Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır.
TeriksТМ 10 mq örtüklü tabletlər böyüklərdə və 6 yaşda və yuxarı olan uşaqlarda aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur.
• Pollinoz (mövsümi allergik rinit və konyunktivit).
• Xroniki allergik rinit.
• İdiopatik övrə.
Setirizinə, hidroksizinə, piperazin törəmələrinə və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Kreatinin klirensi 15 ml/dəq-dən az olan ağır dərəcəli böyrək çatışmazlığı. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri. TeriksТМ 10 mq örtüklü tabletlərin 6 yaşına qədər uşaqlarda istifadəsi tövsiyə olunmur (preparatın tablet forması bu yaş qrupunda müvafiq dozalanmasına imkan vermir).
Heyvanlar üzərində aparılan araşdırmalarda preparatın hər hansı teratogen təsiri müşahidə edilməmişdir. Hamiləlik dövründə preparat yalnız ehtiyac olduqda və ehtiyatla təyin olunmalıdır. Setirizin ana südünə keçdiyinə görə laktasiya dövründə istifadəsi tövsiyə edilmir.
Yuxululuq hiss edən xəstələr nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməsindən çəkinməlidir və preparat tövsiyə edilən dozadan çox qəbul edilməməlidir.
Teriks tabletləri daxilə bir stəkan su ilə qəbul olunur. 6-12 yaşda olan uşaqlar: 5 mq gündə iki dəfə (1⁄2 tablet gündə iki dəfə). Böyüklər və 12 yaşdan böyük uşaqlar: 10 mq (1 tablet) gündə bir dəfə.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək çatışmazlığı olan xəstələr Doza xəstənin böyrək funksiyasına görə tənzimlənilir. Kreatinin klirensi (KK, ml/dəq) aşağıdakı düstura görə təyin olunur:
[140 - yaş (il)] × bədən çəkisi (kq) KK (ml/dəq) = –––––––––––––––––––––––––– (× 0,85 – qadınlar üçün) 72 × zərdab kreatinin (mq/dl) Böyrək funksiyasının pozulması olan böyüklərdə doza aşağıdakı cədvəldə kimi tənzimlənilir:
Ağırlıq dərəcəsi Kreatinin klirensi (ml/dəq) Dozalanma rejimi Normal ≥90 10 mq gündə bir dəfə Yüngül 60-89 10 mq gündə bir dəfə Orta 30-59 5 mq gündə bir dəfə Ağır 15 - <30 dializ olmayan 5 mq gündə bir dəfə hər iki gündən bir Böyrək çatışmazlığının terminal mərhələsi və dializdə olan xəstələr <15 dializ olunan əks göstərişdir
Qaraciyər çatışmazlığı olan xəstələr Tək qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tövsiyə olunur. Pediatrik xəstələr Teriks 10 mq örtüklü tabletləri 6 yaşına qədər uşaqlarda istifadə olunmur (preparatın tablet forması bu yaş qrupunda uyğun dozalanmasına imkan vermir). Böyrək çatışmazlığı olan pediatrik xəstələrdə doza böyrək klirensini, yaşını və bədən çəkisini nəzərə alaraq fərdi şəkildə tənzimlənməlidir. Yaşlı xəstələr Böyrək funksiyası normal olan yaşlı xəstələrdə doza azalmasına ehtiyac yoxdur.