Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Sikloferon 125 mq 2 ml N5 ampul

Məhsul Kodu : 111-06444
İstehsalçı ölkə: Rusiya
11,60 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİKLOFERON®, venadaxili və əzələdaxili yeridilən məhlul

Sikloferon tərkibi

 Təsiredici maddə: 1 ml məhlulun tərkibində 125,0 mq meqlümin akridonasetat (akridonsirkə  turşusu hesabı ilə 125,0 mq akridonsirkə turşusu, 96,3 mq meqlümin (N- metilqlükamin)) vardır. Köməkçi maddə:   inyeksiya üçün məhlul.

İstifadəsinə göstərişlər:

 Böyüklərdə kompleks terapiyası zamanı

 − İİV-infeksiyası (2А-2В mərhələləri);

 − neyroinfeksiyalar: seroz meningitlər və ensefalitlər, gənə borreliozu (Laym xəstəliyi);

 − А, В, С, D virus hepatitləri;

 − herpes və sitomeqalovirus infeksiyaları;

 − kəskin və xroniki bakterial və göbələk infeksiyaları ilə əlaqəli, ikincili immunçatışmazlıqlar;

 − xlamidiya infeksiyaları;

 − sümük-əzələ sistemi və birləşdirici toxuma xəstəlikləri (revmatoidli artrit, sistem qırmızı qurdeşənəyi, deformasiyaedici osteoartroz). 4 yaşdan yuxarı uşaqlarda kompleks terapiyada

 − А, В, С, D virus hepatitləri;

 − herpes infeksiyası;

 − İİV-infeksiyası (2А-2В mərhələləri).

Əks göstərişlər:

 Hamiləlik, ana südü ilə qidalandırma dövrü, preparatın komponentlərinə qarşı həddindən artıq həssaslıq, qaraciyər sirrozu dekompensasiya mərhələsində, 4 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

Sikloferon istifadə qaydası, dozası

 Böyüklər Sikloferon əzələdaxili və venadaxili gündə bir dəfə baza sxemi üzrə istifadə olunur: günaşırı. Müalicə kursunun davametmə müddəti xəstəlikdən asılıdır.  1. Herpes və sitomeqalovirus infeksiyası zamanı preparatı baza sxemi üzrə yeridirlər – 0,25 q ilə 10 inyeksiya. Ümumi doza 2,5 q təşkil edir. Xəstəliyin kəskinləşməsinin başlanğıc dövründə müalicə daha çox effektiv olur. 2. Neyroinfeksiyalar zamanı preparatı baza sxemi üzrə yeridirlər. Müalicə kursu – 0,25-0,5 q ilə 12 inyeksiya etiotrop terapiya ilə birgə. Toplam doza 3-6 q təşkil edir. Ehtiyac olduqda təkrar kurslar aparılır.  3. Xlamidiya infeksiyası zamanı preparatı baza sxemi üzrə yeridirlər. Müalicə kursu – 0,25 q ilə 10 inyeksiya. Ümumi doza 2,5 q təşkil edir. 10-14 gün sonra təkrar müalicə kursları aparılır. Sikloferonun antibiotiklər ilə birgə istifadəsi məqsədəuyğun hesab olunur. 4. A, B, C, D kəskin virus hepatitləri və qarışıq formalar zamanı preparatı baza sxemi üzrə yeridirlər- 0,5 q ilə 10 inyeksiya. Ümumi doza 5,0 q təşkil edir. İnfeksiyanın uzunmüddətli gedişi zamanı 10-14 gün sonra kursu təkrarlayırlar. B, C, D və qarışıq forma xroniki virus hepatitləri zamanı preparatı baza sxemi üzrə yeridirlər – 0,5 q ilə 10 inyeksiya, daha sonra dəstəkləyici sxem üzrə – həftədə üç dəfə 3 ay müddətində kompleks terapiyanın tərkibində. İnterferonlar və kimyaterapiya ilə birgə istifadəsi tövsiyə olunur. 10-14 gün sonra kurs təkrarlanır.  5. İİV-infeksiyası zamanı (2А-2В mərhələləri) preparatı baza sxemi üzrə yeridirlər – 0,5 q ilə 10 inyeksiya, daha sonra dəstəkləyici sxem üzrə – üç gündə bir dəfə 2,5 ay ərzində. 10 gün sonra kurs təkrarlanır.  6. İmmundefisit vəziyyətlərdə müalicə kursu – 0,25 q birdəfəlik dozada baza sxemi üzrə 10 əzələdxili inyeksiya. Ümumi doza 2,5 q təşkil edir. 6-12 ay sonra təkrar kurs aparılır.  7. Revmatoidli artrit, sistem qırmızı qurdeşənəyi zamanı – 4 kurs 0,25 q ilə 5 inyeksiya baza sxemi üzrə 10-14 gün fasilə ilə. Həkim tövsiyəsinə görə təkrar kurs aparıla bilər.  8. Deformasiyaedici osteoartroz zamanı – baza sxemi üzrə 2 kurs 0,25 q ilə 5 inyeksiya 10-14 gün fasilə ilə. Həkim tövsiyəsinə görə təkrar kurs aparıla bilər. 4 yaşdan yuxarı uşaqlarda Pediatrik praktikada Sikloferon əzələdaxili və ya venadaxili gündə bir dəfə baza sxemi üzrə istifadə olunur: günaşırı. Gündəlik terapevtik doza 6-10 mq/kq bəd. küt. təşkil edir. 1. A, B, C, D və qarışıq forma kəskin virus hepatitləri zamanı preparat baza sxemi üzrə yeridilir – 15 inyeksiya. İnfeksiyanın uzunmüddətli gedişi zamanı 10-14 gün sonra kursu təkrarlayırlar.  2. B, C, D xroniki virus hepatitləri zamanı preparat baza sxemi üzrə yeridilir 10 inyeksiya, daha sonra dəstəkləyici sxem üzrə – həftədə üç dəfə 3 ay ərzində kompleks terapiyanın tərkibində. İnterferonlar və kimyaterapiya ilə birgə tövsiyə olunur.  3. İİV-infeksiyası zamanı (2A-2B mərhələləri) – 10 inyeksiyadan ibarət kurs baza sxemi üzrə, daha sonra dəstəkləyici sxem üzrə- üç gündə bir dəfə 3 ay ərzində. Təkrar kurs 10 gün sonra aparılır.  4. Herpetik infeksiya zamanı – 10 inyeksiyadan ibarət kurs baza sxemi üzrə. Virusun replikasiya aktivliyi saxlanıldığı halda müalicə kursunu dəstəkləyici sxem üzrə davam etdirirlər preparat üç gündə bir dəfə dörd həftə ərzində yeridilir.

Prepared by  T-Soft E-Commerce.