Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SIKLOVAX 400MG N10 TB

Məhsul Kodu : 111-00223
İstehsalçı ölkə: Kipr
8,34 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Siklovaks, 400 mq tabletlər

Siklovaks tərkibi

Siklovaks tərkibi, 1 tabletin tərkibində 400 mq asiklovir vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, povidon, natrium nişasta qlikolyatı, maqnezium stearat, natrium laurilsulfat, susuz kolloidal silisium dioksid, qırmızı dəmir oksidi.

Siklovaks, istifadəsinə göstərişlər

1. Genital herpes daxil olmaqla, dərinin və selikli qişaların 1-ci və 2-ci tip Herpes simplex virusu tərəfindən törədilən birincili və residivləşmiş infeksiyaları. 2. İmmun sistemi normal olan pasiyentlərdə 1-ci və 2-ci tip herpes simplex virusunun törətdiyi residivləşmiş infeksiyanın kəskinləşməsinin profilaktikası. 3. İmmun çatışmazlığı olan xəstələrdə 1-ci və 2-ci tip herpes simplex virusunun törətdiyi birincili və residivləşmiş infeksiyaların profilaktikası. 4. Varicella zoster virusu tərəfindən törədilən birincili və residivləşmiş infeksiyaların (suçiçəyi, kəmərləyici dəmrov) müalicəsi. Siklovaks krem genital herpes və herpes labialis daxil olmaqla, dərinin Herpes simplex virusu tərəfindən törədilən birincili və residivləşmiş infeksiyaları.

Əks göstərişlər

Siklovaks tablet asiklovirə və valasiklovirə qarşı yüksək həssaslığı olan xəstələrdə əksgöstərişdir. Siklovaks krem asiklovirə və ya propilenqlikola qarşı həssaslığı olan xəstələrə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda asiklovirin istifadəsi ilə bağlı adekvat və nəzarət olunan tədqiqatlar aparılmamışdır. Ona görə də preparat hamiləlik dövründə yalnız ana üçün potensial fayda döl üçün potensial riski üstələdiyi halda istifadə oluna bilər. Dərmanın yüksək konsentrasiyaya malik olduğu zaman xromosomları zədələmə potensialı olduğu nəzərə alınmalıdır. Siklovaksın ana südünə nüfuz etməsi ilə bağlı bəzi dəlillər vardır. Bu səbəbdən laktasiya dövründə Siklovaks istifadə edilərkən ehtiyatlı olmaq lazımdır.

Siklovaks, istifadə qaydası

Herpes simplex infeksiyasının müalicəsi: Böyüklər üçün doza adətən 5 gün müddətində gündə 5 dəfə 200 mq-dır (immun çatışmazlığı olan xəstələrdə 400 mq). İki yaşından aşağı uşaqların dozası böyüklər üçün olan dozanın yarısı qədər, iki yaşından yuxarı uşaqların dozası isə böyüklər üçün olan dozaya bərabərdir. İmmun sistemi normal olan pasiyentlərdə 1-ci və 2-ci tip herpes simplex virusunun törətdiyi residivləşmiş infeksiyanın kəskinləşməsinin profilaktikası: Böyüklər üçün doza gündə 4 dəfə 200 mq və ya gündə 2 dəfə 400 mq-dır, bu gündə iki, üç dəfə olmaqla 200 mq-a qədər azaldıla bilər və hər 6-12 aydan bir fasilə verilməlidir. İmmun çatışmazlığı olan xəstələrdə: gündə 4 dəfə 200-400 mq. Varicella zoster infeksiyası: böyüklər üçün doza 7 gün ərzində gündə 5 dəfə olmaqla 800 mq-dır. Uşaqlarda: gündə dörd dəfə 20 mq/kq bədən kütləsinə. Böyrək çatışmazlığı olan xəstələrdə oral asiklovir rejimi nizamlmalıdır. Kreatinin klirensi >10 ml/dəq olan xəstələrə gündə 5 dəfə 200 mq verilə bilər. <10 ml/dəq olan xəstələrə gündə 2 dəfə 200 mq verilə bilər. Yaşlı xəstələrdə dozanın azaldılması tələb oluna bilər. Asiklovir krem/məlhəm: gündə 5 dəfə, təxminən 4 saatlıq intervallarla istifadə olunur. Müalicə 5 gün davam etdirilməlidir. Əgər 5 gündən sonra sağalma baş verməzsə, müalicə daha 5 gün də davam etdirilməlidir. Göz üçün istifadə etməyin. İnfeksiya baş verən kimi asiklovirlə müalicə mümkün qədər tez başlanmalıdır.

Prepared by  T-Soft E-Commerce.