablana bilər:

CLcr  =     [140-yaş (il)] x çəki (kq)                               
72 x zərdab kreatini (mq/dL) 
(x 0,85 (qadınlar üçün))

Böyrək funksiyasına görə doza tənzimlənməsi belədir: kreatinin klirensi 80 ml/dəq-dən yuxarı olduqda və 50–79 ml/dəq aralığında gündə bir dəfə 1 tablet, 30–49 ml/dəq olduqda 2 gündə bir dəfə 1 tablet, 10 ml/dəq-dən aşağı olduqda isə 3 gündə bir dəfə 1 tablet tövsiyə olunur. Son mərhələli böyrək xəstəliyi olan və dializdə olan pasiyentlərdə Rilkozin preparatının istifadəsi əks göstərişdir.

Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tövsiyə olunur. 
Yüngüldən orta dərəcəyə qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb 
olunmur. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə bu preparatın istifadəsi barədə məlumat yoxdur. 
Pediatrik populyasiya 
15 yaşdan kiçik uşaqlara Rilkozin 10 mq verməyin. 15 yaşdan kiçik uşaqlarda Rilkozin 10 mq 
tabletlərin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. 
Yaşlılar 
Orta ağır böyrək çatışmazlığı olan yaşlı xəstələrdə dozanın tənzimlənməsi tövsiyə olunur. 
Digər astma müalicələri ilə birlikdə Rilkozin preparatı ilə müalicə 
İnhalyasion kortikosteroidlər 
Rilkozin ilə müalicə, inhalyasion kortikosteroidlər və “lazım olduqda” qısa təsirli β-aqonistlər 
xəstədə klinik nəzarəti təmin etmədikdə əlavə terapiya kimi istifadə edilə bilər. Rilkozin anidən 
inhalyasion kortikosteroidlər ilə əvəz edilməməlidir.  

Prepared by  T-Soft E-Commerce.