Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

STAMIK 40MG N28 TB

Məhsul Kodu : 111-16077
İstehsalçı ölkə: Türkiye
7,44 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

STAMİK, 40 mq bağırsaqda həll olan örtüklü tabletlər

STAMİK tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq pantoprazol vardır (natrium seskvihidrat şəklində).

İstifadəsinə göstərişlər

Stamik aşağıdakı hallarda istifadə olunur: Reflüks ezofaqit (qidanın və mədə turşusunun m ədədən qida borusuna keçm əsi n əticəsində qida borusunda inkişaf edən iltihabi proses); Helicobacter pylori t ərəfindən tör ədilən mədə və onikibarmaq bağırsaq xoralarının müalic əsi zamanı bu mikroorqanizmin eradikasiyasını sür ətləndirərək residiv riskini azaltmaq m əqsədilə (uyğun iki antibiotikl ə birlikdə); Mədə və onikibarmaq bağırsağın peptik xoraları; Zollinger- Ellison sindromu və mədə turşuluğunun artması ilə müşayiət olunan digər patoloji vəziyyətlər.

Əks göstərişlər

Pantoprazola və ya Stamikin tərkibində olan hər hansı digər komponentə qarşı allergiya (yüksək həssaslıq); Atazanavir adlı dərman maddəsinin (QİÇS zamanı istifadə olunur) eyni zamanda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı dərman vasitəsini qəbul etməzdən öncə həkimlə və ya əczaçı ilə məsləhətləşin. Hamilə qadınlar üzərində aparılan klinik tədqiqatlar məhduddur. Aktiv maddələrin döş südünə keçməsi barədə məlumat yoxdur. Əgər siz hamil əsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, yaxud döşl ə qidalandırırsınızsa, bu barədə həkimi məlumatlandırın.

Hamiləlik zamanı preparatın istifad əsindən qaçınmaq lazımdır. Döşlə qidalandırma dövründə preparatın dayandırılması v ə ya südvermənin dayandırılması bar ədə qərar, ana üçün müalicənin faydası və körpə üçün südvermənin faydası nəzərə alınmaqla qərar verilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın avtomobil v ə texnikadan istifad ə qabiliyyətlərinə təsiri m əlum deyil. Preparatın q əbulu zamanı başgicəllənmə və dumanlı görmə kimi mümkün əlavə təsirlər meydana çıxarsa, bu zaman avtomobil v ə ya texnikadan istifadə etməyin.

STAMİK istifadə qaydası və dozası

Stamiki həkim təyinatına uyğun qəbul edin. Əgər qəbul qaydası ilə bağlı hər hansı bir sual yaranarsa, h əkimə müraciət edin. Tableti çeynəmədən, bütöv şəkildə, su ilə səhər yeməyindən bir saat əvvəl qəbul edin. Həkim təyinatı dəyişmədiyi təqdirdə, adətən dozalanma aşağıdakı kimidir: Yaşlılar və 12 yaşdan yuxarı yeniyetmələr üçün: Reflüks ezofaqit zamanı Məsləhət görülən doza günd ə bir tabletdir.

H əkiminiz gündəlik dozanı iki tablet ə qədər artıra bil ər. Müalicə müddətini həkim təyin edəcək. Reflüks ezofaqit zamanı müalicə kursu adətən 4 - 8 həftə təşkil edir. Yaşlılar Helicobacter pylori adlanan bakteriyanın tör ətdiyi onikibarmaq bağırsaq v ə mədə xoralarının uyğun iki antibiotiklə birgə müalicəsi zamanı (eradikasion müalicə) Amoksisillin, klarit romisin v ə metronidazol kimi antibiotik lərdən h ər hansı ikisi il ə kombinə olunmaqla, gündə 2 dəfə 1 tablet qəbul olunur.

İlk pantoprazol tabletini s əhər yeməyindən bir saat əvvəl və ikinci tableti şam yem əyindən bi r saat əvvəl q əbul edin. H əkimin t əyinatına riay ət edin v ə yanaşı q əbul edil ən antibiotiklərin istifadə üzrə təlimatını oxuyun. Adətən aşağıdakı kombinasiyalar məsləhət görülür: - Pantoprazol 40 mq + klaritromisin 500 mq + amoksisillin 1000 mq - Pantoprazol 40 mq + klaritromisin 500 mq + metronidazol 500 mq - Pantoprazol 40 mq + metronidazol 500 mq + amoksisillin 1000 mq Qeyd edilən preparatların h ər biri günd ə iki dəfə qəbul olunmalıdır. Ad ətən müalicə müddəti 1-2 həftə təşkil edir.

Mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi zamanı Gündə bir tablet q əbul olunur. H əkimlə razılaşdırıldıqdan sonra gündəlik doza iki tablet ə qədər artırıla bil ər. Həkim müalicənin nə qədər davam edəcəyini sizə bildirəcək. Mədə xoraları üçün müalicə müddəti adətən 4 - 8 həftə, onikibarmaq bağırsaq xoraları üçün müalicə müddəti adətən 2 - 4 həftə təşkil edir.

Zollinger-Ellison sindromunun v ə mədədə turşuluğun artması il ə müşayiət olunan dig ər v əziyyətlərin uzunmüddətli müalicəsi üçün Tövsiyə olunan başlanğıc doza günd ə iki t abletdir. Preparat günd ə bir d əfə-iki tablet s əhər yem əyindən bir saat önc ə qəbul edilir. M ədədə turşuluğun s əviyyəsindən asılı olaraq, h əkim siz ə uyğun dozanı t əyin edəcəkdir. Əgər gündəlik doza iki tabletd ən artıq t əyin olunmuşdursa, tabletl əri bərabər doza şəklində gündə iki dəfə olmaqla qəbul edin.

Xüsusi xəstə qrupları - Əgər sizd ə böyrəklərin funksional pozğunluğu varsa, günd ə bir tabletd ən çox q əbul etm əməlisiniz. Antibiotiklərlə birgə Helicobacter pylori əleyhinə aparılan kombinəolunmuş müalicə təyin olunmamalıdır. - Əgər siz ağır qaraciyər pozğunluğundan əziyyət ç əkirsinizsə, gündə 20 mg -dan yüks ək doza q əbul etməməlisiniz. Bu zaman qanın biokimy əvi göst əriciləri n əzarətdə saxlanmalıdır.

Qaraciy ər fermentl ərinin səviyyəsi yüksəldikdə, preparatın qəbulu dayandırılmalıdır. Antibiotiklərlə birgə Helicobacter pylori əleyhinə aparılan kombinəolunmuş müalicə təyin olunmamalıdır. - 12 yaşdan aşağı uşaqlar: 12 yaşdan kiçik uşaqların istifadəsi üçün tövsiyə olunmur. - Yaşlı (65 yaş və daha yuxarı) pasiyentlər: yaşlı insanlar gündə bir tabletdən çox qəbul etməməlidirlər.

Yalnız antibiotiklərlə birgə Helicobacter pylori əleyhinə aparılan k ombinəolunmuş müalic ə istisna təşkil edir. Bu zaman gündəlik doza iki tabletdir. Stamik tabletlərinin qəbulunu unutmusunuzsa Dozanı q əbul etm əyi unutmu sunuzsa, xatırladıqda unudulmuş dozanı q əbul etm əyin. Növb əti dozanı öz vaxtında qəbul edin.

Əgər siz Stamik tabletlərinin qəbulunu dayandırsanız Həkim və ya əczaçı ilə məsləhətləşmədən tabletlərin qəbulunu dayandırmayın. Əgər preparatın istifadəsi ilə əlaqədar əlavə suallarınız olarsa, həkimə və ya əczaçıya müraciət edin.

Prepared by  T-Soft E-Commerce.