Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 3,0 mq salbutamol sulfat (2,5 ml-də 2,5 mq salbutamola ekvivalent) vardır.
Astma zamanı bronxospazmı azaltmaq yolu il ə simptomları yüngüll əşdirmək üçün istifadə olunan relaksant preparatdır. SALBUKORT-un nəzarət preparatı kimi istifadəsindən qacınmaq lazımdır. Xroniki obstruktiv ağciyər xəstəliyi zamanı simptomları yüngülləşdirmək üçün xilasedici preparat kimi istifadə olunur. Müntəzəm müalicədə istifadəsi məsləhət deyil.
Tərkibindəki təsiredici maddəyə və ya köməkci maddələrə qarşı yüksək həssaslıq. İntravenoz olmayan SALBUKORT formaları ağırlaşmamış vaxtından qabaq doğuşları yüngülləşdirmək üçün istifadə olunmamalıdır.
Hamiləlik kateqoriyası: C Reproduktivlik/Kontrasepsiya Reproduktivlik potensialı olan qadınlarda salbutamolun istifadəsi haqda kifayət qədər məlumat yoxdur. Hamiləlik Heyvanlar üzərində kifayət qədər tədqiqat yoxdur. İnsanlarda potensial risk məlum deyil. Hamilələrdə preparatın istifadəsi yalnız ana üçün fayda döl üçün riskdə n üstün olduğu halda nə zərdən keçirilə bilər.
Hamiləlik zamanı çox vacib olmadıqca istifadə olunmamalıdır. Dünya səviyyəsində marketinq təcrübəsində salbutamolla müalicə alan pasiyentlərin körpələrində damaq yarığı və əl/ayaq qüsurları kimi anadangəlmə anomaliyalar haqda m əlumatlar vardır. B əzi analar hamiləlik zamanı müxtəlif dərman vasitələrindən istifadə etmişdirlər. Lakin bu qüsurlarda qanunauyğunluq yoxdur və anadangəlmə qüsurlar üçün əsas tezlik 2% -3%-dir, salbutamol və bu qüsurlar arasında əlaqə müəyyən edilməmişdir.
Laktasiya dövrü Salbutamolun ana südünə nüfuz etməsi ehtimalı olduğu üçün potensial risk dəyərləndirilmədən südverən analarda istifad əsi m əsləhət görülmür. Salbutamolun yenidoğulmuşa z ərərli tə sir göst ərməsi m əlum deyil. Reproduktivlik/Nəsilvermə Salbutamolun insanlarda reproduktivliyə və nəsilvermə qabiliyyətinə təsiri haqda məlumat yoxdur. Heyvanlarda nəsilvermə qabiliyyətinə əlavə təsiri qeydə alınmamışdır.
Nəqliyyat vasit əsini v ə digər potensial t əhlükəli mexanizmlə ri idar əetmə qabiliyyətinə təsiri haqda adekvat məlumat yoxdur.
SALBUKORT-un təsir müddəti əksər pasiyentlərdə 4-6 saatdır. Salbutamolun nəm inhalyasiya yolu ilə başlanğıc dozası 2,5 mq-dır. Doza 5 mq -a q ədər artırıla bilə r v ə müalicə gündə 4 d əfə təkrarlana bil ər. T ənəffüs yollarının ağır obstruksiyası olan böyüklərə xəstəxanada, ciddi tibbi nəzarət altında 40 mq-dək yüksək dozalarda təyin etmək olar.
β2-aqonistin istifad əsinin artması astmanın pisl əşməsini göst ərir. Bu halda müalic ə planı yenidə n dəyərləndirilməli və yanaşı olaraq qlikokortikosteroidlərlə müalicə nəzərdən keçirilməlidir. İnhalyasion m əhlul aerozol maska yolu il ə, “T” piece v ə ya endotraxeal boru vasit əsilə verilə bilər. Pozitiv təzyiqli fasiləli ventilyasiya (IPPV) istifad ə oluna bilər, lakin buna nadir hallarda ehtiyac olur.
Hipoventilyasiya səbəbindən anoksiya riski varsa, inhalyasiya olunan havaya oksigen əlavə edilməlidir.