Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 8,75 mq flurbiprofen vardır.
Flurbiprofenə və ya preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq anamnezdə asetilsalisil turşusunun və ya digər QSİƏP-in istifadəsinə qarşı hiperhəssaslıq
reaksiyalarının (bronxial astma, bronxospazm, rinit, Kvinke ödemi, övrə, burun və ya burunətrafı
ciblərin residivləşən polipozu) mövcudluğu; mədə-bağırsaq traktı (MBT) orqanlarının eroziv-xoralı xəstəlikləri (o cümlədən, mədə və
onikibarmaq bağırsaq xora xəstəliyi, Kron xəstəliyi, xoralı kolit) və ya kəskinləşmə mərhələsində və ya anamnezdə (xora xəstəliyinin və ya xora qanaxmasının iki və ya daha çox təsdiq olunmuş
epizodu) xora qanaxmasının mövcudluğu; anamnezdə QSİƏP-in istifadəsi nəticəsində qanaxma, ağır kolit və ya mədə-bağırsaq traktı
xorasının perforasiyası; qlükoza-6-fosfatdehidrogenaza ferment çatışmazlığı, hemofiliya və qanın laxtalanma
qabiliyyətinin digər pozğunluqları (o cümlədən, hipokoaqulyasiya), hemorragik diatezlər; ağır dərəcəli qaraciyər çatışmazlığı və ya qaraciyər xəstəliklərinin aktiv mərhələsi; ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəqiqədə), təsdiq olunmuş
hiperkaliemiya; dekompensasiyaolunmuş ürək çatışmazlığı; aortokoronar şuntlama əməliyyatı aparıldıqdan
sonrakı dövr; saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza
malabsorbsiyası; hamiləlik dövrü (III trimestr); 12 yaşa qədər uşaqlar.
Hamiləlik dövrünün III trimestrində preparatın istifadəsi əks göstərişdir. Hamiləlik dövrünün I-II
trimestrlərində flurbiprofenin istifadəsindən çəkinmək lazımdır; preparatın isitfadəsi üçün zərurət
yarandıqda, həkimlə məsləhətləşmək vacibdir.
Flurbiprofenin əhəmiyyət kəsb etməyən miqdarının südəmər körpənin sağlamlığına heç bir mənfi
təsir göstərmədən nüfuz etməsi barədə məlumatlar mövcuddur, lakin, QSİƏP-in ehtimal edilən
əlavə effektlərini nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi tövsiyə olunmur.
Preparatı istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır.
Preparat yerli istifadə üçün nəzərdə tutulmuşdur. Preparat yalnız qısamüddətli istifadə üçün nəzərdə tutulmuşdur.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: hər 3-6 saatdan bir 1 tablet tədricən sormaq.
Maksimal sutkalıq doza – 24 saat müddətində 5 tablet təşkil edir.
Müalicə kursunun davametmə müddəti 3 gündən artıq olmamalıdır.
Preparatdan istifadə etdikdə, 3 gün müddətində simptomlar saxlanıldığı və ya gücləndiyi halda,
müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.