Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SALBUDAY 100MKG 200DOZ AER

Məhsul Kodu : 111-30045
İstehsalçı ölkə: Türkiye
4,46 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SALBUDAY, 100 mkq inhalyasiya üçün aerozol

SALBUDAY tərkibi

Təsiredici maddə: 1 dozada 100 mikroqram salbutamol (salbutamol sulfat şəklində) vardır.

İstifadəsinə göstərişlər

SALBUDAY, tərkibində aktiv maddə olan salbutamol sulfat vardır. Tez təsirli bronxodilatorlar dərman qrupuna aiddir və bir neçə dəqiqə ərzində ağciyərlərdəki tənəffüs yollarını genişləndirərək asan tənəffüsü təmin edir. • SALBUDAY bronxokonstriksiyanı azaltmaqla astma simptomlarını aradan qaldırmaq üçün istifadə olunur. Kontrol edici dərman kimi istifadə edilməməlidir.

• SALBUDAY ağciyərlərin xroniki obstruktiv xəstəliyində (AXOX) simptomlarını aradan qaldırmaq üçün və "rahatlaşdırıcı" inhalyator kimi istifadə olunur. SALBUDAY • Astmanın müalicəsi və profilaktikası üçün v ə tənəffüs yollarının bronxit v ə emfizema ilə assosiasiya olunmuş geridönən obstruksiyasının müalicəsi üçün təyin olunur. • Bronxial astma tutmasının simptomlarını yüngülləşdirmək üçün, m əlum olan trigerl ə (allergenlə) gözlənilən t əmasdan əvvəl və ya fiziki g ərginlik nəticəsində yaranan astmanın profilaktikası üçün istifadə oluna bilər. • AXOX-un simptomları aradan qaldırmaq üçün və "rahatlaşdırıcı" inhalyator kimi istifadə olunur.

Eyni zamanda ürək xəstəliyi və ya hipertenziyası olan pasiyentl ərdə bronxospazmın müalicəsi üçün β2- agonistlərin istifadəsi əlverişlidir, belə ki, β-agonistlərin bronxial reseptorlara selektiv t əsir göstərməklə yanaşı ürək-damar sistemin ə demək olar ki, t əsir göst ərmirlər. Salbutamol simpatomimetik madd ədir, bronx əzələsində yerləşən β-adrenergik reseptorlara yüks ək selektiv t əsirə malikdir. Müalic əvi səviyyələrdə o, ürək reseptorlarına az təsir göstərir. SALBUDAY müntəzəm müalicədə seçim edilmir.

Astmanız aktivdirsə həkiminizi məlumatlandırın. Astmanızı nəzarət etmək üçün inhalyasion QKS-lər kimi dərmanlardan istifadə etməlisiniz.

Əks göstərişlər

− Preparatın komponentlərinin hər hansı birinə qarşı yüksək həssaslıq. − Vaxtından əvvəl doğuşlar. − Abort təhlükəsi. − 4 yaşa gədər uşaglar.

− Salbutamolun vena daxilinə yeridilməsi üçün nəzərdə tutulmamış buraxılış formaları vaxtından əvvəl doğuş və abort təhlükəsi zamanı istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda təhlükəsizliyi öyrənilməmişdir. Hamilə qadınlarda salbutamolun nəzarət edilən klinik sınaqları aparılmamışdır. Ayrı-ayrı tədqiqatlarda hamiləlik zamanı analar tərəfindən preparatların, o cümlədən salbutamolun qəbulu fonunda müxtəlif anadangəlmə anomaliyaları (damaq yarıqları, əza qüsurları və ürək xəstəlikləri) barəsində nadir məlumatlar var (onların preparatın qəbulu ilə əlaqəsinin olduğu birmənalı olaraq təsdiq olunmamışdır). SALBUDAY hamiləlik dövründə mütləq şəkildə tələb olunmadığı təqdirdə istifadə edilməməlidir.

Bu dərman preparatını istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Əgər hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, mütləq həkiminizlə danışın. Müalicə müddətində hamilə olduğunuzu fərq etsəniz dərhal həkiminizə və ya əczaçınıza müraciyət edin. Laktasiya Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.

Salbutamolun ana südü ilə ifraz olunma ehtimalı olduğundan süd verən analarda istifadəsi xüsusi diqqət tələb edir. Laktasiya dövründə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda uşağa olan potensial riskdən üstün olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

SALBUDAY nəqliyyat vasitələrinin və digər potensial mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

SALBUDAY istifadə qaydası və dozası

Düzgün istifadə və doza/tətbiqetmə tezliyi üçün təlimat SALBUDAY, yalnız oral inhalyasiya üçün nəzərdə tutulmuşdur. β2-Agonistlərinin istifadəsinin artması astmanın gedişatının şiddətlənməsinə dəlalət edə bilər. Bu vəziyyətdə xəstənin müalicə planı yenidən qiymətləndirilməli və qlükokortikoidlərlə terapiyaya ehtiyac olması nəzərə alınmalıdır. Tövsiyə olunmuş dozaların artırılması zamanı əlavə təsirlərin əmələ gəlməsi riski ilə əlaqədar qəbulun tezliyi və tətbiq olunan dozalar yalnız həkimin məsləhəti ilə artırılmalıdır.

SALBUDAY preparatının təsir müddəti 4-6 saatdır. Preparatın tez-tez istifadəsinə və ya dozanın birdən-birə artırılmasına ehtiyac olması astmanın gedişatının şiddətlənməsinə dəlalət edir. 4 yaşdan kiçik uşaqlara Salbutamolun speyser vasitəsilə tədbiq olunması münasibdir. • Bronxospazmın kəskin tutmalarının dayandırılması Böyüklər: birdəfəyə 100 mkq və ya 200 mkq.

Uşaqlar: birdəfəyə 100 mkq. Zərurət yarandıqda dozanı 200 mkq-dək artırmaq olar. • Fiziki gərginlik səbəbli yaranan və ya allerge n mənşəli bronxospazmın kəskin tutmalarının qarşısının alınması Böyüklər: fiziki gərginlikdən və ya allergenlə təmasda olmamışdan 10-15 dəqiqə əvvəl 200 mkq Uşaqlar: fiziki gərginlikdən və ya allergenlə təmasda olmamışdan 10-15 dəqiqə əvvəl 100 mkq. Zərurət yarandıqda dozanı 200 mkq-dək artırmaq olar.

• Uzunmüddətli dəstəkləyici müalicə Böyüklərə və uşaqlara sutkada 4 dəfə 100-200 mkq. SALBUDAY preparatının istifadəsi gündə 4 dəfədən çox olmamalıdır. Müalicənin müddətini həkim təyin edir. İstifadə qaydası İnhalyasiya spreyinin düzgün istifadəsi sizə həkim və ya əczaçı tərəfindən göstərilməlidir.

İnhalyasiya zamanı xəstələr oturmalı və ya durmalıdırlar. İnhalyasiya üçün sprey şaquli vəziyyətdə istifadə üçün nəzərdə tutulmuşdur. Sinxronlu aerozol tətbiqetmə (nəfəs alma) ilə çətinlik çəkən xəstələr SALBUDAY preparatını uyğun bir cihazla (məsələn, həcmli speyser) istifadə edə bilərlər. İnhalyasiya spreyinin düzgün istifadə edilməsi üçün aşağıdakı təlimatları diqqətlə izləyin.

İnhalyasiya üçün aerozolun istifadə təlimatı Karton qutuda satışa buraxılan inhalyasiya üçün aerozol, t əhlükəsizlik məqsədilə qoruyucu qablaşdırma içərisində buraxılır. İnhalyasiya üçün aerozolu istifadədən öncə şəkildə göstərildiyi kimi qablaşmadan çıxarın. İnhalyasiya üçün aerozolun test edilm əsi: İnhalyatorunuzu ilk d əfə istifadə edirsinizsə, işl ək olub olmadığını yoxlayın. Ağızlıq qapağını baş barmağınızla şəhadət barmağınız arasında tutun, yavaşca sıxın və çəkin.

Cihazın işləməyindən əmin olmaq üçün yaxşı silkələyin, ağızlıq hissəsini özünüzdən uzaq tutun və havaya bir inhalyasiya püskürmək üçün balona basın. İnhalyatorunuzu bir həftə və ya daha uzun müddət istifadə etməmisinizsə, havaya iki dəfə püskürdün. İnhalatorunuzu istifadə etməzdən əvvəl mümkün qədər yavaş nəfəs almağa başlamağınız vacibdir. İnhalyasiya üçün aerozolu istifadə edəcəyiniz zaman oturun və ya ayaqda dik durun.

1. İlk şəkildə göstərildiyi kimi ağızlıq qapağını çıxarın. Ağızlığın t əmiz olduğundan əmin olmaq üçün içini və çölünü kontrol edin. 2.

İnhalyasiya üçün aerozolu hər istifadədən əvvəl yaxşıca çalxalayın. 3. İnhalyatoru ağzınıza perpendikulyar şəkildə tutun. Mümkün qədər uzun müddətli şəkildə nəfə s verin.

4. Ağızlığı dişlərinizin arasına qoyun və dodaqlarınızı möhkəm bağlayın. Ağızlığı dişləməyin. 5.

Bir doza dərman püskürtmək üçün inhalyasiya üçün aerozolun üst hiss əsinə basın. Bunu sakit və dərindən nəfəs alarkən edin. 6. Nəfəsinizi təqribən 10 saniy ə və ya rahatlıqla tuta bildiyiniz q ədər tutun və ağızlığı ağzınızdan çıxarıb barmağınızı inhalyasiya üçün aerozolun üst hiss əsindən çəkin.

Sonra yavaşca ağzınızdan nəfəs verin. İnhalyatorun içinə nəfəs verməyin. 7. Hər bir dərman püskürtmənin arasında təxminən yarım dəqiqə gözləyin və sonra 2-6-cı addımları təkrarlayın.

8. İstifadədən sonra tozdan qorumaq üçün ağızlığın qapağını tez bağlayın. Ağızlıq qapağı düzgün yerləşdirildikdə tam yerin ə oturacaqdır. Əg ər yerin ə oturmursa, ağızlıq qapağını dig ər t ərəfə çevirin.

Çox güc tətbiq etməyin. Əgər spreyin üst hissəsindən və ya ağzınızın yanlarından “buxar” gəldiyini görsəniz, 2ci hissədən etibarən tətbiqə təkrar başlamalısınız. Kiçik uşaqların inhalyasiya zamanı köməyə ehtiyacı ola bilər. Uşağınızın nəfəsini xaricə verməsi üçün cəsarətləndirin və uşağınızın nəfəs almağ a başlayar-başlamaz inhalyatorun üst hissesindən aşağı doğru basın.

Aləti uşağınız ilə birlikdə çalışdırın. SALBUDAY preparatını bir uşağa və ya 5 yaş dan aşağı uşaqlara tətbiq edərkən uyğun bir cihaz istifadə etməniz faydalı ola bilər. Həkiminizlə məsləhətləşin. Digər uşaqlar və ya gücsüz əllərə sahib olan yetkinlər üçün inhalyatoru iki əllə tutaraq istifadə daha asan ola bilər.

Bunun üçün iki işarət barmağ ınızı inhalyatorun üst hissəsinə, iki baş barmağınızı da ağızlığın altına qoyun. İnhalyasiya üçün aerozolun təmizlənməsi İnhalyasiya üçün aerozolu həftədə ən az bir dəfə təmizləyin. 1. Ağızlıq qapağını çıxarın.

2. Aerozol qabını plastik gövdədən çıxarmayın. 3. Quru bir parça və ya tənzif ilə ağızlığın içini, çölünü və plastik gövdəsini silin.

4. Ağızlıq qapağını doğru bir şəkildə yerləşdirin. Qapağı yerləşdirmək üçün çox güc tətbiq etməyin.

Prepared by  T-Soft E-Commerce.