Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ROLINOZ 10MG 20ML DAMLA

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14834
İstehsalçı ölkə: Türkiye
7,52 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ROLİNOZ, daxilə qəbul üçün damcı

ROLİNOZ tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq setirizin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda Rolinoz simptomatik müalicə üçün göstərişdir: mövsümi allergik rinit və ilboyu allergik rinit (nazal və oftalmoloji simptomlar); xroniki idiopatik övrə.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və ya digər piperazin törəmələrinə qarşı hiperhəssaslıq; böyrək çatışmazlığının terminal mərhələsi (yumaqcıq filtrasiyasının hesablanmış sürəti (hYFS) 15 ml/dəqiqədən az). 2 yaşdan kiçik uşaqlarda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Prospektiv tədqiqatlarda əldə edilmiş hamiləlik dövründə qadınlarda setirizinin istifadəsi ilə bağlı məlumatlara əsasən, preparat ana və ya embrion/dölə potensial toksik təsir göstərmir. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, setirizinin hamiləliyə, embrion/dölün inkişafına, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı mənfi təsiri yoxdur. Rolinoz preparatı hamiləlik dövründə qadınlarda ehtiyatla istifadə edilməlidir. Laktasiya Setirizin ana südünə nüfuz edir; onun ana südündəki konsentrasiyası preparatın qəbulundan sonra nümunə götürmə vaxtından asılı olaraq qan plazmasındakı konsentrasiyanın 25-90%-i təşkil edir. Uşaq üçün əlavə təsirlərin riskini istisna etmək olmaz, bu səbəbdən Rolinoz preparatını laktasiya zamanı qadınlarda ehtiyatla istifadə etmək lazımdır. Fertillik Setirizinin insanlarda fertilliyə təsiri ilə bağlı məlumatlar məhduddur, lakin preparatın istifadəsi zamanı potensial risklər müəyyən edilməmişdir.

Heyvanlar üzərində aparılan tədqiqatlardan əldə edilən məlumatlara əsasən, preparatın insanlarda reproduktiv funksiyaya mənfi təsiri gözlənilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tövsiyə edilən 10 mq dozada obyektiv qiymətləndirilmə zamanı setirizinin avtonəqliyyat idarə etmək qabiliyyətinə, konveyerdə əmək məhsuldarlığına və yuxunun müddətinə klinki əhəmiyyətli təsiri aşkar edilməmişdir. Buna baxmayaraq, Rolinoz qəbul edən zaman yuxululuq yaranan pasiyentlərə avtonəqliyyat və mexanizmləri idarə etmək və həyat üçün təhlükəli olan potensial təhlükəli fəaliyyət növü ilə məşğul olmaq olmaz; onlar setirizini məsləhət görülən dozadan artıq qəbul etməməlidirlər, eləcə də orqanizmin dərman vasitəsinə qarşı reaksiyasını nəzərə almaq məsləhət görülür.

ROLİNOZ istifadə qaydası və dozası

Dozalanma Tövsiyə olunan doza sutkada bir dəfə 10 mq (20 damcı məhlul) təşkil edir. Xüsusi pasiyentlər qrupları Ahıl yaşlı pasiyentlər Böyrək funksiyasının normal olması şərtilə, mövcud məlumatlar yaşlı pasiyentlərdə dozanın azaldılmasına ehtiyac olmadığını göstərir. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlərdə setirizinin istifadəsinin effektivliyi/təhlükəsizliyi nisbətinə dair məlumat yoxdur. Preparat əsasən böyrəklər vasitəsilə xaric olunur, bu səbəbdən alternativ müalicə üsulları uyğun olmadıqda, Rolinoz preparatının dozalanma rejimi böyrək funksiyasının vəziyyətindən asılı olaraq fərdi təyin edilməlidir (cədvələ baxın). Cədvəl. Böyrək çatışmazlığı olan yetkin pasiyentlərdə Rolinoz preparatının dozalanma rejimləri

Böyrək funksiyasının vəziyyəti hYFS (ml/dəq) Doza və qəbul tezliyi Normal böyrək funksiyası ≥ 90 10 mq sutkada 1 dəfə Böyrək funksiyasının əhəmiyyətsiz dərəcəli pozğunluqları 60 - < 90 10 mq sutkada 1 dəfə Böyrək funksiyasının orta dərəcəli pozğunluqları 30 - < 60 5 mq sutkada 1 dəfə Böyrək funksiyasının əhəmiyyətli dərəcəli pozğunluqları 15 - < 30 5 mq günaşırı Böyrək çatışmazlığının terminal mərhələsi (dializdə olan pasiyentlər) < 15 İstifadəsi əks göstərilir

hYFS hesablanmış yumaqcıq filtrasiya sürəti. Qaraciyər çatışmazlığı olan pasiyentlər İzoləolunmuş qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur; qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlərdə dozalanma rejimi böyrək funksiyasından asılı olaraq tənzimlənməlidir (cədvələ baxın). Uşaqlar və yeniyetmələr Tövsiyə olunan doza: 2 yaşdan 6 yaşa qədər uşaqlar - 2,5 mq (5 damcı məhlul) sutkada iki dəfə; 6 yaşdan 12 yaşa qədər uşaqlar - 5 mq (10 damcı məhlul) sutkada iki dəfə; 12 yaşdan yuxarı yeniyetmələr - 10 mq (20 damcı məhlul) sutkada bir dəfə. Böyrək çatışmazlığı olan 2 yaşdan yuxarı uşaqlarda dozalanma rejimi böyrək funksiyası, yaş və bədən çəkisi nəzərə alınmaqla fərdi olaraq seçilməlidir. İstifadə qaydası Damcı daxilə qəbul edilir. Preparat durulaşdırılmamış (qaşıqda) və ya əvvəlcədən su ilə durulaşdırılmış şəkildə qəbul edilə bilər. Preparatı durulaşdırdıqda, xüsusən də uşaqlarda istifadəsi zamanı nəzərə alınmalıdır ki, damcıların əlavə olunduğu suyun həcmi pasiyentin birdəfəlik qəbul edə biləcəyi həcmə uyğun olmalıdır. Durulaşdırılmış məhlul hazırlandıqdan dərhal sonra istifadə edilməlidir.

Prepared by  T-Soft E-Commerce.