Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Salbutamol 200 doz 10 ml aer

Məhsul Kodu : 111-20644
İstehsalçı ölkə: Türkiye
6,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SALBUTAMOL-TEVA, inhalyasiya üçün dozalanmış aerosol

SALBUTAMOL-TEVA tərkibi

AKTOVEQİN tərkibi, 1 dozada 124,00 mkq (100,00 mkq salbutamol hesabı ilə) salbutamol sulfat vardır.

SALBUTAMOL-TEVA, istifadəsinə göstərişlər

Bronxial astma zamanı bronxospazmın profilaktikası və blokadaya alınması; bronxoobstruktiv sindromun (o cümlədən, xroniki bronxit və ağciyərlərin emfizeması zamanı) simptomatik müalicəsi; ağciyərlərin xroniki obstruktiv xəstəliyi.

Əks göstərişlər

Salbutamola və preparatın digər komponentlərinə qarşı hiperhəssaslıq; 2 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrünün erkən müddətlərində beta-adrenomimetikləri inhalyasion müalicənin aparılması üçün tövsiyə olunan dozalarda istifadə etdikdə, preparatın ananın və dölün vəziyyətlərinə hər hansı zərərli təsiri aşkar edilməmişdir. Bununla belə, hamiləlik dövründə salbutamolun istifadəsi üçün zərurət yarandığı hallarda, preparatın ana üçün gözlənilən faydasını və döl üçün potensial riski qiymətləndirmək lazımdır. Hazırda hamiləlik dövrünün erkən mərhələlərində salbutamolun istifadəsinin təhlükəsizliyi barədə kifayət qədər məlumat yoxdur. Salbutamol ana südü ilə xaric olunur və bu səbəbdən, laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı hallarda, preparatın ana üçün gözlənilən faydasını və döl üçün ehtimal edilən riski həmçinin qiymətləndirmək lazımdır.

SALBUTAMOL-TEVA, istifadə qaydası

Salbutamol-Teva preparatının istifadəsi, inhalyasion qurğu vasitəsi ilə inhalyasion yolla yeridilmə üçün nəzərdə tutulmuşdur (“İnhalyasion qurğunun istifadəsi üzrə pasiyentlər üçün təlimat” hissəsinə bax). Böyüklər və 2 yaşdan yuxarı uşaqlar Bronxospazmın qarşısının alınması: sutkada 1-4 dəfə 100 mkq (1 inhalyasiya) dozada. Zərurət yarandığı halda, dozanı sutkada 1-4 dəfə 200 mkq-a (2 inhalyasiya) qədər artırmaq olar. Bronxospazmın profilaktikası: fiziki yüklənmədən və ya allergenin ehtimal edilən təsirindən 15- 30 dəqiqə əvvəl 100-200 mkq (1-2 inhalyasiya) dozada. Preparatın maksimal sutkalıq dozası sutka ərzində 800 mkq-dan (8 inhalyasiyadan) artıq olmamalıdır. Hər bir istifadə edilən doza arasında zaman intervalı 4 saatdan az olmamalıdır. İnhalyasion qurğunun istifadəsi üzrə pasiyentlər üçün təlimat İnhalyasion qurğunu ilk dəfə istifadə etməzdən əvvəl və ya qurğu müəyyən müddət ərzində istifadə edilmədiyi təqdirdə, onun düzgün işləyib-işləməməsini yoxlamaq məqsədi ilə balonun qapağı sıxılaraq, dərman preparatının dozası havaya buraxılmalıdır. İnhalyasion qurğudan qoruyucu qapağı çıxarmaq və inhalyasion qurğunun çıxış borusunun təmiz olmasına əmin olmaq lazımdır. İnhalyasion qurğunu şəhadət və böyük barmaqlar arasında vertikal (şaquli) vəziyyətdə saxlamaq lazımdır və bu zaman, böyük barmaq inhalyasion qurğunun alt hissəsində, şəhadət barmaq isə alüminium balonun dozalayıcı qapağının üzərində yerləşməlidir. Alüminium balonu yuxarı-aşağı hərəkətlərlə intensiv çalxalamaq lazımdır. Pasiyent ağızdan dərin nəfəs almalıdır. İnhalyasion qurğunun çıxış borusu dodaqlar arasında möhkəm sıxılmalıdır. Tədricən və dərin nəfəs alınmalı və həmin zaman şəhadət barmağı ilə balonun dozalayıcı qapağını sıxaraq və Salbutamol-Teva preparatının dozasını buraxaraq, tədricən nəfəs almaq lazımdır. Sonra inhalyasion qurğu ağızdan çıxarılmalı və tənəffüs 10 saniyə müddətində və ya pasiyentdə narahatlıq hissi meydana çıxana qədər saxlanılmalı və ehtiyatla nəfəs verilməlidir. İnhalyasiyadan sonra, inhalyasiya müddətində ağız boşluğunun selikli qişasına düşən aerozolu daxilə qəbul etməməyə çalışaraq, ağız boşluğunu su ilə yaxalamaq lazımdır. Preparatın bir dozadan artıq istifadəsi tələb olunduğu halda, 1 dəqiqə gözləmək və hərəkətləri addım 2-dən başlayaraq, addım 6-da tamamlamaq lazımdır. 8. İnhalyasion qurğu qoruyucu qapaqla bağlanmalıdır. Addım 3 və 4 icra edildiyi halda, tələsmək olmaz. Dərman preparatı balondan buraxıldığı zaman, nəfəs mümkün qədər ləng alınmalıdır. Preparatı istifadə etməzdən əvvəl, güzgünün önündə məşq etmək lazımdır. Pasiyent balonun yuxarı hissəsindən və ya ağızın qıraqlarından “buxarın” çıxmasını müşahidə etdikdə, bütün hərəkətlər addım 2-dən başlayaraq, təkrar icra edilməlidir. İnhalyatorun təmizlənməsi İnhalyasion qurğu həftədə ən azı bir dəfə təmizlənməlidir. Bunun üçün alüminium balon inhalyasion qurğudan çıxarılmalıdır. İnhalyasion qurğunu və qoruyucu qapağı ilıq su ilə ehtiyatla yaxalamaq lazımdır. İsti sudan istifadə etmək olmaz! Su qalıqlarının xaric edilməsi məqsədi ilə inhalyasion qurğunu və qoruyucu qapağı silkələmək və heç bir quruducu cihazdan istifadə etməyərək onları qurutmaq lazımdır. Alüminium balonun su ilə kontaktına yol verilməməlidir!

Prepared by  T-Soft E-Commerce.