Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 42,55 mq natrium ezomeprazol (40 mq ezomeprazola ekvivalent) vardır.
Aparılması mümkün olmadıqda peroral müalicəyə alternativ olaraq: Qastro ezofaqeal reflyuks xəstəliyi (QERX), ezofagit və/vəya reflyuksun ağır simptomları olan xəstələrdə Qeyri-steroid iltihab əleyhinə preparatların (QSİƏP) qəbulu ilə əlaqədar yaranan peptik xoraların müalicə. Risk qrupuna daxil olan pasiyentlərdə QSİƏP ilə əlaqədar xora xəstəliyin profilaktikası. Endoskopik müalicədən sonra, peptik xora qanaxmasının residiv verməsinin profilaktikası məqsədilə.
Ezomeprazola, benzimidazola və ya preparatın digər inqredientlərinə qarşı hiperhəssaslıq, uşaqlarda istifadəsi. Preparat atazanavir və nelfinavirlə birgə qəbul edilməməlidir.
Hamilələrdə ehtiyatla istifadə edilməlidir. Laktasiya dövründə preparatın istifadəsi haqqında heç bir məlumat yoxdur. Ezomeprazolun ana südünə keçib keçməməsi haqqında məlumat olmadığı üçün, laktasiya dövründə ezomeprazolun istifadəsi məsləhət deyil. Preparatla müalicəyə ehtiyac duyularsa ana südü ilə qidalandırma dayandırılmalıdır.
Preparatın istifadəsi zamanı başgicəllənmə, yuxululuq, görmənin bulanıqlaşması ola bildiyindən nəqliyyat vasitələrini idarə edən zaman xüsusi diqqətli olmaq lazımdır.
Böyüklər Aparılması mümkün olmadığı halda peroral müalicəyə alternativ olaraq: Peroral müalicə aparıla bilmədiyi halda Selvizol xəstələrə parenteral olaraq gündə 1 dəfə 20-40 mq dozada təyin edilir. Reflüks –ezofaqit x əstəliyi zamanı Selvizol sutkada 1 dəfə 40 mq təyin edilir. QERX simptomlarının müalicəsi zamanı Selvizol sutkada 1 dəfə 20 mq təyin edilir. QSİƏP-lə müalicə nəticəsində yaranan peptik xoraların müalicəsi və profilaktikası məqsədilə Selvizol preparatını sutkada 1 dəfə 20 mq təyin edirlər.
QSİƏP-in qəbulu ilə əlaqədar mədə və onkibarmaq bağırsağın xora xəstəliyinin müalicə və profilaktikası zamanı Selvizol gündə 1 dəfə 20 mq dozada təyin edilir. Vena daxili müalicə davamlı, uzun müddətli olmadığına görə xəstəni mümkün qədər tez müddətdə peroral müalicəyə keçirmək lazımdır. Endoskopik müalicədən sonra, peptik xora qanaxmasının residiv verməsinin profilaktikası məqsədilə: 80 mq ezomeprazol v/d infuziya şəklində 30 dəqiqə müddətində yeridilir. Sonrakı 3 sutka (72 saat) müddətində uzadılmış v/d infuziya şəklində 8 mq/saat dozada ezomeprazol yeridilir.
Parenteral müalicədən sonra sekresiyanı azaltmaq məqsədilə antisekretor müalicə aparılması məsləhət görülür. İNYEKSİYA Doza - 40 mq Hazırlanmış məhlul 3 dəqiqədən az olmayan bir müddətdə v/d yeridilməlidir. Doza – 20 mq Hazırlanmış ezomeprazol məhlulunun yarısı 3 dəqiqədən az olmayan müddətdə v/d yeridilməlidir. Məhlulun istifadə olunmayan hissəsi atılmalıdır.
İNFUZİYA Doza – 40 mq Hazırlanmış ezomeprazol məhlul 10-30 dəqiqə ərzində v/d infuziya şəklində yeridilməlidir. Doza – 20 mq Hazırlanmış ezomeprazol məhlulunun yarısı 10-30 dəqiqə ərzində v/d infuziya şəklində yeridilməlidir. Məhlulun istifadə olunmayan hissəsi atılmalıdır. Doza – 80mq Hazırlanmış ezomeprazol məhlulu 30 dəq ərzində v/d infuziya şəklində yeridilməlidir.
Doza – 8 mq/s Hazırlanmış ezomeprazol məhlulu 71,5 saat ərzində uzadılmış v/d infuziya şəklində yeridilir. Uşaqlarda təhlükəsizliyi məlum olmadığı üçün Selvizolun uşaq yaşlarında istifadəsi məsləhət deyil. Böyrək funksiyasının pozğunluğu- Böyrək funksiyası pozulmuş xəstələrdə preparatın dozasını korreksiya etmək lazım deyil. Bu xəstələrdə preparatın istifadəsi ilə bağlı yetərincə məlumat olmadığından, preparat çox ehtiyyatla tətbiq edilməlidir.
Qaraciyər funksiyası pozğunluğu: QERX: qaraciyər funksiyasının zəif və orta pozğunluğu zamanı dozanın korreksiyasına ehtiyac duyulmur. Qaraciyər funksiyasının ağır pozğunluğu zamanı maksimal sutkalıq doza 20 mq təşkil edir. Peptik xora qanaxması: qaraciyər funksiyasının ağır və orta pozğunluğu zamanı doza koreksiya edilmir, qaraciyərin ağır pozğunluğu zamanı preparatın məsləhət görülən dozalanması: 30 dəqiqə boyunca v/d infuziya olaraq 80 mq ezomeprazol, sonrakı müddətdə uzadılmış v/d infuziya şəklində 71,5 saat ərzində 4 mq/s dozada vurulur. Yaşlı şəxslərdə-preparatın dozasının korreksiya edilməsi məsləhət deyil.
MƏHLULUN HAZIRLANMASI Hazırlanmış məhlulun deqradasiyası əsasən p H-ın səviyyəsindən asılıdır və buna görə də, preparatın həlli üçün 0,9% natrium xlorid məhlulu v/d yeridilmə məqsədilə istifadə edilməlidir. Hazırlanmış məhlul digər dərman preparatları ilə qarışdırılmamalı və birgə istifadə edilməməlidir. İstifadə zamanı məhlulun rənginə diqqət yetirməli və yalnız şəffaf məhlul istifadə edilməlidir. Məhlul hazırlanan kimi istifadə edilməlidir (mikrobioloji nöqteyi nəzərdən).
Hazırlanmış məhlul 30ºC- dən aşağı temperaturda 12 saat ərzində kimyəvi və fiziki stabillik nümayiş etdirmişdir. İNYEKSİYA İnyeksiya üçün məhlul hazırlandıqda 5 ml 0,9% natrium xlorid Selvizol preparatına əlavə edilir və vena daxili yeridilir. Hazır məhlulun rəngi – şəffaf rəngdən solğun sarı rəngədək ola bilər. İNFUZİYA 40 mq V/d yeritmək üçün infuzion məhlul 1 flakon Selvizol 100 ml 0,9% natrium xlorid məhlulunda həll edilməklə hazırlanır.
Həll edilmiş ezomeprazol məhlulunun rəngi şəffaf rəngdən- solğun sarı rəngədək olur. İNFUZİYA 80 mq 2 flakon 40 mq ezomeprazol 100 ml 0,9% natrium xlorid məhlulunda həll edilir və vena daxili yeridilir. Ezomeprazol 20 mq dozada təyin edildikdə hazırlanmış məhlulun yarısı istifadə edilməli, qalanı isə atılmalıdır.