Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TALERT 10MG N20 TB

Məhsul Kodu : 111-22835
4,36 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TALERT, 10 mq örtüklü tabletlər

TALERT tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Talert allergiyaəleyhinə dərman preparatı dır, tərkibinə setirizin dihidroxlorid təsiredici maddə daxildir. Talert 6 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub: - mövsümi və il boyu allergik rinit zamanı nazal (burun) və göz simptomlarını n yüngülləşdirilməsi üçün; - xroniki idiopatik övrənin yüngülləşdirilməsi üçün. Əgər Sizin vəziyyətiniz pisləşərsə və ya onun yaxşılaşması 3 gün ərzində müşahidə olunmursa, Sizə yardım üçün həkimə müraciət etmək lazımdır.

Əks göstərişlər

- Əgər Sizdə Setirizin dihidroxloridə və ya bu dərman maddəsinin komponentlərindən hər hansı birinə, hidroksizinə və ya digər piperazin törəmələrinə qarşı (digər dərman maddələrinin oxşar aktiv maddələri) allergiya (yüksək həssaslıq). Kəskin böyrək çatışmazlığı (kreatinin klirensinin 10 ml/dəq az olması ilə ağır böyrək çatışmazlığı).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya hamilə olduğunuzu düşünürsünüzsə və ya südəmər uşağınız varsa və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman maddəsini istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Hamiləlik dövründə Talert qəbul etmək məsləhət görülmür. Setirizin ana südünə nüfuz edir, ona görə də laktasiya dövründə Talertin istifadəsi tövsiyə olunmur. Əgər istifadəsinə zərurət yaranarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Klinik tədqiqatlarda Talert tövsiyə olunan dozada qəbulundan sonra diqqətin və reaksiya vermə qabiliyyətinin və nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinin pozulması aşkar edilməmişdir. Əgər Siz nəqliyyat vasitələrini idarə etmək, potensial təhlükəli fəaliyyətləri yerinə yetirmək və ya maşınlarla işləmək niyyətindəsinizsə, Sizə tövsiyə olunan dozanı aşmaq lazım deyil. Dərman maddəsinin təsirini ehtiyatla qiymətləndirin.

TALERT istifadə qaydası və dozası

Bu dərman maddəsini həmişə həkiminizin, əczaçınızın və ya tibb bacınızın təyinatlarına və ya bu içlik vərəqədəki qeydlərə dəqiq riayət edərək qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Tabletləri bir stəkan su ilə daxilə qəbul etmək lazımdır. Tablet iki bərabər dozaya bölünə bilər.

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə bir dəfə 10 mq (1 tablet) 6 yaşdan 12 yaşadək uşaqlar: gündə 2 dəfə 5 mq (1/2 tablet). Böyrəklərin funksional pozğunluğu olan xəstə lər: orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrə gündə bir dəfə 5 mq qəbul etmələri tövsiyə edilir. Əgər kəskin böyrək xəstəliyindən əziyy ət çəkirsinizsə, lütfən, do zaya müvafiq düzəliş edilməsi üçün həkiminizlə əlaqə saxlayın. Əgər Sizin uşağınız böyrək xəstəliyindən əziyyət çəkirsə, lütfən, uşağınızın vəziyyətinə uyğun olaraq, dozaya düzəliş edilməsi üçün həkimlə əlaqə saxlayın.

Əgər Siz Talertin təsirinin çox zəif və ya çox güclü olduğunu düşünürsünüzsə, bunu həkiminizə bildirin. Müalicə müddəti Müalicə müddəti şikayətlər in təsirindən, növündən və müddətindən aslıdır və həkiminiz tərəfindən müəyyən olunur. Əgər Siz Talert qəbulunu unutmusınızsa Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər dərman maddəsinin qəbulu ilə əlaqədar hər hansı əlavə su alınız varsa, həkiminizə və ya əczaçınıza müraciət edin.

Prepared by  T-Soft E-Commerce.