Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq asiklovir vardır.
1. Genital herpes daxil olmaqla, dərinin və selikli qişaların 1-ci və 2 -ci tip Herpes simplex virusu tərəfindən törədilən birincili və residivləşmiş infeksiyaları. 2. İmmun sistemi normal olan pasiyentlərdə 1-ci və 2 -ci tip herpes simplex virusunun törətdiyi residivləşmiş infeksiyanın kəskinləşməsinin profilaktikası.
3. Immun çatışmazlığı olan xəstələrdə 1-ci və 2 -ci tip herpes simplex virusunun törətdiyi birincili və residivləşmiş infeksiyaların profilaktikası. 4. Varicella zoster virusu tərəfindən törədilən birincili və residiv ləşmiş infeksiyaların (suçiçəyi, kəmərləyici dəmrov) müalicəsi.
Siklovaks krem Genital herpes və herpes labialis daxil olmaqla, dərinin Herpes simplex virusu tərəfindən törədilən birincili və residivləşmiş infeksiyaları.
Siklovaks tablet Asiklovirə və Valasiklovirə qarşı yüksək həssaslığı olan xəstələrdə əksgöctərişdir. Siklovaks Krem Asiklovirə və ya propilenqlikola qarşı həssaslığı olan xəstələrə əks göstərişdir.
Hamilə qadınlarda A siklovirin istifadəsi ilə bağlı adekvat və nəzarət olunan tədqiqatlar aparılmamışdır. Ona görə də preparat hamiləlik dövründə yalnız ana üçün potensial fayda döl üçün potensial riski üstələdiyi halda istifadə oluna bilər. Dərmanın yüksək konsentrasiyaya malik olduğu zaman xromosomları zədələmə potensialı olduğu nəzərə alınmalıdır. Siklovaksın ana s üdünə nüfuz etməsi ilə bağlı bəzi dəlillər vardır.
Bu s əbəbdən laktasiya dövründə siklovaks istifadə edilərkən ehtiyatlı olmaq lazımdır.
Herpes simplex infeksiyasının müalicəsi: Böyüklər üçün doza adətən 5 gün müddətində gündə 5 dəfə 200 mq-dır (İmmun çatışmazlığı olan xəstələrdə 400 mq). Iki yaşından aşağı uşaqların dozası böyüklər üçün olan dozanın yarısı qədər, iki yaşından yuxarı yşaqların dozası isə böyüklər üçün olan dozaya bərabərdir. İmmun sistemi normal olan pasiyentlərdə 1 -ci və 2 -ci tip herpes simplex virusunun törətdiyi residivləşmiş infeksiyanın kəskinləşməsinin profilaktikası: Böyüklər üçün doza gündə 4 dəfə 200 mq və ya gündə 2 dəfə 400 mq-dır, bu, gündə iki, üç dəfə olmaqla 200 mq-a qədər azaldıla bilər və hər 6-12 aydan bir fasilə verilməlidir. İmmun çatışmazlığı olan xəstələrdə 1-ci və 2-ci tip herpes simplex virusunun törətdiyi birincili və residivləşmiş infeksiyaların profilaktikası: Böyüklər üçün doza gündə 4 dəfə 200-400 mq-dır.
Iki yaşından aşağı uşaqlar üçün doza böyüklər üçün olan dozanın yarısı gədər, iki yaşından yuxarı uşaqların dozası isə böyüklərin dozasına bərabərdir. Varicella zoster virusu tərəfindən törədilən birincili və residivləşmiş infeksiyaların (suçiçəyi, kəmərləyici dəmrov) müalicəsi: Böyüklər üçün doza 7 gün ərzində gündə beş dəfə olmaqla 800 mq – dır. Uşaqlar üçün gündə dörd dəfə 20 mq/ kq bədən kütləsinə. Böyrək çatışmazlığı olan xəstələrdə oral Asiklovir rejimi nizamlanmalıdır.
Kreatinin klirensi hər 1,73 m2 də >10ml/dəq olan xəctələrə gündə beş dəfə 200 mq verilə bilər. Kreatinin klirensi hər 1,73 m2 də <10ml/ dəq olan xəctələrə gündə iki dəfə 200 mq verilə bilər. Yaşlı xəstələrdə dozanın azaldılmacı tələb oluna bilər. Asiklovir krem/məlhəm: Asiklovir krem/məlhəm gecə saatlarının dozasını ötürməklə təxminən dörd saatlıq intervallarla gündə beş dəfə istifadə edilməlidir.
Müalicə beş gün davam etdirilməlidir. Əgər beş gündən sonra sağalma baş verməzsə, müalicə daha beş gün də davam etdirilməlidir. Göz üçün istifadə etməyin. İnfeksiya baş verən kimi Asiklovirlə müalicə mümkün qədər tez başlanmalıdır.