Stomagel 20/5MG 15 g Gel
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.STOMAGEL, xaricə istifadə etmək üçün gel
STOMAGEL tərkibi
Təsiredici maddələr: 1 q gelin tərkibində 5 mq metilurasil, 20 mq lidokain hidroxlorid vardır.
İstifadəsinə göstərişlər
− ağız boşluğunun selikli qişasının iltihabi və nekrotik prosesləri: kəskin stomatit, qinqivit, parodontit;
− mikrob və göbələk infeksiyası nəticəsində ağızda quruluq və qaşınma hissinin olması
Əks göstərişlər
− leykozun kəskin və xroniki leykemik formaları;
− limfoqranulomatoz;
− sümük iliyinin bədxassəli xəstəlikləri;
− qaraciyərin ağır xəstəlikləri;
− amid törəməli yerli anestetiklərə və ya gelin komponentlərinə qarşı yüksək həssaslıq;
− 3 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Metilurasilin teratogen təsir göstərməsi təhlükəsini nəzərə alaraq, hamiləlik və laktasiya dövründə preparatın təyin olunması, yalnız risk faktorlarını diqqətlə nəzərdən keçirdikdən sonra mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməmişdir.
STOMAGEL istifadə qaydası və dozası
Həkimin təyin etdiyi müalicə kursu müddətində gündə 3-4 dəfə ağız boşluğuna çəkilir.