Robsen 20 Mq N28 Tablet
Bitib
Stokda olanda mənə xəbər verin.Robsen, 10 mq və 20 mq qastrorezistent tabletlər
Robsen, beynəlxalq patentləşdirilməmiş adı: Rabeprazole
Robsen tərkibi
Təsiredici maddələr: Robsen 10 mq – 10 mq rabeprazol natrium (9.42 mq rabeprazola ekvivalent); Robsen 20 mq – 20 mq rabeprazol natrium (18.85 mq rabeprazola ekvivalent).
Robsen, istifadəsinə göstərişlər
Kəskinləşmə fazasında duodenal və mədə xorası, eroziv və ya xoralı qastro-ezofaqeal reflüks xəstəliyi (QERX), QERX-nin uzunmüddətli müalicəsi və simptomatik forması, Zollinger-Ellison sindromu, peptik xora xəstəliyində H. pylori-nin eradikasiyası üçün antibiotiklərlə kombinasiyada istifadə olunur.
Əks göstərişlər
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü. Atazanavir ilə birgə istifadəsi tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə ROBSEN qəbul etmək olmaz.
Pediatriyada istifadəsi
ROBSEN-ın uşaqlarda istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Yuxululuq yarada biləcəyi üçün nəqliyyat və təhlükəli mexanizmlərin idarəsi tövsiyə edilmir.
Robsen istifadə qaydası
Gündə 1 dəfə, səhər yeməkdən əvvəl yarım stəkan su ilə bütöv udulmalıdır. Doza həkim tərəfindən təyin olunmalı və xəstəliyin növünə uyğun olaraq fərdiləşdirilməlidir. QERX və xoralar üçün 4–8 həftə, Zollinger-Ellison sindromu üçün gündəlik 60–120 mq, H. pylori-nin eradikasiyası üçün gündə 2 dəfə 20 mq (antibiotiklərlə birlikdə) istifadə edilir.