Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SUPRASTIN 20MG 1ML N5 AMP

Məhsul Kodu : 111-00480
İstehsalçı ölkə: Macaristan
5,10 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SUPRASTİN, inyeksiya üçün məhlul

SUPRASTİN tərkibi

SUPRASTİN tərkibi, 1 ml məhlulun tərkibində 20 mq xloropiramin hidroxlorid vardır

Suprastin, istifadəsinə göstərişlər

Allergik reaksiyalar, o cümlədən övrə, müvsümi allergik rinit, allergik konyunktivit, kontakt dermatit, dermatoqrafizm, qida və dərman allergiyası, həşərat sancmasına qarşı allergik reaksiyalar, qaşınma. Sistem anafilaktik reaksiyaların və angionevrotik ödemin adyuvant terapiyası. Bu dərman vasitəsini təyin edərkən sedativ əlavə təsirlərin inkişafını nəzərə almaq lazımdır.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Kəskin bronxial astma tutuması. Yenidoğulmuşlar və yarımçıq doğulmuş körpələr. Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Klinikayaqədərki məlumatlar: Bu preparat üzrə eksperimental məlumat yoxdur. Hamiləlik: Hamiləlik dövründə bu preparatın istifadəsi üzrə nəzarət edilən klinik tədqiqat məlumatları yoxdur. Lakin hamiləliyin son aylarında anaları antihistamin preparat qəbul edən yenidoğulmuşlarda retrolental fibroplaziyanın inkişafı halları qeyd edilmişdir. Bunun əsasında preparatı hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya: Adekvat, nəzarət edilən məlumatlar olmadıqda, bu preparatı laktasiya dövründə istifadə etmək olmaz.

İstifadə qaydası və dozası

Dozalanma rejimi – Böyüklər: Tövsiyə olunan gündəlik doza: 20-40 mq (1-2 ampula) əzələdaxili.

Prepared by  T-Soft E-Commerce.