Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Teofil SR 200 mq N30 kapsul

Məhsul Kodu : 111-01262
İstehsalçı ölkə: Türkiye
3,48 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TEOFİL SR , 200 mq uzunmüddətli  təsirə malik mikropellet kapsullar

Teofil Sr tərkibi

 Təsiredici maddə: 1 kapsulda zəif sürətlə ayrılmasını təmin edən formulda 200 mq susuz teofillin  vardır. Köməkçi maddələr:neytral mikropelletlər (şəkər kürəcikləri), ağardılmış şellak, talk; Bərk jelatin kapsul: qapaq – indiqokarmin-FD&C Blue 2 (E132), jelatin;  gövdə – jelatin.

İstifadəsinə göstərişlər:

 Astma, xroniki bronxit  və ağciyər emfizeması zamanı müşahidə olunan bronxospazmın müalicəsi və profilaktikası üçün.

Əks göstərişlər:

 Teofillinə (o cümlədən digər ksantin törəmələrinə) və kapsulun tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq. Aktiv mədə xorası və aktiv qastritli pasiyentlərdə. Porfiriyalı pasiyentlərdə. Uşaqlarda efedrinlə birgə təyinat. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Teofillinin hamilələrdə istifadəsi ilə bağlı müvafiq, nəzarət olunan tədqiqatlar mövcud deyil. Siçanlarda, siçovullarda və dovşanlarda teofillinin teratogen effektləri artırdığı qeydə alınmışdır. İnsanlar üçün potensial riskləri məlum deyil. Teofillin vacib olmadıqca hamiləlik zamanı təyin edilməməlidir. Teofillin ana südünə keçir və körpələrdə qıcıqlanmaya səbəb ola bilər. Odur ki, uşaq əmizdirən analara, yalnız gözlənilən fayda uşaq üçün yarada biləcəyi riskdən vacib olduqda təyin edilə bilər.

Teofil Sr istifadə qaydası, dozası

  Peroral Kapsullar çeynənmədən, parçalanmadan bütöv olaraq udulmalıdır. Kapsulun parçalanması və ya çeynənilməsi teofillinin sürətli sorulmasına və toksiklik potensialının yüksəlməsinə səbəb ola bilər. Xəstələrin ksantinlərə cavabı fərqlidir, odur ki, dozanın fərdi olaraq titrlənməsi vacib ola bilər. Böyüklər və yaşlılar Böyüklər və yaşlılar üçün dəstəkləyici terapevtik doza 12 saatdan bir 200 mq-dır. Xəstənin müalicəyə cavabından asılı olaraq 300 və ya 400 mq-a titrlənə bilər. Plazmada teofillinin konsentrasiyası ideal halda 5-15 mq/l olmalıdır. 5 mq/l plazma səviyyəsi klinik effektivliyin aşağı səviyyəsini göstərir. Klinik əhəmiyyətli arzuolunmaz reaksiyalar adətən plazmada teofillinin konsentrasiyası 20 mq/l-dən yüksək olduqda baş verir. Yüksək dozada və ya teofillinin klirensini zəiflədən dərmanlarla birgə təyin edildikdə xəstələrdə teofillinin plazma səviyyəsi izlənməlidir. Uşaqlar (6 yaşdan böyük) Terapevtik doza gündə iki dəfə 9 mq/kq-dır. Xroniki astması olan uşaqlar daha yüksək doza tələb edir və daha yüksək dozaya tolerantdırlar (10-16 mq/kq gündə 2 dəfə). Yeniyetmələr üçün daha aşağı dozalar tələb oluna bilər (böyüklər üçün dozalara nisbətən). Bəzi xəstələrdə simptomlar daha ciddi olduğu vaxtlar, məs., səhərlər ağciyər funksiyasının çətinləşdiyi vaxtlarda optimal terapevtik effekt əldə etmək üçün axşam və ya səhər dozasınının konsentrasiyasını artırmaq müvafiq ola bilər. Aldıqları başqa müalicələrə baxmayaraq gecə və ya gündüz simptomları davam edən və teofillin qəbul etməyən xəstələrə Teofil® SR kapsullarının ümümi gündəlik dozasını birdəfəyə səhər və ya axşam olmaqla mövcud müalicə rejiminə əlavə etmək olar.

Prepared by  T-Soft E-Commerce.