Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SETIRIZIN 10MG N20 TB

Məhsul Kodu : 111-17853
İstehsalçı ölkə: Simali Makedoniya
2,88 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SETİRİZİN, örtüklü tabletlər

SETİRİZİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Böyüklər və 6 yaşdan yuxarı uşaqlar Davamlı (il boyu) və mövsümi (fasiləli) allergik rinitin və burun və göz simptomlarının yüngülləşdirilməsi üçün Xroniki idiopatik övrənin simptomlarının yüngülləşdirilməsi üçün.

Əks göstərişlər

Setirizinə, hidroksizinə və ya piperazin törəmələrinə, həmçinin preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; böyrək çatışmazlığının terminal mərhələsi (KK < 10 ml/dəq); qalaktozaya qarşı irsi dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza- qalaktoza malabsorbsiya sindromu; 6 yaşa qədər uşaq yaş dövrü (setirizinin bu dərman forması üçün). Hamiləlik, laktasiya dövrü.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın tövsiyə olunan dozalarda qəbulu zamanı nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinin obyektiv qiymətləndirilməsi zamanı hər hansı arzuolunmaz hallar aşkar olunmayıb. Bununla belə, preparat ilə müalicə zamanı sürətli psixomotor reaksiyalar və yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.

SETİRİZİN istifadə qaydası və dozası

Daxilə 1 stəkan maye ilə qəbul olunur. Böyüklər və 12 yaşdan böyük uşaqlar Gündə 1 dəfə 10 mq 1 tablet (10 mq) 6 - 12 yaş Gündə 2 dəfə 5 mq (1/2 tablet) Cetirizin orqanizmdən böyrəklər vasitəsilə xaric olduğundan, preparatın böyrək çatışmazlığı olan xəstələrə və yaşlı insanlara təyin olunması zamanı doza KK dərəcəsindən asılı olaraq korreksiya olunmalıdır. Kişilər üçün KK zərdab kreatininin konsentrasiyasına əsasən aşağıdakı formul üzrə hesablanır: KK(ml/dəq) = [140 - xəstənin yaşı(illər)] x bədən kütləsi (kq) 72 x KK zərd. (mq/dl) Qadınlar üçün KK-nı yuxarıda alınan rəqəmi 0,85 əmsalına vurmaqla hesablamaq olar.

Böyrək çatışmazlığı KK (ml/dəq) Dozalanma rejimi Norma ≥80 10 mq/gün Yüngül 50 - 79 10 mq/gün Orta 30 - 49 5 mq/gün Ağır < 30 5 mq gün aşırı Terminal mərhələ - dializdə olan xəstələr < 10 Preparatın qəbulu əks göstərişdir Böyrək və qaraciyər çatışmazlığı olan böyüklər üçün dozalarıma yuxarıda göstərilən cədvəl üzrə həyata keçirilir. Böyrək çatışmazlığı olan uşaqlar üçün doza bədən kütləsi və KK nəzərə alınaraq korreksiya edilir. Yalnız qaraciyər funksiyasının pozğunluqları olan xəstələrə dozalanma rejiminin korreksiyası tələb olunmur.

Prepared by  T-Soft E-Commerce.