Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: hər bir örtüklü tabletin tərkibində 500 mq sulfasalazin vardır. Köməkçi maddələr:jelatinləşdirilmiş nişasta, maqnezium stearat, susuz kolloidal silisium, hipromelloza, propilenqlikol.
İstifadəsinə göstərişlər:
Dərman aşağıdakı hallarda tövsiyə olunur: - Kron xəstəliyinin kəskin şəkildə başlanması və ağırlaşması, xoralı kolit və proktitin müalicəsi; - - Xoralı kolit və proktitin yüngülləşməsinin davam etməsi; Qeyri-steroid iltihab aleyhinə dərmanlara kifayət qədər reaksiya verməyən revmatoid artrit və yuvenil idiopatik xroniki poliartritin müalicəsi. Sulfasalazin kortikosteroid və metronidazolla kombinə oluna bilər.
Əks göstərişlər:
Təsiredici maddəyə, sulfonamidlər, salisilatlar və ya köməkçi maddələrin istənilən birinə qarşı yüksək həssaslıq. Dərmanın sarılıq və ya porfiriyası olan xəstələr tərəfindən qəbulu tövsiyə olunmur. 2 yaşdan kiçik uşaqlara dərman tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Siçovullar və dovşanlar üzərində aparılan reproduksiya tədqiqatları döl üçün zərərin olduğunu sübut etməyib. Oral qəbul edilən sulfasalazin fol turşusunun sorulması və metabolizmini inhibə edir və fol turşusu çatışmazlığına səbəb ola bilər (bax Bölmə ”Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). Hamiləlik zamanı sulfasalazinin təsirinə məruz qalmış anaların sinir borusunda qüsurları olan körpələr dünyaya gətirdiyi haqqında məlumat verilib, buna baxmayaraq, bu qüsurlarda sulfasalazinin rolu sübut edilməyib. Zərərin olma ehtimalı tamamilə istisna edilə bilmədiyi üçün sulfasalazin hamiləlik zamanı, yalnız aydın ehtiyac olduqda istifadə edilməlidir. Laktasiya dövrü Sulfasalazin və sulfapiridin ana südündə aşağı səviyyədə aşkar edilib. Xüsusilə, vaxtından əvvəl doğulmuş körpələri və ya qlükoza-6 fosfat dehidrogenaza çatışmazlığı olan körpələri əmizdirərkən ehtiyatlı olmaq lazımdır. Sulfasalazin qəbul edən anaların əmizdirdiyi körpələrdə qanlı nəcis və ya ishalın olması haqqında məlumat verilib. Bu nəticə bildirilən hallarda, ana sulfasalazinin qəbulunu dayandırdıqdan sonra körpədə qanlı nəcis və ya ishal vəziyyəti həll olunub.
Xəstəliyin ağırlıq dərəcəsi və mümkün əlavə təsirlərə əsasən dozalama tənzimlənməlidir. Tabletləri yemək zamanı bir stəkan maye ilə qəbul etmək lazımdır. Buraxılmış dozanı növbəti doza vaxtı çatmamış mümkün qədər tez qəbul etmək lazımdır. Bu halda yalnız növbəti doza qəbul edilməlidir. (a) Xoralı kolit Böyüklər (16 yaşdan yuxarı) və yaşlı xəstələr Kəskin tutmalar: 2-4 tablet, gündə dörd dəfə, intensiv müalicə rejiminin bir hissəsi olaraq steroidlərlə birlikdə qəbul edilə bilər. Tabletlərin sürətli həzmi dərmanın təsirini azalda bilər. Dozalar arasında gecə intervalları 8 saatdan çox olmamalıdır. Orta dərəcəli tutmalar: 2 tablet, gündə dörd dəfə, steroidlərlə birlikdə qəbul edilə bilər. Yüngül dərəcəli tutmalar: 2 tablet, gündə dörd dəfə, steroidlərlə və ya onlarsız qəbul edilə bilər. Dəstəkləyici müalicə: Yüngülləşmənin başlanması ilə dozanı gündə 4 tabletə qədər tədricən azaldın. Bu dozanı sonsuza qədər davam etdirmək lazımdır, çünki kəskin tutmadan hətta bir neçə il sonra qəbulun dayandırılması xəstəliyin geri qayıtmasının dördqat artması ilə əlaqəlidir. Pediatrik populyasiya Dozalama bədən çəkisinə mütənasib şəkildə azaldılır. Kəskin tutma və ya residivləşmə: 40-60 mq/kq/gün. Dəstəkləyici doza: 20-30 mq/kq/gün. (b) Kron xəstəliyi Fəal Kron xəstəliyində sulfasalazin xoralı kolit tutmaları zamanı qəbul edilməlidir (yuxarı baxın). (c) Revmatoid artrit (16 yaşdan yuxarı). Revmatoid artriti olan xəstələrin və uzun müddət QSİƏP-lə müalicə olunmuş xəstələrin mədələri həssas ola bilər və bu səbəbdən sulfasalazini aşağıdakı qaydada qəbul etmək tövsiyə olunur: Xəstə gündə bir tabletlə başlamalı, dözümlülük və reaksiyadan asılı olaraq, dozanı gündə dörd dəfə bir tablet və ya gündə üç dəfə iki tabletə çatdırana qədər hər həftə bir tablet artırmalıdır. EÇS və C-reaktiv zülalın (CRP) göstəricisinin azalması oynaqların hərəkətliliyinin inkişafını müşayiət etməlidir. QSİƏD sulfasalazinlə eyni zamanda qəbul edilə bilər. 6 yaşdan yuxarı uşaqlarda 30 mq/kq -50 mq/kq 2-3 dozaya bölunərək, təyin olunur. Xəstələr müalicəyə 1/3 və ya ¼ tablet ilə başlamalıdır. Sutkalıq doza 2 q-ı aşmamalıdır.