Sevimlilərə əlavə edin
Paylaşın

Sertoxol 250 Mq N20 Kapsul

Məhsul Kodu : 111-24955
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
17,90 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı


SERTOXOL, bərk jelatin kapsullar

Sertoxol tərkibi


Sertoxol 250 mq: Hər kapsulda 250 mq ursodeoksixol turşusu vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, susuz kolloidal silisium, maqnezium stearat. Kapsul tərkibi: titan dioksid, sarı dəmir oksidi, jelatin.
Sertoxol 300 mq: Hər kapsulda 300 mq ursodeoksixol turşusu vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, susuz kolloidal silisium, maqnezium stearat. Kapsul tərkibi: jelatin, titan dioksid, qırmızı dəmir oksidi.

Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, aktiv mərhələdə mədə və onikibarmaq bağırsaq xorası, öd axarlarının tutulması, tez-tez öd sancıları, kalsifikasiya olunmuş daşlar, öd kisəsi motorikasının zəifliyi və iltihabı hallarında istifadəsi qadağandır. Eyni zamanda kəskin qaraciyər və öd yolları xəstəliklərində tövsiyə olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə Sertoxol yalnız ciddi tibbi göstərişlər olduqda və həkim nəzarəti altında istifadə edilə bilər. Heyvan tədqiqatlarında ilkin mərhələlərdə mənfi təsirlər müşahidə edildiyindən hamilə qadınlarda istifadəsi tövsiyə edilmir. Südəmər dövrdə ana südünə keçmə ehtimalı çox aşağı olsa da, ehtiyatlı olmaq lazımdır. Bu səbəbdən həkim məsləhəti olmadan istifadə edilməməlidir.


Sertoxol istifadə qaydası, dozası

Böyüklər üçün – xolesterin daşlarının əridilməsi zamanı gündə 10 mq/kq doza təyin olunur, adətən müalicə 6-24 ay davam edir. Birincili biliar sirroz zamanı isə orta hesabla bədən çəkisinə uyğun olaraq 14±2 mq/kq/gün qəbul olunur. Uşaqlarda (6-18 yaş) kistoz fibrozla əlaqədar hallarda 20 mq/kq/gün təyin edilir, zərurət olduqda 30 mq/kq/gün-ə qədər artırıla bilər. Preparat uzunmüddətli müşahidə altında həkim göstərişinə əsasən qəbul edilməlidir.

Əlavə təsirləri:
Ən çox müşahidə olunan əlavə təsir diareya və qarında diskomfortdur. Nadir hallarda qaraciyərdə enzimlərin artması, öd kisəsində daşların kalsifikasiyası və övrə müşahidə edilə bilər. Birincili biliar sirrozun gec mərhələsində nadir hallarda qaraciyər sirrozunun dekompensasiyası qeydə alınmışdır. Doza həddinin aşılması zamanı diareya müşahidə olunur və əsas müalicə simptomatikdir.


Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24955

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce