Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ROFLUZOL 150MG N1 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14780
İstehsalçı ölkə: Ruminiya
4,75 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ROFLUZOL-VM, bərk jelatin kapsullar

ROFLUZOL-VM tərkibi

Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır.

İstifadəsinə göstərişlər

Rofluzol-VM aşağıdakı göbələk infeksiyaları zamanı göstəriş hesab olunur: Böyüklərdə aşağıdakı xəstəliklərin müalicəsində: kriptokokk meningiti; koksidioidomikoz; invaziv kandidoz; selikli qişaların kandidozu, o cümlədən ağız-udlağın, qida borusunun kandidozu, kandiduriya və dərinin-selikli qişanın kandidozu; dişlərin gigiyenasına və ya yerli müalicəyə kifayət qədər riayət olunmadıqda ağız boşluğunun xroniki atrofik kandidozu (stomatoloji protezlərin yaratdığı stomatit); kəskin və ya residivləşən vaginal kandidoz, yerli müalicə uyğun olmadığı zaman; kandidoz balanit, yerli müalicə uyğun olmadığı zaman; dermatomikozlar, o cümlədən pəncənin, hamar dərinin, aralığın dermatofitiyası, rəngbərəng dəmrov və dərinin kandidoz infeksiyaları, sistem müalicəyə göstərişlər olduqda; dırnaqların dermatomikozu (onixomikoz), digər dərman vasitələrinin təyin olunması mümkün olmadıqda. Böyüklərdə aşağıdakı hallarda profilaktika üçün: yüksək residiv riski olan xəstələrdə kriptokokk meningitinin residivi; yüksək residiv riski olan İİV xəstələrdə ağız-udlağın və ya qida borusu kandidozunun residivi;

vaginal kandidozun residivlərinin yaranması tezliyinin azaldılması məqsədilə (ildə 4 və ya daha çox epizod); uzunmüddətli neytropeniyası olan xəstələrdə kandidoz infeksiyaların profilaktikası üçün (bədxassəli hematoloji xəstəlikləri olan, kimyaterapiyaya məruz qalan xəstələr kimi, və ya hemopoetik sütun hüceyrələrin transplantasiyasını keçmiş xəstələr). Vaxtında doğulmuş yenidoğulmuşlarda, körpələrdə, kiçik və orta yaşlı uşaqlarda, yeniyetmələrdə (0-17 yaş): Rofluzol-VM selikli qişaların (ağız-udlaq, qida borusunun) kandidozunun, invaziv kandidozun, kriptokokk meningitin müalicəsi üçün və zəifləmiş immuniteti olan xəstələrdə kandidoz infeksiyaların profilaktikası üçün istifadə olunur. Rofluzol-VM residiv riski yüksək olan uşaqlarda kriptokokk meningitin residivinin qarşısının alınması üçün dəstəkləyici terapiya qismində istifadə oluna bilər. Müalicəyə kultural və digər laborator müayinələrin nəticələri alınana qədər başlamaq olar. Nəticələr alındıqdan sonra müvafiq şəkildə antiinfeksion terapiyanı korreksiya etmək lazımdır. Göbələkəleyhinə vasitələrin istifadəsi üzrə müvafiq rəsmi təlimatlardakı məlumatları nəzərə almaq lazımdır.

Əks göstərişlər

- Təsiredici maddəyə, digər azol birləşmələrinə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq;

- flukonazolu çoxsaylı dozalarda gündə 400 mq və ya daha çox qəbul edən xəstələr üçün eyni vaxtda terfenadinin istifadəsi əks göstərişdir, bu isə çoxsaylı dozaların qarşılıqlı təsir tədqiqatları əsasında müəyyən olunmuşdur;

- flukonazol qəbul edən xəstələrə QT intervalını uzadan və sitoxrom P450 (CYP) 3A4 fermenti vasitəsilə metabolizə olunan digər dərman vasitələrinin, məsələn astemizol, pimozid, xinidin, amiodaron və eritromisinin eyni vaxtda istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Observasion tədqiqatın nəticələri hamiləliyin birinci trimestri zamanı flukonazol qəbul edən qadınlarda spontan düşüklərin yaranması riskinin yüksək olmasını göstərmişdir. Koksidioidomikozun müalicəsi üçün yüksək dozalarda (gündə 400-800 mq) flukonazolu üç və daha çox ay qəbul edən analardan olan yenidoğulmuşlarda çoxsaylı inkişaf qüsurlarının olması (o cümlədən braxisefaliya, qulaq seyvanlarının displaziyası, ön əmgəyin həddən artıq böyüməsi, budun əyriliyi, bazu-dirsək sinostozu) hadisələri təsvir olunmuşdur. Bu hadisələrin flukonazolun qəbulu ilə səbəb-nəticə qarşılıqlı əlaqəsi aydın deyildir. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi aşkar etmişdir. Flukonazol standart dozalarda və qısamüddətli müalicə üçün hamiləlik zamanı istifadə olunmamalıdır, ehtimal edilən faydası riskdən üstün olduğu hadisələr istisna olmaqla. Flukonazolu yüksək dozalarda və/və ya uzunmüddətli istifadə üçün hamiləlik zamanı istifadə etmək olmaz, potensial həyati təhlükəli infeksiya hadisələri istisna olmaqla. Laktasiya Flukonazol ana südünə keçir, lakin onun süddə konsentrasiyası qan plazmasındakı konsentrasiyasından aşağıdır. Flukonazolun 200 mq və ya aşağı birdəfəlik standart dozasından sonra ana südü ilə qidalandırma davam etdirilə bilər. Dəfələrlə istifadəsindən və ya flukonazolun yüksək dozalarının qəbulundan sonra ana südü ilə qidalandırma məsləhət görülmür. Fertillik Flukonazol siçovullarda erkək və dişi fərdlərin fertilliyinə təsir göstərməmişdir.

Pediatriyada istifadəsi Preparat pediatrik praktikada istifadə olunur (bax. “İstifadə qaydası və dozası”).

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Rofluzol-VMun istifadəsi zamanı başhərlənmə və ya qıcolmaların yaranmasının mümkünlüyü və belə simptomlar yaranan zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməmələri barədə xəstələri xəbərdar etmək lazımdır.

ROFLUZOL-VM istifadə qaydası və dozası

Kapsullar daxilə, bütöv şəkildə udaraq, qida qəbulundan asılı olmayaraq qəbul edilir. Venadaxili istifadədən peroral istifadəyə keçdikdə və ya əksinə gündəlik dozanın dəyişdirilməsi tələb olunmur. Flukonazolun gündəlik dozası göbələk infeksiyasının xüsusiyyətindən və ağırlığından asılıdır. Dozaların çox dəfələrlə qəbulu tələb olunan infeksiyaların müalicəsini klinik parametrlər və ya laborator testlər aktiv göbələk infeksiyasının ləngitməsini göstərənə qədər davam etdirmək lazımdır. Kifayət qədər uzunmüddətli olmayan müalicə zamanı residiv ola bilər. Böyüklər

Göstərişlər Dozalanma Müalicə müddəti Kriptokokkoz

- kriptokokk menin- gitin müalicəsi

Başlanğıc doza: birinci gün 400 mq. Növbəti dozalar: gündə 200-400 mq

Adətən 6-8 həftədən az olmayaraq. Həyati təhlükəli infeksiyalar zamanı gündəlik doza 800 mq-a qədər artırıla bilər.

- yüksək residiv riski olan xəstələrdə kriptokokk meningitin qarşısının alınması üçün dəstəkləyici terapiya Gündə 200 mq Gündə 200mq dozalarda məhdud deyildir.

Koksidioidomikoz

200-400 mq 11-24 ay və daha çox, konkret hadisədən asılı olaraq. Bəzi infeksiyalar zamanı, xüsusən beyin qişalarının xəstəlikləri zamanı 800 mq doza istifadə oluna bilər. İnvaziv kandidoz

Başlanğıc doza: birinci gün 800 mq. Növbəti dozalar: gündə 400 mq

Ümumilikdə, kandidemiyanın tövsiyə olunan müalicəsinin davametmə müddəti qanın kultural analizinin birinci mənfi nəticəsi alınandan və kandidemiyanın müvafiq əlamətləri və simptomlarının aradan qalxmasından sonra 2 həftə təşkil edir. Selikli qişaların kan- didozunun müalicəsi

- ağız udlağın kandi- dozu

Başlanğıc doza: birinci gün 200-400 mq. Növbəti dozalar: gündə 100-200mq

7-14 gün (selikli qişaların kandidozunun remissiyasına qədər). İmmunitetin ağır pozulması olan xəstələrdə daha uzunmüddətli müalicə mümkündür.

- qida borusunun kan- didozu Başlanğıc doza:birinci gün 200-400 mq. Növbəti dozalar: gündə 100-200mq

14-30 gün (qida borusu kandidozunun remissiyasına qədər). İmmunitetin ağır pozulması olan xəstələrdə daha uzunmüddətli müalicə mümkündür.

- kandiduriya Gündə 200-400 mq 7-21 gün. İmmunitetin ağır pozulması olan xəstələrdə daha uzunmüddətli müalicə

mümkündür.

- xroniki atrofik kan- didoz Gündə 50 mq 14 gün

- xroniki dəri-selikli qişa kandidozu

Gündə 50-100 mq 28 günə qədər.İnfeksiyanın ağırlıq dərəcəsindən və ya immunitetin pozulması və infeksiya fonundan asılı olaraq daha uzunmüddətli müalicə mümkündür. Yüksək residiv riski olan, İİV xəstələrdə selikli qişaların kandidoz residivinin profilaktikası

- ağız udlağın kandi- dozu Gündə 100-200 mq və ya 200 mq həftədə 3 dəfə İmmunitetin xroniki pozulması olan xəstələr üçün müddət məhdud deyildir.

- qida borusunun kan- didozu Gündə 100-200 mq və ya 200 mq həftədə 3 dəfə İmmunitetin xroniki pozulması olan xəstələr üçün müddət məhdud deyildir. Genital kandidoz

- kəskin vaginal kandidoz

- kandidoz balanit 150 mq Birdəfəlik doza

- vaginal kandidoz residivinin müalicə və profilaktikası (ildə 4 və ya daha çox epizod)

Hər üç gündən bir 150 mq, ümumi doza sayı 3 (gün 1, 4 və 7), daha sonra dəstəkləyici doza 150 mq həftədə 1 dəfə. Dəstəkləyici doza: 6 ay. Dermatomikoz

- pəncənin dermatofitiyası

- hamar dərinin dermatofitiyası

- qasıq nahiyyəsinin dermatofitiyası

- kandidoz infeksiyalar 150 mq həftədə 1 dəfə və ya 50 mq gündə 1 dəfə

2-4 həftə; pəncənin dermatofitiyası 6 həftəyə qədər müalicə tələb edə bilər.

- rəngbərəng dəmrov 300-400 mq həftədə 1 dəfə 1-3 həftə 50 mq gündə 1 dəfə 2-4 həftə

- dırnaqların dermatof- itiyası (onixomikoz)

150 mq həftədə 1 dəfə Müalicəni zədələnmiş dırnağın əvəz olunmasına qədər (sağlam dırnaq uzanana qədər) davam etdirmək lazımdır. Əl və ayaq barmaqlarında dırnaqların uzanamsı müvafiq olaraq 3-6 ay və 6-12 ay çəkir. Buna baxmayaraq, uzanma sürəti daha çox dərəcədə müxtəlif xəstələrdə, həmçinin yaşdan asılı olaraq dəyişə bilər. Xroniki infeksiyaların uzunmüddətli uğurlu müalicəsindən sonra dırnaqlar bəzən dəyişilmiş formada qalır. Uzunmüddətli

200-400 mq Ehtimal olunan neytropeniyanın

neytropeniyası olan xəstələrdə kandidoz infeksiyaların profilaktikası

başlanmasına qədər bir neçə gün əvvəl müalicəni başlamaq və sağaldıqdan sonra, neytrofillərin sayı 1000 hüceyrə/mm3 –dən çox olduqdan sonra 7 gün ərzində davam etdirmək lazımdır. Xüsusi qruplar Yaşlı xəstələr Böyrəklərin funksiyası pozulduğu zaman dozanı korreksiya etmək lazımdır. Böyrəklərin funksiyasının pozulması Birdəfəlik dozalarla müalicə zamanı dozaların korreksiyası tələb olunmur. Flukonazolun çoxsaylı dozalarını qəbul edən, böyrəklərin funksiyası pozulmuş xəstələrdə (o cüm., uşaqlar) müəyyən göstəriş üçün tövsiyə olunan gündəlik doza əsasında başlanğıc 50-400 mq dozanı istifadə etmək lazımdır. Belə başlanğıc dozadan sonra aşağıdakı cədvələ uyğun müəyyən olunan gündəlik dozalar istifadə olunur (göstərişə müvafiq):

Kreatinin klirensi (ml/dəq) Tövsiyə edilən dozanın faizi > 50 100% ≤ 50 (dializ olmadan) 50% Müntəzəm dializ Hər dializdən sonra 100%

Müntəzəm olaraq dializdə olan xəstələr hər dializdən sonra tövsiyə olunan dozanın 100%-ni qəbul etməlidir. Dializ aparılmayan günlərdə, xəstələr kreatinin klirensinə müvafiq olaraq azaldılmış dozanı qəbul etməlidirlər. Qaraciyər funksiyasının pozulması Qaraciyər funksiyasının pozulması olan xəstələr barədə məlumatlar məhduddur, bu səbəbdən qaraciyər funksiyasının pozulması olan xəstələrdə flukonazol ehtiyatla istifadə olunmalıdır. Uşaqlar Uşaqlarda maksimal 400 mq dozanı aşmaq olmaz. Böyüklərdə anoloji infeksiyalarda olduğu kimi, müalicənin davametmə müddəti klinik cavaba və mikrobioloji tədqiqatların nəticələrinə əsaslanır. Rofluzol-VM birdəfəlik gündəlik dozalarda istifadə olunur. Böyrəklərin funksiyası pozulmuş uşaqlar üçün dozalanmaya “Böyrəklərin funksiyasının pozulması” bəndində baxın. Böyrək çatışmazlığı olan uşaqlarda flukonazolun farmakokinetikası öyrənilməyib (tez-tez əsasən böyrəklərin yetişməzliyi müşahidə olunan, vaxtında doğulmuş yenidoğulmuş körpələr üçün məlumata aşağıda baxın). Körpələr, kiçik və orta yaşlı uşaqlar (28 günündən 11 yaşa qədər)

Göstərişlər Dozalanma Tövsiyələr

- selikli qişaların kandidozu

Başlanğıc doza: 6 mq/kq. Növbəti dozalar: gündə 3 mq/kq. Tarazlıq səviyyələrinə daha tez çatmaq üçün başlanğıc doza birinci gün tətbiq oluna bilər.

- invaziv kandidoz

- kriptokokk meningiti Doza: gündə 6-12 mq/kq Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq.

- yüksək residiv riski olan uşaqlarda kriptokokk meningiti residivinin profilaktikası üçün dəstəkləyici terapiya Doza: gündə 6 mq/kq. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq.

- immunitetin pozulması olan xəstələrdə Candida Doza: gündə 3-12 mq/kq.

Təhrik edilmiş neytropeniyanın dərəcəsi və davametmə

infeksiyalarının profilaktikası müddətindən asılı olaraq (böyüklər üçün dozalanmaya bax.)

Yeniyetmələr (12-17 yaş) Dozalanma (böyük və ya uşaq) bədən kütləsi və xəstənin cinsi inkişafından asılı olaraq həkim tərəfindən təyin olunur. Klinik məlumatlar göstərir ki, uşaqlarda flukonazolun klirensi böyüklərə nisbətən yüksəkdir. Oxşar sistem təsirin əldə olunması üçün böyüklərdəki 100 mq, 200 mq və 400 mq dozalar uşaqlardakı 3 mq/kq, 6 mq/kq və 12 mq/kq dozalara uyğun gəlir. Uşaqlarda genital kandidoz zamanı təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Yeniyetmələrdə (12-17 yaş) genital kandidozun müalicəsinə ehtiyac olduqda böyüklər üçün təyin olunmuş dozalanmadan istifadə etmək olar. Vaxtında doğulmuş yenidoğulmuş körpələr (0-27 gün) Yenidoğulmuşlarda flukonazolun xaric olunması yavaş olur. Vaxtında doğulmuş yenidoğulmuş körpələr üçün bu dozalanmanı dəstəkləyən farmakokinetik məlumatlar azdır.

Yaş qrupu Dozalanma Tövsiyələr Vaxtında doğulmuş yenidoğulmuş körpələr (0-14 gün) Körpələr, kiçik və orta yaşlı uşaqlar üçün tətbiq olunan eyni dozalanma mq/kq-la, hər 72 saat- dan bir istifadə olunur. hər 72 saatdan bir 12 mq/kq maksimal dozanı aşmaq olmaz

Vaxtında doğulmuş yenidoğulmuş körpələr (15-27 gün) Körpələr, kiçik və orta yaşlı uşaqlar üçün tətbiq olunan eyni dozalanma mq/kq-la, hər 48 saat- dan bir istifadə olunur. hər 48 saatdan bir 12 mq/kq maksimal dozanı aşmaq olmaz

Prepared by  T-Soft E-Commerce.