Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SALBUTAMOL 100 MCG 200 DOZ AER ( FRANSA)

Məhsul Kodu : 111-00340
İstehsalçı ölkə: Türkiye
7,70 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SALBUTAMOL, 100 mkq/doza inhalyasiya üçün dozalanmış aerozol

SALBUTAMOL tərkibi

Təsiredici maddə: 100 mkq salbutamola ekvivalent 120,5 mkq salbutamol sulfat (mikronizəolunmuş).

İstifadəsinə göstərişlər

Salbutamol β2-adrenoreseptorların selektiv aqonisti olub, bronxospazmın müalicəsi və ya profilaktikası üçün göstərişdir. O, astma, xroniki bronxit və emfizema nəticəsində tənəffüs yollarının geriyə dönə bilən obstruksiyası zamanı qısa təsir müddətl i bronxodilatasiyanı təmin edir (4 saat). Astmalı xəstələrdə salbutamol simptomlar yarandıqda onların yaxşılaşması və astmaya səbəb ola biləcək tətikləyici faktorlarla təmasdan əvvəl qarşısını almaq üçün istifadə olunur. Davamlı astması olan xəstələrdə br onxodilatatorlar yeganə və əsas müalicə vasitəsi olmamalıdır.

Salbutamol ilə effekt almayan davamlı astması olan xəstələrdə nəzarətə nail olmaq və onu qorumaq üçün inhalyasiya şəklində kortikosteroidlərlə müalicə tövsiyə olunur. Salbutamolla müalicəyə qarş ı cavabın olmaması təcili tibbi yardıma və müalicəyə ehtiyacın olduğunu göstərir.

Əks göstərişlər

Salbutamolun inhalyasiya olunan forması onun tərkibindəki hər hansı komponentə qarşı anamnezində hiperhəssaslıq olan xəstələrə əks göstərişdir. Salbutamolun venadaxilinə istifadə üçün nəzərdə tutulmayan formaları ağ ırlaşmamış vaxtından əvvəl doğuşun qarşısını almaq üçün və düşük təhlükəsi zamanı istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Preparatın hamiləlik zamanı təyini yalnız ana üçün gözlənilən faydası döl ü çün mümkün riskdən üstün olduqda mümkündür. Dünya üzrə marketinq təcrübəsi zamanı, salbutamolla müalicə alan xəstələrin övladlarında nadir hallarda damaqda yarıq və ətraflarda inkişaf qüsurları kimi müxtəlif anadangəlmə anomaliyalar qeydə alınmışdır. Bəzi analar hamiləlik zamanı bir neçə dərman vasitəsi qəbul etmişdilər. Qüsurların inkişafında davamlı ardıcıllıq təyin etmək mümkün olmadığı üçün və anadangəlmə anomaliyaların səviyyəsi 2 -3% təşkil etdiyi üçün salbutamolla əlaqəni müəyyənləşdirmək mümkün deyil.

Laktasiya Salbutamolun ana südünə keçməsi ehtimal olunduğu üçün, gözlənilən fayda riskdən ustün deyilsə, ana südü ilə qidalandıran anaların istifadə etməsi tövsiyə olunmur. Ana südünə keçən salbutamolun yenidoğulmuş üçün ziyanlı olub-olmadığı məlum deyil. Fertillik Salbutamolun insanlarda fertillik qabiliyyətinə təsiri haqqında məlumat mövcud deyil. Heyvanlarda fertillik qabiliyyətinə əlavə təsirləri yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumat yoxdur.

SALBUTAMOL istifadə qaydası və dozası

Salbutamol inhalyasion forması yalnız inhalyasiya yolu ilə, ağızdan nəfəs alaraq qəbul edilir. β2-Agonistlərin istifadəsinin artması astmanın pisləşməsinin əlaməti ola bilər. Bu zaman xəstənin müalicə planına yenidən baxılmalıdır və yanaşı olaraq kortikosteroidlərlə terapiya nəzərdən keçirilməlidir. Həddindən artıq yüksək doza əlavə təsirlərə səbəb ola bildiyi üçün, doza və istifadə tezliyi yalnız həkim məsləhəti ilə artırıla bilər.

Salbutamolun təsir müddəti əksər xəstələrdə 4-6 saatdır. Təzyiq altında dozalanmış inhalyatordan istifadədə çətinlik çəkən xəstələr speyserdən istifadə edə bilər. Körpələr və kiçik yaşlı uşaqlar üz maskası ilə təchiz olunmuş pediatrik speyserdən istifadə edə bilər (bax Klinik tədqiqatlar). Kəskin bronxospazmın aradan qaldırılması Qruplar: Böyüklər 100 və ya 200 mikroqram.

Uşaqlar 100 mikroqram. Ehtiyac olduqda doza 200 mikroqrama qədər artırıla bilər. Tələblərə görə salbutamol gündə 4 dəfədən artıq istifadə oluna bilməz. Daha tez -tez istifadə olunması və ya dozanın kəskin artırılması astmanın pisləşməsini göstərir (bax Xəbərdarlıqlar və ehtiyat tədbirləri).

Allergenlə təmasdan və ya fiziki məşqdən sonra yaranan bronxospazmın profilaktikası Qruplar Böyüklər Fiziki məşqdən və ya allergenlə təmasdan 10-15 dəqiqə əvvəl 200 mikroqram. Uşaqlar Fiziki məşqdən və ya allergenlə təmasdan əvvəl 100 mikroqram. Ehtiyac olduqda doza 200 mikro qrama qədər artırıla bilər. Xroniki müalicə Qruplar Böyüklər 200 mikroqram gündə 4 dəfəyə qədər.

Uşaqlar 200 mikroqram gündə 4 dəfəyə qədər. İnhalyatorun isifadəsi üzrə təlimat İnhalyatorun yoxlanması İlk dəfə istifadə etməmişdən əvvəl, müştüyün qapağı nı yanlardan yüngülcə basaraq çıxarın, inhalyatoru yaxşı silkələyin və işlək vəziyyətdə olmasına əmin olmaq üçün iki dəfə havaya püskürdün. 5gün və daha uzun müddət ərzində istifadə olunmayıbsa, yaxşı silkələyin və işlək vəziyyətdə olmasına əmin olmaq üçün iki dəfə havaya püskürdün. İnhalyatorun istifadəsi 1.

Müştüyün qapağını yanlardan yüngülcə basaraq çıxarın. 2. Bərkidilməmiş hissələrin olub-olmamasını yoxlamaq üçün, müştük də daxil olmaqla, inhalyatoru daxildən və xaricdən yoxlayın. 3.

Hər hansı bərkidilməmiş hissənin kənarlaşdırılması və inhalyatorun tərkibinin qarışmasına əmin olmaq üçün inhalyatoru yaxşı silkələyin. 4. Baş barmağınızı müştüyün aşağısındakı əsasa qoyaraq, inhalyatoru şaquli vəziyyətdə baş barmaqla digər barmaqların arasında saxlayın. 5.

Mümkün qədər dərindən nəfəs verin və müştüyü dişlərinizin arasında saxlayın, dodaqlarınızı müştüyün ətrafında sıxın. Lakin müştüyü dişləməyin. 6. Ağızla nəfəsalmaya başladıqdan dərhal sonra salbutamolun çıxması üçün inhalyatorun yuxarı hissəsinə basın və bu zaman yavaş və dərindən nəfəsalmaya davam edin.

7. Nəfəsi saxlayın, inhalyatoru ağızdan çıxarın və şəhadət barmağınızı inhalyatorun üst hissəsindən çəkin. Nəfəsinizi mümkün qədər çox saxlayın. 8.

Əlavə püskürmə etmək istəyirsinizsə, inhalyat oru şaquli vəziyyətdə saxlay ın, yarım dəqiqə gözləyin və 3-cü bənddən 7-ci bəndə qədər olan hərəkətləri təkrar edin. 9. Müştüyün qapağınıı bərk itələyib sıxaraq yerinə taxın. Diqqət 5, 6 və 7 -ci bəndlərdə göstərilən hərəkətləri yerinə yetirərkən tələsməyin.

İnhalyatoru basmamışdan əvvəlki anda mümkün qədər asta nəfəsalmaya başlamaq vacibdir. Bir neçə dəfə güzgünün qarşısında məşq edin. Əgər “tüstünün” inhalyatorun üstündən və ya ağzınızın qıraqlarından çıxdığını gorsəniz, 2-ci bənddən yenidən başlayın. Əgər həkiminiz Sizə istifadə üzrə fərqli təlimatlar verirsə, bu təlimatlara diqqətlə riayət edin.

Çətinliyiniz olarsa, həkimə müraciət edin. İnhalyatorun təmizlənməsi İnhalyator həftədə ən azı bir dəfə təmizlənməlidir. 1. Metal balonu inhalyatorun plastik korpusundan çıxarın və müştüyün qapağını çıxarın.

2. Püskürdücünü ilıq axar su altında yaxalayın. 3. Püskürdücünü daxildən və xaricdən yaxşı qurudun.

4. Metal balonu və müştüyün qapağını yerinə taxın. Metal balonu suyun içinə qoymayın.

Prepared by  T-Soft E-Commerce.