Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində akridonasetat turşusu hesabı ilə 125 mq meqlumin akridonasetat vardır.
Böyüklərdə kompleks müalicənin tərkibində: İİV-infeksiyası (2A-2B mərhələsi); neyroinfeksiyalar – seroz meningitlər və ensefalitlər, gənə borelliozu (Laym xəstəliyi); A, B, C və D virus hepatitləri; herpetik infeksiya; sitomeqalovirus infeksiyası; kəskin və xroniki bakterial və göbələk infeksiyaları ilə assosiasiya olunmuş ikincili immunçatışmazlıqları; xlamidiya mənşəli infeksiyalar; revmatik xəstəliklər və birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artrit, sistem qırmızı qurdeşənəyi); oynaqların degenerativ-distrofik xəstəlikləri (deformasiyaedici osteoartroz da daxil olmaqla). Uşqlarda kompleks müalicənin tərkibində: A, B, C və D virus hepatitləri; herpetik infeksiya; İİVinfeksiyası (2A-2B mərhələsi).
- Qaraciyər sirrozunun dekompensasiya mərhələsi; - 4 yaşa qədər uşaqlar; - preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək həssaslıq; - hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Preparat uşaqların əli çatmayan yerdə saxlanılmalıdır və yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.
Stimuloferon preparatı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.
Böyüklərdə Preparat, əsas sxem üzrə, əzələ daxilinə və ya vena daxilinə sutkada 1 dəfə istifadə edilir: günaşırı. Müalicə kursunun davametmə müddəti xəstəlikdən asılıdır. Herpes və sitomeqalovirus infeksiyası zamanı preparat əsas sxem üzrə 0,25 q dozada 10 inyeksiya şəklində təyin edilir. Ümumi doza 2,5 q təşkil edir.
Xəstəliyin kəskinləşməsi qeyd olunan dövrdə müalicənin aparılması daha çox effektivdir. Neyroinfeksiyalar zamanı preparat əsas sxem üzrə istifadə edilir. Müalicə kursu etiotrop müalicə ilə müşayiət olunur və 0,25-0,5 q dozada 12 inyeksiya təşkil edir. Ümumi doza 3-6 q təşkil edir.
Zərurət yarandığı hallarda təkrar müalicə kursları təyin olunur. Xlamidiya mənşəli infeksiyalar qeyd olunduqda, preparat əsas sxem üzrə istifadə edilir. Müalicə kursu 0,25 q dozada 10 inyeksiya təşkil edir. Ümumi doza 2,5 q təşkil edir.
Təkrar müalicə kursu 10- 14 gündən sonra təyin olunur. Stimuloferon preparatının antibiotiklərlə eyni zamanda istifadəsi məqsədəuyğundur. Kəskin virus A, B, C və D hepatitləri zamanı və infeksiyanın qarışıq formalarında preparat əsas sxem üzrə 0,5 q dozada 10 inyeksiya şəklində istifadə edilir. Ümumi doza 5,0 q təşkil edir.
Uzunmüddətli infeksiyalar zamanı 10-14 gündən sonra təkrar müalicə kursu təyin edilir. Xroniki virus B, C və D hepatitləri zamanı və infeksiyanın qarışıq formalarında preparat əsas sxem üzrə 0,5 q dozada 10 inyeksiya şəklində istifadə edilir və daha sonra, preparatın istifadəsi kompleks müalicənin tərkibində 3 ay müddətində həftədə 3 dəfə dəstəkləyici sxem üzrə davam etdirilir. Preparatın interferonlarla və kimyəvi-terapiya ilə eyni zamanda istifadəsi tövsiyə olunur. Təkrar müalicə kursu 10-14 gündən sonra təyin olunur.
İİV-infeksiyası (2A-2B) zamanı preparat əsas sxem üzrə 0,5 q dozada 10 inyeksiya şəklində istifadə edilir və daha sonra, preparatın istifadəsi 2,5 ay müddətində hər 3 gündən bir dəstəkləyici sxem üzrə davam etdirilir. Təkrar müalicə kursu 10 gündən sonra təyin olunur. İmmunçatışmazlığı vəziyyətlərində preparatın istifadəsi ilə müalicə kursu əsas sxem üzrə 0,25 q birdəfəlik dozada 10 əzələdaxili inyeksiya təşkil edir. Ümumi doza 2,5 q təşkil edir.
Təkrar müalicə kursu 6-12 aydan sonra təyin olunur. Revmatik xəstəliklər və birləşdirici toxumanın sistem xəstəlikləri zamanı preparat əsas sxem üzrə 0,25 q dozada 5 inyeksiya, 10-14 günlük fasilələrlə 4 müalicə kursu şəklində istifadə edilir. Həkim tövsiyəsi əsasında təkrar müalicə kursu aparıla bilər. Oynaqların degenerativ-distrofik xəstəlikləri zamanı preparat əsas sxem üzrə 0,25 q dozada 5 inyeksiya, 10-14 günlük fasilələrlə 2 müalicə kursu şəklində istifadə edilir.
Həkim tövsiyəsi əsasında təkrar müalicə kursu aparıla bilər. Uşaqlarda Preparat, əsas sxem üzrə, əzələ daxilinə və ya vena daxilinə sutkada 1 dəfə istifadə edilir: günaşırı. Sutkalıq terapevtik doza 6-10 mq/kq bədən kütləsinə təşkil edir. Kəskin virus A, B, C və D hepatitləri zamanı və infeksiyanın qarışıq formalarında preparat əsas sxem üzrə 15 inyeksiya şəklində istifadə edilir.
Uzunmüddətli infeksiyalar zamanı 10-14 gündən sonra təkrar müalicə kursu təyin edilir. Xroniki virus B, C və D hepatitləri zamanı preparat əsas sxem üzrə 10 inyeksiya şəklində istifadə edilir və daha sonra, preparatın istifadəsi kompleks müalicənin tərkibində 3 ay müddətində həftədə 3 dəfə dəstəkləyici sxem üzrə davam etdirilir. Preparatın interferonlarla və kimyəvi-terapiya ilə eyni zamanda istifadəsi tövsiyə olunur. İİV-infeksiyası (2A-2B) zamanı preparat əsas sxem üzrə 10 inyeksiya şəklində istifadə edilir və daha sonra, preparatın istifadəsi 3 ay müddətində hər 3 gündən bir dəstəkləyici sxem üzrə davam etdirilir.
Təkrar müalicə kursu 10 gündən sonra təyin olunur. Herpes mənşəli infeksiya zamanı preparat əsas sxem üzrə 10 inyeksiya şəklində təyin edilir. Virusun replikativ aktivliyi saxlanıldığı halda, müalicə kursu 4 həftə müddətində hər 3 gündən bir dəstəkləyici sxem üzrə davam etdirilir.