Sevimlilərə əlavə edin
Paylaşın

Sucrat 200MG 5 ml N30 Paket

Məhsul Kodu : 111-06849
İstehsalçı ölkə : Italiya
1 Şərh Şərh
21,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

SUKRAT, GEL daxilə qəbul üçün suspenziya

SUKRAT tərkibi

Təsiredici maddə: 1 paketdə 1 q sukralfat vardır.

İstifadəsinə göstərişlər

Mədə xorası, 12 barmaq bağırsaq xorası, kəskin qastritlər, simptomatik xroniki qastritlər, QSİƏP (qeyri-steroid iltiabəleyhinə preparatlar) ilə əlaqəli mədə patologiyaları, reflüks ezofagit.

Əks göstərişlər

Preparatın tərkibindəki komponentlərə və ya onlara kimyəvi cəhətdən yaxın maddələrə qarşı yüksək həssaslıq. Preparatın tərkibində fenilalanin mənbəyi olan aspartam vardır, buna görə də fenilketonuriyalı pasiyentlərdə istifadəsi əks göstərişdir. Tetrasiklinlərlə müalicə alan pasiyentlərdə sukralfat istifadəsi əks göstərişdir (“Dərman vasitələri ilə

Hamiləlik və laktasiya dövründə istifadəsi

Reproduktivlik Heyvanlar üzərində teratogenlik və reproduktivlik tədqiqatları heç bir neqativ təsir göstərməmişdir. Hamiləlik Preparat mədə-bağırsaq traktından çox zəif absorbsiya olunduğundan, heyvanlar üzərində aparılan tədqiqatlarda ana və ya döldə heç bir dəyişiklik müşahidə olunmamışdır. Hamiləlik dövründə preparatın istifadəsi ciddi dəyərləndirilməlidir və yalnız mütləq vacib olduqda istifadəsi nəzərdən keçirilməlidir. Laktasiya Sukralfatın ana südünə nüfuz edib-etməməsi haqda məlumat yoxdur. Hər bir halda preparatı südverən analara təyin edərkən ehtiyatlı olmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sukralfat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

SUKRAT istifadə qaydası və dozası

Məhlulun xüsusi gel forması uzunmüddətli bioadhezivlik xüsusiyyətləri sayəsində uzunmüddətli klinik effekti təmin edir. Bu da gündə 2 dəfə qəbul üçün şərait yaradır. Ortalama doza: 1 saşe (1 q) Sukrat gel gündə 2 dəfə acqarına və ya yeməkdən 1 saat əvvəl. Yaxud səhər 1 dəfə və axşam yatmazdan əvvəl 1 dəfə peroral qəbul edilir. Dəstəkləyici doza adi dozadan 2 dəfə azdır. 1 saşe (1 q) gündə 1 dəfə (axşamlar qəbul etmək məsləhət görülür). Preparat olduğu kimi qəbul edilir, bir udum su və ya digər maye ilə də qəbul edilə bilər. Pediatrik pasiyentlər 14 yaşından kiçik uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Hal hazırda mövcud olan məlumatlar “Farmakodinamikası” bölümündə göstərilmişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06849

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce