Sevimlilərə əlavə edin
Paylaşın

Suprastin 25MG N20 Tb

Məhsul Kodu : 111-00481
İstehsalçı ölkə : Macaristan
1 Şərh Şərh
5,45 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

SUPRASTİN, 25 mq tabletlər

SUPRASTİN tərkibi

SUPRASTİN tərkibi, 1 tabletin tərkibində 25 mq xloropiramin hidroxlorid vardır

Suprastin, istifadəsinə göstərişlər

Suprastin® antihistamin preparat olub, qaşınma ilə müşayiət olunan (məsələn, bitkilərin və kimyəvi maddələrin təsirindən yaranan pollinoz, konyunktivit, övrə, dermatit, eləcə də qida və dərman allergiyasının simptomlarının və həşəratların sancması zamanı) allergik reaksiyaların və xəstəliklərin müalicəsində istifadə edilir. Preparat eləcə də, yüksək həssaslıq reaksiyalarının (anafilaktik şok) müalicəsində əlavə terapiya zamanı istifadə edilir.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və dihiropiridin törəmələrinə qarşı yüksək həssaslıq; kəskin astma tutması zamanı; vaxtından əvvəl doğulmuş və yenidoğulmuş körpələr; hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır. Hamilə qadınlarda preparatın istifadəsi üçün lazımi adekvat nəzarət tədqiqatları aparılmamışdır. Lakin hamiləliyin axırıncı aylarında antihistamin preparat qəbul edən anaların yenidoğulmuş körpələrində göz billurunun arxasında birləşdirici toxumanın inkişafı barədə qeydlər vardır. Bu səbəbdən preparatın istifadəsi hamilə qadınlara əks göstərişdir. Laktasiya: preparatın istifadəsinin adekvat nəzarət tədqiqatları olmadığı təqdirdə, laktasiya dövründə istifadə etmək olmaz.

İstifadə qaydası və dozası

Suprastin® preparatını ciddi şəkildə həkim təyinatı ilə qəbul etmək lazımdır. Dozalanma rejimi:Böyüklər: gündə 3-4 dəfə 1 tablet. Axşam qəbul edildikdə qastro-ezofagial refluks simptomları arta bilər.Uşaqlar və yeniyetmələr:1-12 aylıq uşaqlar: ¼ tablet gündə 2-3 dəfə.1-6 yaşlı uşaqlar: ½ tablet gündə 2 dəfə.6-14 yaşlı uşaqlar: ½ tablet gündə 3-4 dəfə.Doza pasiyentin reaksiyasına görə artırıla bilər, lakin heç bir halda 2 mq/kq-dan artıq olmamalıdır.Anafilaktik şok və ya ağır allergik reaksiya zamanı müalicəyə venadaxili inyeksiya ilə başlanmalı, sonra əzələdaxili və ya daxilə qəbul davam etdirilməlidir.Xüsusi pasiyent qrupları: yaşlı və zəifləmiş xəstələrdə əlavə təsirlərə həssaslıq yüksəkdir, doza diqqətlə seçilməlidir. Qaraciyər və böyrək funksiyası pozulmuş pasiyentlərdə doza azaldıla və ya qəbul rejimi dəyişdirilə bilər.Tabletlər yemək vaxtı, çeynəmədən və su ilə qəbul edilməlidir. Alkoqol qəbulundan çəkinmək tövsiyə olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00481

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce