Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Sulfokamfokain 10 % 2 ml N10 ampul(Darnitsa)

Məhsul Kodu : 111-21038
İstehsalçı ölkə: Rusiya
3,76 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SULFOKAMFOKAİN-DARNİTSA, inyeksiya üçün məhlul.

Sulfokamfoain tərkibi 

Təsiredici maddə:1 ml məhlulun tərkibində 49,6 mq DL-sulfokamfora turşusu, 50,4 mq əsasi novokain vardır. Köməkçi maddələr: inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:
 Kəskin və xroniki tənəffüs çatışmazlığı; geriatriyada kəskin ürək çatışmazlığı; pnevmoniya və digər infeksion xəstəliklər zamanı tənəffüsün tormozlanması; kardiogen və anafilaktik şok; alkoqolla zəhərlənmə, yuxu dərmanları ilə zəhərlənmənin yüngül formaları.

Əks göstərişlər:
 Kamforaya, novokainə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; epilepsiya, qıcolma reaksiyalarına meyillilik.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Sübutedici təbabətdə Sulfokamfokainа-Darnitsanın hamiləlik dövründə istifadəsinə dair obyektiv məlumat yoxdur, bu səbəbə görə preparatı hamilə qadınlarda istifadə etmək olmaz. Sulfokamfokain-Darnitsanın ana südünə nüfuz etməsi istisna olunmur, bu səbəbə görə preparatdan istifadə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Sulfokamfoain  istifadə qaydası, dozası
 Sulfokamfokain-Darnitsa böyüklərdə 2 ml birdəfəlik dozada dəri altına, əzələ daxilinə və ya vena daxilinə (asta-asta şırnaq və ya damcı üsulu ilə) təyin edilir. Durulaşdırma üçün natrium xloridin 0,9%-li məhlulundan istifadə etmək lazımdır. Ehtiyac olduqda, preparatı sutkada 2-3 dəfə istifadə etmək olar. Böyüklər üçün maksimal sutkalıq doza 12 ml-dir. Kəskin hallarda dərman vasitəsi venadaxili yeridilir. Xroniki tənəffüs və ürək çatışmazlığı zamanı preparat əzələdaxili və ya dərialtı yeridilir. Müalicə kursu 20-30 gün təşkil edə bilər.

Prepared by  T-Soft E-Commerce.