Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 şamin tərkibində 100 mq natrium aminodihidroftalazindion vardır.
Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda immunmodulyatorlar və iltihabəleyhinə vasitələr kimi kompleks müalicədə istifadə edilir. • Bağırsağın intoksikasiya və ya ishal ilə müşayiət olunan infeksion xəstəlikləri. • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi. • Virus hepatiti.
• Herpes virusunun törətdiyi xroniki residiv xəstəliklər. • Papilloma virusunun törətdiyi xəstəliklər. • Sidik-cinsiyyət sisteminin infeksion-iltihabi xəstəlikləri (xlamidiya və trixomonad etiologiyalı uretrit, xlamidiyalı prostatit, kəskin və xroniki salpinqooforit, endometrit). • Kiçik çanaq orqanlarının irinli-iltihabi xəstəlikləri.
• Uşaqlığın mioması olan xəstələrdə cərrahi əməliyyatdan sonra reabilitasiya dövrü. • Reproduktiv yaşda olan qadınlarda cərrahi əməliyyatdan sonrakı fəsadlar. • Cərrahi əməliyyatdan sonra irinli- septik fəsadlar və onların profilaktikası (o cümlədən onkoloji xəstələrdə). • Xroniki residiv furunkulyoz, qızılyel xəstəliyi.
• Astenik vəziyyət, nevrotik və somatoform pozğunluqlar, fiziki iş qabiliyyətinin aşağı düşməsi (o cümlədən idmançılarda). • Narkotik və alkohol asılılıqdan əziyyət çəkən şəxslərdə psixi,davranış pozğunl uqları və postabstinent sindrom. • Ağız və boğazın selikli qişasının iltihabi xəstəlikləri, paradont xəstəliyi. • Tənəffüs yolları və LOR orqanların bakteriya və virus mənşəli tez-tez residivləşən xəstəlikləri (KRVİ, bronxit, pnevmoniya, xroniki tonzillit, xroniki otit, xroniki adenoidit).
• Kəskin respirator infeksiyaların və qripin profilaktikası.
• Fərdi həssaslıq. • Hamiləlik. • Laktasiya.
Rektal şamlar qutudan çıxarılır, sonra düz bağırsağa yeridilir. Düz bağırsaq boş olmalıdır. Preparatın istifadəsi və dozası xəstəliyin xarakteri, ağırlığı və davametmə müddətindən asılıdır. İntoksikasiya və ya ishal ilə müşayiət olunan bağırsağın infeksion xəstəlikləri İlkin birdəfəlik doza 2 şam, daha sonra intoksikasiya əlamətləri aradan qalxana qədər gündə 2 dəfə 1 şam.
Müalicə kursu hər 72 saatdan bir 1 şam təyin edilməklə davam etdirilə bilər (cəmi 20-25 şam). Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi Gündə 1 dəfə 2 şam – 2 gün, daha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20-25 şam. Xroniki hallarda: gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra hər 72 saatdan bir 1 şam.
Müalicə kursu 20 şam. Viruslu hepatit İlkin birdəfəlik doza 2 şam, daha sonra iltihab və intoksikasiya əlamətləri aradan qalxana qədər gündə 2 dəfə 1 şam. Müalicə kursu hə r 72 saatdan bir 1 şam təyin edilməklə davam etdirilə bilər (cəmi 20-25 şam). Herpes virusunun törətdiyi xroniki residiv xəstəliklər Hər gün 1 şam olmaqla – 5 şam, daha sonra günaşırı 1 şam, cəmi 15 şam.
Papilloma virusunun törətdiyi xəstəliklər Gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra günaşırı 1 şam. Müalicə kursu 20 şam. Sidik-cinsiyyət sisteminin iltihabi infeksion xəstəlikləri(xlamidiya və trixomonad mənşəli uretri t, xlamidiyalı prostatit zamanı) İlk gün 2 dəfə 1 şam, daha sonra günaşırı 1 şam. Müalicə kursu 20 şam (patoloji prosesin ağırlığından asılı olaraq).
Salpinqooforit və endometritin kəskin dövründə Gündə 2 dəfə 1 şam – 2 gün, daha sonra hər 72 saatdan bir 1 şam. Xroniki hallarda: gündə 1 dəfə 1 şam – 5 gün, sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20 şam. Kiçik çanaq orqanlarının irinli-iltihabi xəstəlikləri Kəskin dövrdə - ilk gün birdəfəlik 2 şam, daha sonra gündə 1 dəfə 1 şam – 3 gün, daha sonra günaşırı 1 şam – 5 gün.
Müalicə kursu 10 şam. Xroniki hallarda: gündə 1 dəfə 1 şam – 5 gün, da ha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20 şam. Uşaqlığın mioması olan xəstələrdə cərrahi əməliyyatdan sonra reabilitasiya və reproduktiv yaşda olan qadınlarda cərrahi əməliyyatdan sonrakı dövrdə fəsadlar Gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra günaşırı 1 şam.
Müalicə kursu 15 şam. Cərrahi əməliyyata qədər və sonra baş verən irinli -septiki fəsadlar və onların profilaktikası (o cümlədən onkoloji xəstələrdə) Əməliyata qədər – gündə 1 dəfə 1 şam – cəmi 5 şam. Ə məliyyatdan sonra – günaşırı 1 şam olmaqla cəmi 5 şam, daha sonra hər 72 saatdan bir 1 şam olmaqla cəmi 5 şam. Xəstəliyin ağır gedişində - ilkin birdəfəlik doza 2 şam və ya gündə 2 dəfə 1 şam.
Müalicə kursu 20 şam. Xroniki residiv furunkulyoz, qızıl yel xəstəliyi Gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra günaşırı 1 şam. Müalicə kursu 20 şam. Astenik vəziyyət, nevrotik və somatoform pozğunluqlar, psixi, davranış pozğunluqları və postabstinent sindrom, narkotik və alkohol asılılıq zamanı Gündə 1 dəfə 1 şam – 5 gün, daha sonra hər 72 saatdan bir 1 şam.
Müalicə kursu 15-20 şam. Fiziki iş qabiliyyətinin yüksəlməsi üçün Günaşırı 1 şam – cəmi 5 şam, daha sonra hər 72 saatdan bir 1 şam. Müalicə kursu 20 şama qədər. Ağız və boğazın selikli qişasının iltihabi xəstəlikləri, paradont xəstəliyi Ilkin doza gündə 1 dəfə - cəmi 5 şam, daha sonra hər 72 saatdan bir 1 şam.
Müalicə kursu 15 şam. Tənəffüs yolları və LOR orqanların bakteriya və virus mənşəli tez -tez residivləşən xəstəlikləri (KRVİ, bronxit, pnevmoniya, xroniki tonzillit, xroniki otit, xroniki adenoidit) Gündə 1 dəfə - 5 gün, daha sonra günaşırı 1 şam – 10-15 gün. Müalicə kursu 10-15 şam. Kəskin respirator infeksiyaların və qripin profilaktikası Gündə 1 dəfə 1 şam.
Müalicə kursu 5 gün. Əlavə təsirlər Nadir hallarda allergik reaksiyalar.