Təsiredici maddələr:1 kapsulda 13,6 mq α-pinen, 3,4 mq β-pinen, 5 mq kamfen, 2 mq sineol, 6 mq menton, 32 mq mentol, 5 mq borneol, 32 mq levomentol vardır..
Rovaxol öd daşlarının həll edilməsi də daxil olmaqla, qaraciyər və öd patologiyalarının müalicəsi üçün təyin olunur.
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Teratogen effektlərin indiyədək müşahidə olunmamasına baxmayaraq, hamiləliyin ilk 3 ayı ərzində və həmçinin laktasiya dövründə Rovaxolun qəbulu məsləhət görülmür.
Müalicənin əvvəlində nəqliyyat vasitələrinin və digər potensial təhlükəli mexanizmlərin idarə edilməsindən, bir müddət çəkinmək lazımdır, müddət fərdi təyin olunur. Gələcəkdə bu məhdudiyyətə hər bir pasiyent üçün fərqli yanaşmaq lazımdır. Preparatın qəbulu dayandırıldıqdan sonra arzuolunmaz effektlər, adətən aradan qalxır.
Böyüklərə - başqa təyinatlar olmadıqda adi doza gündə 3 dəfə 1-2 kapsul təşkil edir. Yeməkdən əvvəl su ilə qəbul edilir.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-00274 |